Təhsil 365 - Logo Mobile

Qazaxıstan dövlət qulluqçularının iştirakı ilə təlim–tədris proqramına yekun vurulub

10313.04.2026 - 15:03
Qazaxıstan dövlət qulluqçularının iştirakı ilə təlim–tədris proqramına yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Qazaxıstan Respublikasının bir qrup dövlət qulluqçusu üçün təlim-təcrübə proqramı təşkil edib.

DİA-dan “Tehsil365” ə bildirilib ki, təlim proqramı çərçivəsində dövlət idarəçiliyində rəqəmsal transformasiya, qanunvericilik fəaliyyətində rəqəmsallaşma, gender bərabərliyi siyasəti, turizm siyasəti, ekoloji idarəetmə, insan hüquqları, dövlət suverenliyi və beynəlxalq münasibətlər mövzularında mühazirələr və təqdimatlar təşkil olunub. Həmçinin proqram çərçivəsində iştirakçıların Milli Məclis, ASAN İnnovasiya Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarında görüşləri baş tutub.

Təlim-tədris proqramının bağlanış mərasimində DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycan və Qazaxıstan arasında tarixən formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. O, xüsusilə dövlət idarəçiliyi sahəsində kadr hazırlığının, dövlət qulluqçularının peşə bilik və bacarıqlarının artırılmasının, eləcə də beynəlxalq təcrübə mübadiləsinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rektor çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ dövlət idarəçiliyi modelinin ölkənin davamlı inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Eyni zamanda, əldə olunmuş bu təcrübənin beynəlxalq müstəvidə maraq doğurduğunu bildirərək, belə təlim proqramlarının müxtəlif ölkələrin dövlət idarəçiliyi institutları arasında əməkdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və qabaqcıl idarəçilik təcrübələrinin paylaşılmasına xidmət etdiyini qeyd edib.

Təlim proqramının Qazaxıstandan olan iştirakçıları isə Bakıda olduqları müddət ərzində müxtəlif dövlət qurumlarında keçirilən görüşlərin və təqdimatların onların peşəkar inkişafı baxımından çox faydalı olduğunu bildiriblər. Onlar Azərbaycanın dövlət idarəçiliyi sahəsində tətbiq etdiyi innovativ yanaşmalar, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlar və vətəndaşyönümlü xidmət modelləri ilə yaxından tanış olmaq imkanı əldə etdiklərini vurğulayıblar. Qonaqlar qeyd ediblər ki, Qazaxıstan Prezidenti yanında İdarəçilik Akademiyasının dövlət qulluqçuları üçün nəzərdə tutulmuş magistr proqramı çərçivəsində təhsil alanlar üçün hər il müxtəlif ölkələrdə – İsveçrə, Latviya, Litva, Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Malayziya və Özbəkistanda analoji təlim proqramları təşkil olunur. Bu ildən etibarən Azərbaycanın da həmin siyahıya daxil edilməsi xüsusi məmnunluqla qarşılanıb, ölkəmizin bu istiqamətdə qazandığı nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi qiymətləndirilib. İştirakçılar belə proqramların gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayaraq, əldə etdikləri bilik və təcrübələrin onlara töhfə verəcəyini bildiriblər.

