Təhsil 365 - Logo Mobile

BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

8013.04.2026 - 08:10
BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynovun Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu “Bloomsbury Academic” nəşriyyatı tərəfindən nəşr olunan “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” (“International Cooperation in the Post-Soviet Space: Former Soviet Republics and Theories of International Politics”) kitabının təqdimat mərasimi keçirilib. Kitab ABŞ-nin Konqres Kitabxanasının kataloquna daxil edilib.

“Tehsil365” xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri, professor Hicran Hüseynova mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının təhlükəsizlik məsələləri kontekstində qiymətləndirildiyi tədqiqat əsərini yüksək qiymətləndirib. O diqqətə çatdırıb ki, kitabda Azərbaycanın regional siyasətinin əməkdaşlıq və sabitlik baxımından nümunə kimi göstərilməsi heç də təsadüfi deyil: “Düşünürəm ki, ABŞ-nin Konqres Kitabxanasının kataloquna daxil edilən kitab Azərbaycan dövlətinin yürütdüyü uzaqgörən və doğru siyasətin mahiyyətini dünyaya tanıtmaq üçün vasitəyə çevriləcək”.

Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Soltan Məmmədov böyük elmi, siyasi və geopolitik çəkiyə malik tədqiqat əsərinin regionun beynəlxalq münasibətlər sistemini öyrənmək üçün faydalı olduğunu vuğulayaraq müəllifə uğurlar arzulayıb.

Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev yeni reallıqlar dövrünü yaşayan Azərbaycanda postsovet məkanında dövlətlərin xarici siyasət davranışlarının formalaşmasına təsir edən daxili siyasi, iqtisadi və institusional amillərin də geniş şəkildə araşdırılmağa ehtiyac duyulduğunu qeyd edib.

bp-nin Xəzər bölgəsində kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti, BDU-nun Himayəçilər Şurasının üzvü Bəxtiyar Aslanbəyli tarixi hadisələrin siyasi nəzəriyyələrlə qarşılaşdırılaraq müqayisəli təhlilinin aparılmasının xüsusi peşəkarlıq tələb etdiyini və gənc nəslin təhlil bacarığının belə nümunələrlə artdığını qeyd edərək, “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının bu baxımdan tələbə-gənclər üçün önəmli mənbəyə çevriləcəyinə inamını ifadə edib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimai-siyasi proqramlar studiyasının müdiri Tofiq Abbasov, tanınmış politoloq, jurnalist Teymur Atayev, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professorları Xalid Niyazov və Ramiz Sevdimalıyev kitabın beynəlxalq münasibətlər sistemində regional proseslərin təhlili baxımından vacib nümunə olduğunu qeyd edərək, müəllifə uğurlar arzulayıblar.

Sonda kitabın müəllifi, Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynov təqdimatın təşkilinə görə təşəkkür edib. Qeyd edib ki, 2022-ci ilin may ayında ABŞ-nin Kolumbiya Universitetində keçirilən beynəlxalq konfransdakı təqdimatından sonra “Bloomsbury Academic” nəşriyyatı kitabı nəşr etdirmək təklifi ilə müraciət edib. Kitab beynəlxalq akademik ictimaiyyət tərəfindən də diqqətlə qarşılanaraq ABŞ-nin Konqres Kitabxanasının kataloquna daxil edilib ki, bu da kitabın beynəlxalq akademik dövriyyədə yer almasının mühüm göstəricilərindən biridir.

