Təhsil 365 - Logo Mobile

ADU-da Qərbi Azərbaycan Mərkəzinin açılışı olub

9313.04.2026 - 07:10
ADU-da Qərbi Azərbaycan Mərkəzinin açılışı olub

Aprelin 10-da Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Mərkəzinin açılışı olub. Mərkəzin açılışında millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar və tələbələr iştirak ediblər. Öncə mərkəzin dəhlizində Qərbi Azərbaycanla bağlı hazırlanmış fotosərgiyə baxış keçirilib.

“Tehsil365” xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Mərkəzinin açılması mühüm siyasi-mənəvi əhəmiyyət daşıyır. Qərbi Azərbaycan Mərkəzinin fəaliyyətə başlaması milli dəyərlərimizə, tariximizə, soykökümüzə olan ehtiram və diqqətin göstəricisidir. ADU-da Qərbi Azərbaycan mərkəzinin açılışı Prezident İlham Əliyevin Qərbi Azərbaycan siyasətinə olan dəstəyin bariz nümunəsidir.

Rektor çıxışında vurğulayıb ki, bu mərkəzin yaradılması təkcə elmi və tədris baxımından deyil, eyni zamanda milli yaddaşın qorunması və inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımdır. Azərbaycan Dillər Universitetinin zəngin elmi potensialı, geniş beynəlxalq əlaqələri və çoxdilli mühiti bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyət üçün əlverişli şərait yaradır. Məhz bu imkanlar sayəsində mərkəz beynəlxalq elmi platformalarda fəal iştirak edərək ölkəmizin mövqeyini daha dolğun şəkildə təqdim edə biləcək.

Akademik Kamal Abdulla bildirib ki, mərkəzin fəaliyyəti çərçivəsində həyata keçiriləcək layihələr, elmi tədqiqatlar və nəşrlər Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və ictimai həyatı ilə bağlı zəngin məlumat bazasının formalaşmasına xidmət edəcək. Bu isə gələcək nəsillərin öz köklərini daha dərindən dərk etməsinə imkan yaradacaq.

Sonda rektor belə mühüm təşəbbüsün reallaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirərək, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb və onun uzunmüddətli, səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

Daha sonra Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxışında mərkəzin açılışını tarixi hadisə olduğunu bildirib. Qeyd olunub ki, mərkəz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynacaq. Mərkəzin açılmasında göstərilən diqqət və qayğıya görə ADU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən professor Əziz Ələkbərli mərkəzin fəaliyyətində uğurlar arzu edib.

Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, professor Mahirə Hüseynova çıxışında mərkəzin elmi, mədəni və tarixi əhəmiyyəti haqqında söz açıb. Bildirilib ki, mərkəz təkcə Qərbi Azərbaycan dəyərlərini deyil, bütöv Azərbaycanın milli və mənəvi dəyərlərinin təbliğində mühüm rol oynayacaq.

Qeyd olunub ki, Qərbi Azərbaycan Mərkəzinin yaradılması həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərə düzgün və dolğun məlumatların çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Professor vurğulayıb ki, mərkəz müxtəlif elmi tədqiqatların aparılması, arxiv materiallarının toplanması və sistemləşdirilməsi üçün geniş imkanlar yaradacaq. Eyni zamanda, mərkəzin fəaliyyətinin gənclərin maarifləndirilməsinə, onların milli kimlik şüurunun gücləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb. Mərkəzdə keçiriləcək tədbirlər, sərgilər, dərslər və təqdimatlar vasitəsilə Qərbi Azərbaycanın zəngin mədəni irsi daha geniş auditoriyaya çatdırılacaq.

Çıxışda o da qeyd olunub ki, mərkəz beynəlxalq əməkdaşlıq baxımından da mühüm platformaya çevriləcək, xarici tədqiqatçılar və elm adamları ilə əlaqələrin qurulmasına şərait yaradacaq. Bu isə Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, akademik Abel Məhərrəmov Qərbi Azərbaycan Mərkəzinin açılışı münasibətilə ADU rəhbərliyini və kollektivini təbrik edib, mərkəzin gələcək fəaliyyətində uğurlar arzu edib.

