AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 2025-ci il üzrə 2-ci (64-cü) nömrəsi işıq üzü görüb.
İnstitutdan “Tehsil365” ə bildirilib ki, ildə iki dəfə nəşr edilən jurnalın bu nömrəsində də folklorşünaslığın müxtəlif istiqamətlərini əhatə edən aktual elmi araşdırmalar təqdim olunub.
Nəşrdə Oruc Əliyevin “Dərbənd folklorunda əfsanə və rəvayətlərin yeri”, Ramil Əliyevin “Cırtdanın nağılı”nda yuxunun mifoloji-bədii analizi”, Şakir Albalıyevin “Abbas və Gülgəz” – xalq aşığının haqq aşiqliyi”, Mətanət Yaqubqızının “Bədnəzərdən qorunmanın simvolikası”, Nailə Əskərin “Aşıq sənətinin poetik xüsusiyyətləri”, Elçin Qaliboğlunun “Oğuz atalar sözləri və məsəllərində tanrıçılıq görüşləri”, Xuraman Kərimovanın “Kitabi-Dədə Qorqud” dastanında paremioloji vahidlər”, Məleykə Məmmədovanın “Doğum ritualı ənənələri: Azərbaycan və özbək folkloru kontekstində”, Aynur Cəlilovanın “Azərbaycan folklorunda ov və meşə əyəsi ilə bağlı mifoloji və dini təsəvvürlər”, Qumru Şəhriyarın “Qırx batır”ın ilk həlqəsi – Edigey və onun nəsli”, Günay Qarayevanın “Folklordan geologiyaya. Milli identikliyin interdisiplinarlığı (X.Yusifzadənin görüşləri əsasında)”məqalələri təqdim olunur.
Topluda, həmçinin “Folklordan orta əsrlər Azərbaycan poeziyasına keçid”, “Azərbaycan folklorunda formanın arxetipik enerjisi”, “Ləman Vaqifqızının “Dambur ifaçılığı və hayla yaradıcılığı” adlı araşdırması haqqında”, “1920-ci illərdə ədəbi-nəzəri fikirdə şifahi xalq ədəbiyyatı məsələləri”, “Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında estetik dəyərlər”, “Antropomorf triksterlər: mifoloji və mədəni kontekstlər”, “Dədə Qorqud” dastanının tarixinə bir nəzər”, “Tapmacaların sistemli kataloqu və onun elmi-praktiki əhəmiyyəti”, “Aşıq Ələsgərin Borçalı aşıq mühitinin formalaşmasında rolu” məqalələri yer alıb.
Nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, baş redaktorun müavini dosent Nail Qurbanov, məsul katibi isə dosent Elçin Qaliboğludur.
Toplunun redaksiya heyətində müxtəlif ölkələrdən tanınmış alimlər təmsil olunur ki, bu da nəşrin beynəlxalq elmi əməkdaşlıq platforması kimi əhəmiyyətini artırır.
“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalı 2023-cü ildən DOI (Digital Object Identifier) identifikatoru ilə nəşr olunur. Təqdim olunan nömrədə 20 məqalə yer alıb və məqalələrin hər biri DOI identifikatoru ilə təmin edilib.

