Təhsil 365 - Logo Mobile

BDU-nun 11 təhsil proqramı beynəlxalq akkreditasiyadan keçərək sertifikatlara layiq görülüb

10413.04.2026 - 14:28
BDU-nun 11 təhsil proqramı beynəlxalq akkreditasiyadan keçərək sertifikatlara layiq görülüb

Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində təbiət-dəqiq və texniki istiqamətlər üzrə tədris olunan 11 təhsil proqramı beynəlxalq akkreditasiyadan uğurla keçərək, müvafiq sertifikatlara layiq görülüb.

BDU-dan “Tehsil365” ə bildirilib ki, proqramların akkreditasiyası Qazaxıstanda fəaliyyət göstərən və Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tamhüquqlu üzvü olan Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik (IQAA) tərəfindən aparılıb.

Ötən ay keçirilmiş akkreditasiya çərçivəsində təbiət-dəqiq və texniki istiqamətlər üzrə 11 ixtisaslaşma (“Bərk cisim elektronikası”, “Biofizika”, “Diskret sistemlər”, “Ekoloji kimya”, “Geokimya”, “Mikrobiologiya”, “Molekulyar biologiya”, “Nanomateriallar kimyası”, “Radiasiya materialşünaslığı”, “Riyazi analiz” və “Riyazi modelləşdirmə”) üzrə beynəlxalq ekspert komissiyaları tərəfindən universitetdə kompleks və genişmiqyaslı qiymətləndirmə aparılıb. Ekspertlər tədris prosesini, idarəetmə mexanizmlərini və universitetin ümumi fəaliyyətini yerində qiymətləndiriblər. Beynəlxalq ekspertlər universitetin akademik və inzibati heyəti, tələbələr, məzunlar və işəgötürənlərlə görüşlər keçirərək təhsil proqramlarının məzmunu, müasir tədris metodları, keyfiyyət təminatı mexanizmləri və maddi-texniki baza ilə yaxından tanış olublar. Eyni zamanda, akkreditasiya prosesində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələrinin iştirakı təmin edilib. Yekun qiymətləndirmə nəticələrinə əsasən, təbiət-dəqiq və texniki istiqamətlərə aid magistratura səviyyəsində tədris olunan 11 proqramın 5 il (2031-ci il martın 27-dək) müddətinə tam akkreditasiyadan keçirilməsi barədə qərar Akkreditasiya Komissiyaları tərəfindən qəbul edilib.

