Təhsil 365 - Logo Mobile

BDU-da dissertasiya işlərində süni intellektdən istifadənin sərhədləri və risklərinə dair tədbir keçirilib

6213.04.2026 - 09:28
BDU-da dissertasiya işlərində süni intellektdən istifadənin sərhədləri və risklərinə dair tədbir keçirilib

Bakı Dövlət Universitetində (BDU) “Dissertasiya işlərində süni intellekt: normativ sərhədlər, risklər və akademik dürüstlüyün təmin edilməsi” mövzusunda tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev qeyd edib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı elmi nailiyyət sayılmaqla yanaşı, elmi fəaliyyətdə saxtakarlığa yol aça bilər. Xüsusilə süni intellektin dissertasiya və monoqrafiya kimi elmi işlərin yazılmasında rolu getdikcə daha çox müzakirə edilməkdədir. Dissertasiyaların yazılması zamanı plagiatla yanaşı, süni intellektdən istifadə hallarının qarşısını almaq vacibdir. Müəlliflik hüququ, plagiat riski və elmi araşdırmaların orijinallığı kimi məsələlər bu sahədə düzgün tətbiq mexanizmini tələb edir.

Tədbirdə “StrikePlagiarizm.com” sisteminin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Fəridə Rzazadə məruzə ilə çıxış edərək dissertasiya işlərində süni intellektdən istifadənin yaratdığı müasir çağırışlar, akademik dürüstlük üçün risklər və mövcud aşkarlama sistemlərinin məhdudiyyətləri barədə ətraflı məlumat verib. Bildirib ki, süni intellekt vasitəsilə yaradılmış məzmunun avtomatik aşkarlanması ehtimal xarakteri daşıyır və bu nəticələr birbaşa sübut kimi qəbul edilə bilməz. Beynəlxalq təcrübə və statistik göstəricilər mövcud nəzarət mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərir.

Çıxış zamanı akademik dürüstlüyün təmin olunmasına yönəlmiş kompleks tədbirlər də təqdim edilib. Bu çərçivədə süni intellektdən istifadənin icazə verilən və qadağan olunan formalarının dəqiq müəyyənləşdirilməsi, istifadənin məcburi bəyan edilməsi, çoxsəviyyəli nəzarət mexanizmlərinin tətbiqi (qaralama materialların təhlili, şifahi müdafiə, stilometrik üsullar və avtomatlaşdırılmış yoxlama vasitələri), eləcə də mübahisəli halların şəffaf araşdırılması prosedurlarının və sanksiya sisteminin formalaşdırılması kimi məsələlər ön plana çəkilib. Eyni zamanda yeni texnoloji reallıqlar nəzərə alınmaqla tədris tapşırıqlarının formatının uyğunlaşdırılmasının zəruriliyi vurğulanıb.

Qeyd olunub ki, məqsəd süni intellekti qadağan etmək deyil, onu məsuliyyətli şəkildə tədris prosesinə inteqrasiya etmək, bununla da akademik dürüstlüyü və təhsilin keyfiyyətini qorumaqdır.

Tədbirin sonunda BDU-nun Antiplagiat Komissiyasının sədri Kəmalə Alışeva və “StrikePlagiarizm.com” sisteminin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Fəridə Rzazadə iştirakçıların suallarını cavablandırıblar.

