Məsləhətim yalnız “dəriyə baxmaq” deyil, bütöv insanı tanımaqdır.Bunun üçün ilk növbədə ümumi tibb biliklərinə yiyələnmək vacibdir — anatomiya, histologiya, immunologiya və patofiziologiyanı yaxşı öyrənmək əsasdır.
Bu sözləri “Tehsil365” ə açıqlamasında , dermatoloq Aygün Mustafayeva bildirib.
“Vizual yaddaş, yəni göz yaddaşı da çox önəmlidir. Nə qədər çox klinik şəkil görsən, bir o qədər tez və dəqiq tanıma qabiliyyətin inkişaf edər.”
“Bundan əlavə, səbirli olmaq və ən xırda detallara diqqət yetirmək bu sahədə uğurun əsas şərtlərindəndir. Pasientlə ünsiyyət bacarığını inkişaf etdirmək, bir növ insan psixologiyasını anlamaq da çox vacibdir.”

