Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri Rakib Əfəndiyevin həmmüəllifi olduğu elmi məqalə Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib.
BMU-dan “Tehsil365” ə bildirilib ki, “Dəyişən eksponentli çoxfazalı məsələlərdə zəif həllərin divergensiya edən ardıcıllıqlarının mövcudluğu” (“Multi-Phase Problems with Variable Exponents: Existence of Divergent Sequences of Weak Solutions”) adlı məqalə tətbiqi riyaziyyat sahəsində nüfuzlu elmi nəşrlərdən biri hesab olunan “Discrete and Continuous Dynamical Systems” (Series S) jurnalında yer alıb. Jurnal Q1 kateqoriyalıdır və “Scopus” bazasında indekslənir.
Araşdırmanın nəticələri çoxfazalı məsələlərin öyrənilməsi, zəif həllərin mövcudluğunun əsaslandırılması və müvafiq funksional məkanlarda onların davranışının təhlili baxımından mühüm elmi əhəmiyyət daşıyır.