Zeynəb Quluyeva

Xəbər Lenti

Riyaziyyatçıdan açıqlama: Məntiqi düşüncə təhsilin əsas dayağıdır13.04.2026 - 09:55
Mingəçevir Dövlət Universitetində “Müasir yatırım imkanları” mövzusunda Master Class təşkil olunub13.04.2026 - 09:46
DİM: Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən 13 mindən çox bakalavr ərizəsini təsdiq edib13.04.2026 - 09:35
LDU-da zona fənn olimpiadası keçirilib13.04.2026 - 09:20
Təsadüfən tapdı, 17 il sonra yenidən kəşf etdi: Dünyanın ən böyük mağarası13.04.2026 - 09:11
OYU tələbələri üçün maarifləndirici ekskursiya: Atəşgah məbədi ziyarət edilib13.04.2026 - 09:00
CareerPlus proqramı Azərbaycan Dillər Universitetində infosessiya keçirəcək13.04.2026 - 08:50
Koronavirusun gizli fəsadı ortaya çıxdı13.04.2026 - 08:40
Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb13.04.2026 - 08:32
Xəzər dənizində zəlzələ olub 13.04.2026 - 08:30
Depressiyadan qorunmağın ən asan yolu13.04.2026 - 08:21
BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı13.04.2026 - 08:10
"Google" "Gemini" çatbotunda yenilik tətbiq edib13.04.2026 - 08:00
BDU Çinin Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ilə əməkdaşlığa başlayır13.04.2026 - 07:50
Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub13.04.2026 - 07:39
Prezidentin gəlini Pasxa bayramını belə qeyd etdi - FOTOLAR13.04.2026 - 07:31
BMU-da WUF13 çərçivəsində inklüziv kampus dizaynına həsr olunan vörkşop13.04.2026 - 07:20
ADU-da Qərbi Azərbaycan Mərkəzinin açılışı olub13.04.2026 - 07:10
Bu günün hava proqnozu 13.04.2026 - 07:07
Əmək Departamentinin ibtidai və orta təhsil tərəfdaşlığı çərçivəsində ilk qrantlar elan olunub13.04.2026 - 07:00
Nyu-York şəhərində məktəblər üçün süni intellektdən istifadə qaydaları açıqlanıb13.04.2026 - 06:36
Professorlar süni intellektə qarşı şifahi imtahanlara üstünlük verir13.04.2026 - 06:18
Tramp administrasiyasının ilk ilində təhsil siyasətinin əsas istiqamətləri açıqlanıb13.04.2026 - 06:00
ABŞ Təhsil Departamenti yeni qrant imkanlarını elan edib13.04.2026 - 05:42
Məktəb binalarında körpələr evi: idarəetmə şuralara verilir13.04.2026 - 05:18
Süni intellekt dövründə gənclər iş tapmaqda çətinlik çəkir13.04.2026 - 05:06
Gənc futbolçu Musa Qurbanlı diqqət mərkəzində13.04.2026 - 04:54
Şəhid jurnalist Osman Mirzəyevin xatirəsi anılır13.04.2026 - 04:36
Şair Tofiq Mütəllibovun xatirəsi yad edilir13.04.2026 - 04:18
Aida Abdullayevanın xatirəsi anıldı – Azərbaycan arfa məktəbinin banisi13.04.2026 - 04:00
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub12.04.2026 - 19:55
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib12.04.2026 - 19:45
Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?12.04.2026 - 19:37
Süni intellekt laboratoriya siçovullarının "dilini" öyrəndi: Depressiya sınaqlarında inqilab12.04.2026 - 19:28
53 minə yaxın şagird imtahan VERƏCƏK12.04.2026 - 19:20
Müasir uşaqlar daha ağıllıdır, yoxsa sadəcə daha çox informasiya görür? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:18
Sosial mediada “ideal uşaq” obrazı valideynlərə psixoloji təzyiq yaradırmı? – Psixoloqdan açıqlama12.04.2026 - 19:12
Planşetlə böyüyən uşaqlar gələcəkdə nəyi itirə bilər? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:05
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb12.04.2026 - 18:56
Sabah 16 dərəcə isti olacaq12.04.2026 - 18:46
6 yaşlı məktəbli ürək tutmasından vəfat edib12.04.2026 - 18:39
Polis hava ilə bağlı xəbərdarlıq edib12.04.2026 - 18:28
Çin Ay missiyasını bu ilin ikinci yarısında həyata keçirəcək12.04.2026 - 18:19
Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələri var12.04.2026 - 18:10
Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı keçirilib12.04.2026 - 18:08
Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürə bilər12.04.2026 - 18:00
“Tesla” ucuz elektrik avtomobili hazırlayır12.04.2026 - 17:55