Texnologiyanın inkişafı ilə birlikdə uşaqlar daha erkən yaşda geniş informasiya ilə qarşılaşır. Bu isə tez-tez belə bir sualı gündəmə gətirir: müasir uşaqlar əvvəlkilərdən daha ağıllıdır, yoxsa sadəcə daha çox məlumat əldə edirlər?
Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Töhfə Mustafayeva “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Müasir uşaqların informasiya əldə etmək imkanları daha genişdir, lakin bu, onların avtomatik olaraq daha ağıllı olduğu anlamına gəlmir.”
Onun sözlərinə görə, “Əsas fərq məlumatın əlçatanlığındadır. Uşaqlar çox şey görür və eşidir, lakin bu məlumatı analiz etmək və tətbiq etmək bacarığı ayrıca inkişaf etdirilməlidir.”
Ekspert qeyd edib ki, “Zəka yalnız məlumatla ölçülmür. Tənqidi düşüncə, yaradıcılıq və problem həll etmə bacarıqları daha önəmlidir.”
Sonda ekspert vurğulayıb ki, “Müasir dövrdə əsas məqsəd uşaqlara sadəcə informasiya vermək deyil, ondan düzgün istifadə etməyi öyrətməkdir.”