Zəhra Əliyeva

Xəbər Lenti

Tələbə Liqasının 2025/2026 mövsümündə II dövrəyə start verilib 13.04.2026 - 18:28
Rezidenturaya ərizə qəbulu elan edilib13.04.2026 - 18:24
Həftəsonu 21 bölgədə qəbul imtahanı keçiriləcək13.04.2026 - 18:20
BMU aliminin məqaləsi Q1 kateqoriyalı jurnalda13.04.2026 - 18:16
Həkim xərçəngin yaranmasının əsas səbəblərini açıqladı13.04.2026 - 18:10
Siniflərdə şagird sayı normanı aşır: “müəllimlərin köməkçiləri olsun” - TƏKLİF13.04.2026 - 18:08
Körpələr evi-uşaq bağçalarına yeni təyinatlar olub13.04.2026 - 18:02
Parisdə Azərbaycan məktəbində “Bülbül” kitabının təqdimatı olub13.04.2026 - 17:55
Şəmsi Qoca, təhsil eksperti: “Sosial vəziyyət şagirdin təhsilinə kompleks şəkildə təsir göstərir”13.04.2026 - 17:55
Paytaxt məktəbində YENİLİK: Davamiyyət QR kodla yoxlanılır13.04.2026 - 17:52
Psixoloq Fəridə Musəvi: Gecikən müdaxilə problemləri ağırlaşdırır13.04.2026 - 17:51
Dr. Xaliq Əliyev: “Hansı göz xəstəlikləri səssiz şəkildə inkişaf edir?” – açıqlama13.04.2026 - 17:50
Azərbaycan müəllimləri Avropada təcrübə qazanacaqlar13.04.2026 - 17:45
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq13.04.2026 - 17:42
Fazil Əhmədli: “Din insanın fitri ehtiyacıdır” – İlahiyyatçıdan dini inanc, şübhə və uzaqlaşma barədə geniş açıqlama13.04.2026 - 17:40
ADNSU müəllim vakansiyaları elan edib13.04.2026 - 17:35
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri davam etdirilir13.04.2026 - 17:34
Kitabxanada şair-publisist Kəmalə Abiyeva ilə görüş təşkil edilib13.04.2026 - 17:26
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb13.04.2026 - 17:25
Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq13.04.2026 - 17:19
Azərbaycan dilinin rəqəmsal ekosistemi üzrə tədqiqatlar aparılır13.04.2026 - 17:15
Səkkiz rəssam xalça ornamentləri ilə bəzədilmiş “Karvan” yaradıb13.04.2026 - 17:14
Çikaqodakı İllinoys Texnologiya İnstitutunda Azərbaycan mədəniyyəti təqdim olunub13.04.2026 - 17:06
ARTİ rəsmiləri PISA-nın İdarəetmə Şurasının növbəti iclasına qatılıblar13.04.2026 - 17:05
Bu tarixdə meteor yağışı olacaq13.04.2026 - 17:00
Yazıçı Rövşən Abdullaoğlu açıqlaması: Süni intellekt yaradıcılığa təhdid, yoxsa fürsət?13.04.2026 - 17:00
ADU-nun doktorantı respublika birincisi oldu13.04.2026 - 16:55
Nəqliyyat eksperti: İctimai nəqliyyatda əlçatanlıq və rəqəmsallaşma artırılmalıdır13.04.2026 - 16:53
Naxçıvan məktəblisi beynəlxalq turnirin qalibi olub 13.04.2026 - 16:45
Psixoloq Aygül Məlikovanın açıqlaması: Şagirdlərdə diqqət dağınıqlığının səbəbləri və həlli yolları.13.04.2026 - 16:40
Naxçıvanın 127 şagirdi RFM-in yarımfinalında iştirak edəcək13.04.2026 - 16:35
Hərbi ekspert Emin Həsənli: “Vətənpərvər gənclərin yetişməsində təhsil sisteminin rolu böyükdür”13.04.2026 - 16:30
“Rezidentura” xüsusi buraxılışının ikinci nömrəsi nəşr edilib13.04.2026 - 16:25
Hacı Surxay Məmmədli: Dini tərbiyə sevgi və nümunə üzərində qurulmalıdır13.04.2026 - 16:20
Tibb eksperti Adil Qeybulla: “Təhsil müəssisələrində sağlamlıq sistemi gücləndirilməlidir”13.04.2026 - 16:15
Aprelin 19-da imtahan verəcək abituriyentlərin nəzərinə13.04.2026 - 16:15
Təhsil eksperti: İmtahanların sadələşdiriləcəyi gözlənilmir13.04.2026 - 16:10
Rəqəmsal transformasiya və kitab nəşri – elmi seminar13.04.2026 - 16:05
Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq13.04.2026 - 16:00
Mədəni qastrol proqramının növbəti ünvanı Xırdalan şəhəri olub13.04.2026 - 16:00
Görkəmli baletmeyster, Xalq artisti Maqsud Məmmədov vəfat edib13.04.2026 - 15:50
Moskvada Azərbaycan musiqisi axşamı13.04.2026 - 15:45
Çinin süni intellekti 10 il ərzində həll edilməyən riyazi məsələnin öhdəsindən gəlib13.04.2026 - 15:40
Bakıda “Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açılıb13.04.2026 - 15:35
BDU Türkiyənin Nəcməddin Ərbakan Universiteti ilə əməkdaşlıq edəcək13.04.2026 - 15:30
Psixoloq Mətanət Əliyeva: “Pozitiv düşüncənin məcburi təqdimatı emosional tükənməyə səbəb ola bilər”13.04.2026 - 15:25
Beynəlxalq Muğam Mərkəzində satirik-yumoristik gecə13.04.2026 - 15:21
Müasir təhsildə innovativ modellər və dəyəryönümlü yanaşma – təlim13.04.2026 - 15:20