Söylənilib ki, ADU-da Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırması üçün əlverişli imkanlar mövcuddur. Akademik çıxışında vurğulayıb ki, bu imkanlar Qərbi Azərbaycanla bağlı tarixi faktların, mədəni irsin və həqiqətlərin müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Akademik Abel Məhərrəmov əlavə edib ki, mərkəzin fəaliyyəti yalnız elmi sahə ilə məhdudlaşmayacaq, eyni zamanda mədəni tədbirlər, təqdimatlar və beynəlxalq konfranslar vasitəsilə daha geniş auditoriyanı əhatə edəcək. Bu cür təşəbbüslər Azərbaycanın tarixi və mədəni irsinin qorunması və təbliği baxımından olduqca əhəmiyyətlidir.

Daha sonra çıxış edənlər - Qərbi Azərbaycan İcması sədrinin müavini, millət vəkili Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü İbrahim Bayramov, Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon sədr müavini Tanrıverdi Mustafayev, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Arzuxan Əlizadə, Dədə Ələsgər Ocağının sədri Xətai Ələsgərli, Qərbi Azərbaycan İcmasının Təftiş Şurasının sədri Vahid Novruzov, Qərbiazərbaycanşünas Cəlal Allahverdiyev, Qərbi Azərbaycan televiziyasının rəhbəri Telli Pənahqızı və digər qonaqlar mərkəzin açılışı və fəaliyyəti ilə bağlı ürək sözlərini bildiriblər.

Çıxış edənlər mərkəzin yaradılmasını yüksək qiymətləndirərək, mərkəzin Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması və təbliği baxımından mühüm platforma olacağını vurğulayıblar.

Bildirilib ki, bu cür təşəbbüslər milli yaddaşın möhkəmləndirilməsinə, tarixi həqiqətlərin sistemli şəkildə araşdırılaraq gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Natiqlər qeyd ediblər ki, mərkəzin fəaliyyəti çərçivəsində həyata keçiriləcək elmi layihələr, maarifləndirici tədbirlər və media təşəbbüsləri Qərbi Azərbaycanla bağlı məlumatların daha geniş auditoriyaya çıxarılmasına imkan verəcək. Eyni zamanda, beynəlxalq səviyyədə informasiya mübadiləsinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın qurulmasının vacibliyi diqqətə çatdırılıb.

Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, mərkəz yalnız keçmişin öyrənilməsi ilə kifayətlənməyəcək, həm də bu irsin müasir dövrdə yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addımlar atacaq. Bu baxımdan gənclərin prosesə cəlb olunması, onların milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi əsas prioritetlərdən biri kimi qeyd olunub.

ADU-nun Qərbi Azərbaycan Mərkəzinin rəhbəri Həqiqət Hacıyeva mərkəzin açılışında göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, mərkəzin yaradılması universitetin elmi və mədəni həyatında mühüm mərhələ olmaqla yanaşı, Qərbi Azərbaycanın zəngin irsinin sistemli şəkildə araşdırılması və təbliği istiqamətində yeni imkanlar açır. Bildirilib ki, universitet rəhbərliyinin göstərdiyi diqqət və qayğı bu təşəbbüsün uğurla həyata keçirilməsində həlledici rol oynayıb.

