Azərbaycan Dillər Universiteti-də CareerPlus – Tələbə və Gənc Məzunların İnkişaf Proqramı çərçivəsində infosessiya təşkil olunacaq. Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi-nin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı-nın (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, infosessiyanın əsas məqsədi tələbə və gənc məzunları proqramın imkanları ilə yaxından tanış etmək, onların karyera və şəxsi inkişaf istiqamətində məlumatlandırılmasını təmin etməkdir.
Tədbir zamanı iştirakçılara CareerPlus proqramının məzmunu, fəaliyyət istiqamətləri və təqdim etdiyi imkanlar barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, gənclər proqram çərçivəsində fəaliyyət göstərən klublara qoşulmaq imkanları ilə tanış olacaq, müxtəlif inkişaf və şəbəkələşmə fürsətlərindən yararlanma yollarını öyrənəcəklər.
Infosessiya 14 aprel 2026-cı il tarixində saat 14:00-da Azərbaycan Dillər Universiteti-də keçiriləcək.
Qeyd edək ki, CareerPlus proqramı gənclərin peşəkar bacarıqlarının artırılması, onların əmək bazarına hazırlığının gücləndirilməsi və karyera planlamasında dəstək göstərilməsi məqsədi daşıyır.