Zeynəb Quluyeva

Xəbər Lenti

Riyaziyyatçıdan açıqlama: Məntiqi düşüncə təhsilin əsas dayağıdır13.04.2026 - 09:55
Mingəçevir Dövlət Universitetində “Müasir yatırım imkanları” mövzusunda Master Class təşkil olunub13.04.2026 - 09:46
DİM: Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən 13 mindən çox bakalavr ərizəsini təsdiq edib13.04.2026 - 09:35
BDU-da dissertasiya işlərində süni intellektdən istifadənin sərhədləri və risklərinə dair tədbir keçirilib13.04.2026 - 09:28
LDU-da zona fənn olimpiadası keçirilib13.04.2026 - 09:20
Təsadüfən tapdı, 17 il sonra yenidən kəşf etdi: Dünyanın ən böyük mağarası13.04.2026 - 09:11
OYU tələbələri üçün maarifləndirici ekskursiya: Atəşgah məbədi ziyarət edilib13.04.2026 - 09:00
CareerPlus proqramı Azərbaycan Dillər Universitetində infosessiya keçirəcək13.04.2026 - 08:50
Koronavirusun gizli fəsadı ortaya çıxdı13.04.2026 - 08:40
Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb13.04.2026 - 08:32
Xəzər dənizində zəlzələ olub 13.04.2026 - 08:30
Depressiyadan qorunmağın ən asan yolu13.04.2026 - 08:21
"Google" "Gemini" çatbotunda yenilik tətbiq edib13.04.2026 - 08:00
BDU Çinin Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ilə əməkdaşlığa başlayır13.04.2026 - 07:50
Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub13.04.2026 - 07:39
Prezidentin gəlini Pasxa bayramını belə qeyd etdi - FOTOLAR13.04.2026 - 07:31
BMU-da WUF13 çərçivəsində inklüziv kampus dizaynına həsr olunan vörkşop13.04.2026 - 07:20
ADU-da Qərbi Azərbaycan Mərkəzinin açılışı olub13.04.2026 - 07:10
Bu günün hava proqnozu 13.04.2026 - 07:07
Əmək Departamentinin ibtidai və orta təhsil tərəfdaşlığı çərçivəsində ilk qrantlar elan olunub13.04.2026 - 07:00
Nyu-York şəhərində məktəblər üçün süni intellektdən istifadə qaydaları açıqlanıb13.04.2026 - 06:36
Professorlar süni intellektə qarşı şifahi imtahanlara üstünlük verir13.04.2026 - 06:18
Tramp administrasiyasının ilk ilində təhsil siyasətinin əsas istiqamətləri açıqlanıb13.04.2026 - 06:00
ABŞ Təhsil Departamenti yeni qrant imkanlarını elan edib13.04.2026 - 05:42
Məktəb binalarında körpələr evi: idarəetmə şuralara verilir13.04.2026 - 05:18
Süni intellekt dövründə gənclər iş tapmaqda çətinlik çəkir13.04.2026 - 05:06
Gənc futbolçu Musa Qurbanlı diqqət mərkəzində13.04.2026 - 04:54
Şəhid jurnalist Osman Mirzəyevin xatirəsi anılır13.04.2026 - 04:36
Şair Tofiq Mütəllibovun xatirəsi yad edilir13.04.2026 - 04:18
Aida Abdullayevanın xatirəsi anıldı – Azərbaycan arfa məktəbinin banisi13.04.2026 - 04:00
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub12.04.2026 - 19:55
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib12.04.2026 - 19:45
Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?12.04.2026 - 19:37
Süni intellekt laboratoriya siçovullarının "dilini" öyrəndi: Depressiya sınaqlarında inqilab12.04.2026 - 19:28
53 minə yaxın şagird imtahan VERƏCƏK12.04.2026 - 19:20
Müasir uşaqlar daha ağıllıdır, yoxsa sadəcə daha çox informasiya görür? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:18
Sosial mediada “ideal uşaq” obrazı valideynlərə psixoloji təzyiq yaradırmı? – Psixoloqdan açıqlama12.04.2026 - 19:12
Planşetlə böyüyən uşaqlar gələcəkdə nəyi itirə bilər? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:05
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb12.04.2026 - 18:56
Sabah 16 dərəcə isti olacaq12.04.2026 - 18:46
6 yaşlı məktəbli ürək tutmasından vəfat edib12.04.2026 - 18:39
Polis hava ilə bağlı xəbərdarlıq edib12.04.2026 - 18:28
Çin Ay missiyasını bu ilin ikinci yarısında həyata keçirəcək12.04.2026 - 18:19
Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələri var12.04.2026 - 18:10
Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı keçirilib12.04.2026 - 18:08
Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürə bilər12.04.2026 - 18:00
“Tesla” ucuz elektrik avtomobili hazırlayır12.04.2026 - 17:55