Həqiqət Hacıyeva vurğulayıb ki, mərkəzin əsas məqsədi Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və etnoqrafiyası ilə bağlı elmi araşdırmaların genişləndirilməsi, əldə olunan nəticələrin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bu istiqamətdə müxtəlif elmi layihələrin, konfransların, seminarların və sərgilərin təşkilinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda aşıq havaları ifa olunub, qonaqlara xatirə hədiyyələri təqdim olunub, şeirlər səsləndirilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Riyaziyyatçıdan açıqlama: Məntiqi düşüncə təhsilin əsas dayağıdır13.04.2026 - 09:55
Mingəçevir Dövlət Universitetində “Müasir yatırım imkanları” mövzusunda Master Class təşkil olunub13.04.2026 - 09:46
DİM: Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən 13 mindən çox bakalavr ərizəsini təsdiq edib13.04.2026 - 09:35
BDU-da dissertasiya işlərində süni intellektdən istifadənin sərhədləri və risklərinə dair tədbir keçirilib13.04.2026 - 09:28
LDU-da zona fənn olimpiadası keçirilib13.04.2026 - 09:20
Təsadüfən tapdı, 17 il sonra yenidən kəşf etdi: Dünyanın ən böyük mağarası13.04.2026 - 09:11
OYU tələbələri üçün maarifləndirici ekskursiya: Atəşgah məbədi ziyarət edilib13.04.2026 - 09:00
CareerPlus proqramı Azərbaycan Dillər Universitetində infosessiya keçirəcək13.04.2026 - 08:50
Koronavirusun gizli fəsadı ortaya çıxdı13.04.2026 - 08:40
Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb13.04.2026 - 08:32
Xəzər dənizində zəlzələ olub 13.04.2026 - 08:30
Depressiyadan qorunmağın ən asan yolu13.04.2026 - 08:21
BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı13.04.2026 - 08:10
"Google" "Gemini" çatbotunda yenilik tətbiq edib13.04.2026 - 08:00
BDU Çinin Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ilə əməkdaşlığa başlayır13.04.2026 - 07:50
Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub13.04.2026 - 07:39
Prezidentin gəlini Pasxa bayramını belə qeyd etdi - FOTOLAR13.04.2026 - 07:31
BMU-da WUF13 çərçivəsində inklüziv kampus dizaynına həsr olunan vörkşop13.04.2026 - 07:20
Bu günün hava proqnozu 13.04.2026 - 07:07
Əmək Departamentinin ibtidai və orta təhsil tərəfdaşlığı çərçivəsində ilk qrantlar elan olunub13.04.2026 - 07:00
Nyu-York şəhərində məktəblər üçün süni intellektdən istifadə qaydaları açıqlanıb13.04.2026 - 06:36
Professorlar süni intellektə qarşı şifahi imtahanlara üstünlük verir13.04.2026 - 06:18
Tramp administrasiyasının ilk ilində təhsil siyasətinin əsas istiqamətləri açıqlanıb13.04.2026 - 06:00
ABŞ Təhsil Departamenti yeni qrant imkanlarını elan edib13.04.2026 - 05:42
Məktəb binalarında körpələr evi: idarəetmə şuralara verilir13.04.2026 - 05:18
Süni intellekt dövründə gənclər iş tapmaqda çətinlik çəkir13.04.2026 - 05:06
Gənc futbolçu Musa Qurbanlı diqqət mərkəzində13.04.2026 - 04:54
Şəhid jurnalist Osman Mirzəyevin xatirəsi anılır13.04.2026 - 04:36
Şair Tofiq Mütəllibovun xatirəsi yad edilir13.04.2026 - 04:18
Aida Abdullayevanın xatirəsi anıldı – Azərbaycan arfa məktəbinin banisi13.04.2026 - 04:00
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub12.04.2026 - 19:55
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib12.04.2026 - 19:45
Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?12.04.2026 - 19:37
Süni intellekt laboratoriya siçovullarının "dilini" öyrəndi: Depressiya sınaqlarında inqilab12.04.2026 - 19:28
53 minə yaxın şagird imtahan VERƏCƏK12.04.2026 - 19:20
Müasir uşaqlar daha ağıllıdır, yoxsa sadəcə daha çox informasiya görür? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:18
Sosial mediada “ideal uşaq” obrazı valideynlərə psixoloji təzyiq yaradırmı? – Psixoloqdan açıqlama12.04.2026 - 19:12
Planşetlə böyüyən uşaqlar gələcəkdə nəyi itirə bilər? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:05
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb12.04.2026 - 18:56
Sabah 16 dərəcə isti olacaq12.04.2026 - 18:46
6 yaşlı məktəbli ürək tutmasından vəfat edib12.04.2026 - 18:39
Polis hava ilə bağlı xəbərdarlıq edib12.04.2026 - 18:28
Çin Ay missiyasını bu ilin ikinci yarısında həyata keçirəcək12.04.2026 - 18:19
Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələri var12.04.2026 - 18:10
Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı keçirilib12.04.2026 - 18:08
Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürə bilər12.04.2026 - 18:00
“Tesla” ucuz elektrik avtomobili hazırlayır12.04.2026 - 17:55