Zəhra Əliyeva

Xəbər Lenti

Regionlardan olan müəllimlərin peşəkar inkişafına dəstək davam etdirilir13.04.2026 - 19:57
Dünyada ali məktəbi olmayan ÖLKƏLƏR13.04.2026 - 19:54
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb13.04.2026 - 19:48
Sabah bəzi yerlərdə yağış yağacaq13.04.2026 - 19:44
DİM-dən 19 apreldə imtahan verənlərə MÜRACİƏT13.04.2026 - 19:36
BMU-da WUF13 çərçivəsində seminar13.04.2026 - 19:30
Məktəblərdə tarix və mədəni irs necə tədris olunmalıdır ki, maraqlı olsun? – Arxeoloq Qafar Cabıyev açıqladı13.04.2026 - 19:28
Deputatlar təhsil problemlərinə kifayət qədər diqqət ayırır? – Deputat Kamal Cəfərov açıqladı13.04.2026 - 19:24
“Uşaqlar təkcə dərs yükü deyil, psixoloji təzyiq də daşıyır” – Psixoloq Jalə xanımla müsahibə13.04.2026 - 19:18
Məktəblərdə uzun müddət ekran istifadəsi uşaqların görmə qabiliyyətinə necə təsir edir? – Oftalmoloq Aynur Əliyeva xəbərdarlıq edir13.04.2026 - 19:14
Təhsil sahəsində əsas problem maliyyədir, yoxsa idarəetmə? – Deputat açıqlama verdi13.04.2026 - 19:08
İmtahanlarda yanlış yanaşma: suallar getdikcə “tələ”yə ÇEVRİLİR13.04.2026 - 19:05
Müasir təhsil gənclərin mənəvi inkişafına necə təsir göstərir? – İlahiyyatçı açıqladı13.04.2026 - 19:02
DSX Akademiyasının tələbəsi vəfat etdi13.04.2026 - 18:56
Azərbaycan əhalisinin sayı açıqlanıb13.04.2026 - 18:54
Saat 18-dan sonra etməməli olduğunuz 6 şey: ürəyiniz üçün risklər barədə XƏBƏRDARLIQ13.04.2026 - 18:50
Ədliyyə orqanlarına qəbul imtahanı keçiriləcək13.04.2026 - 18:47
Aprelin sonunda meteor yağışı müşahidə ediləcək13.04.2026 - 18:44
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır13.04.2026 - 18:40
Ali təhsilli qadınları sayı ARTIR: ən çox seçdikləri İXTİSASLAR13.04.2026 - 18:38
Süni intellekt: Qlobal rəqabət və Azərbaycan13.04.2026 - 18:32
Azərbaycanlı gəncdən böyük uğur - BMT-də rəsmi spiker oldu13.04.2026 - 18:30
Tələbə Liqasının 2025/2026 mövsümündə II dövrəyə start verilib 13.04.2026 - 18:28
Rezidenturaya ərizə qəbulu elan edilib13.04.2026 - 18:24
Həftəsonu 21 bölgədə qəbul imtahanı keçiriləcək13.04.2026 - 18:20
BMU aliminin məqaləsi Q1 kateqoriyalı jurnalda13.04.2026 - 18:16
Həkim xərçəngin yaranmasının əsas səbəblərini açıqladı13.04.2026 - 18:10
Siniflərdə şagird sayı normanı aşır: “müəllimlərin köməkçiləri olsun” - TƏKLİF13.04.2026 - 18:08
Körpələr evi-uşaq bağçalarına yeni təyinatlar olub13.04.2026 - 18:02
Şəmsi Qoca, təhsil eksperti: “Sosial vəziyyət şagirdin təhsilinə kompleks şəkildə təsir göstərir”13.04.2026 - 17:55
Parisdə Azərbaycan məktəbində “Bülbül” kitabının təqdimatı olub13.04.2026 - 17:55
Paytaxt məktəbində YENİLİK: Davamiyyət QR kodla yoxlanılır13.04.2026 - 17:52
Psixoloq Fəridə Musəvi: Gecikən müdaxilə problemləri ağırlaşdırır13.04.2026 - 17:51
Dr. Xaliq Əliyev: “Hansı göz xəstəlikləri səssiz şəkildə inkişaf edir?” – açıqlama13.04.2026 - 17:50
Azərbaycan müəllimləri Avropada təcrübə qazanacaqlar13.04.2026 - 17:45
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq13.04.2026 - 17:42
Fazil Əhmədli: “Din insanın fitri ehtiyacıdır” – İlahiyyatçıdan dini inanc, şübhə və uzaqlaşma barədə geniş açıqlama13.04.2026 - 17:40
ADNSU müəllim vakansiyaları elan edib13.04.2026 - 17:35
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri davam etdirilir13.04.2026 - 17:34
Kitabxanada şair-publisist Kəmalə Abiyeva ilə görüş təşkil edilib13.04.2026 - 17:26
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb13.04.2026 - 17:25
Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq13.04.2026 - 17:19
Azərbaycan dilinin rəqəmsal ekosistemi üzrə tədqiqatlar aparılır13.04.2026 - 17:15
Səkkiz rəssam xalça ornamentləri ilə bəzədilmiş “Karvan” yaradıb13.04.2026 - 17:14
Çikaqodakı İllinoys Texnologiya İnstitutunda Azərbaycan mədəniyyəti təqdim olunub13.04.2026 - 17:06
ARTİ rəsmiləri PISA-nın İdarəetmə Şurasının növbəti iclasına qatılıblar13.04.2026 - 17:05
Yazıçı Rövşən Abdullaoğlu açıqlaması: Süni intellekt yaradıcılığa təhdid, yoxsa fürsət?13.04.2026 - 17:00
Bu tarixdə meteor yağışı olacaq13.04.2026 - 17:00