Təhsil 365 - Logo Mobile

Uşaqları müqayisə etmək: motivasiya yoxsa psixoloji zərər? -Nabat Mirzəyeva

11613.04.2026 - 14:40
Uşaqları müqayisə etmək: motivasiya yoxsa psixoloji zərər? -Nabat Mirzəyeva

Çox vaxt olaraq müqayisə uşaqlarda böyük bir zərbə, böyük bir zədə olur. Əgər ki, davamlı və daimi olaraq bir müqayisə olunursa, sözsüz ki, bu zaman istər-istəməz artıq onun həyatında, gələcək zamanlarında böyük bir təsiri olur.

Bu sözləri “Tehsil365” ə açıqlamasında , psixoloq Nabat Mirzəyeva bildirib.

“Başqa uşaqlarla psixoloji müqayisə, əslində, çox vaxt uşaqlar üçün dərin bir zərbə olur. Xüsusilə bu hal davamlı və sistemli şəkildə təkrarlanırsa, uşağın daxili dünyasında ciddi izlər buraxır. Uşaq zamanla düşünməyə başlayır ki, “mən kifayət deyiləm”, “valideynlərim üçün yetərli deyiləm”, “nə etsəm də uğurlu olmayacağam”. Bu düşüncələr onun özünə inamını zəiflədir, özünü qəbul etməsini çətinləşdirir və daxili tənqidi gücləndirir.”

“Müqayisə edilən uşaqda sevginin şərtli olduğu hissi formalaşa bilər. O düşünür ki, sevilmək üçün daim özünü sübut etməlidir. Bu isə ya həddindən artıq özünü göstərmə ehtiyacına, ya da tam əksinə – özünə qapanmağa və passivliyə gətirib çıxarır. Bəzi uşaqlarda aqressiya, bəzilərində isə həddindən artıq sakitlik və çəkingenlik müşahidə olunur. Bu fərqli reaksiyalar uşağın xarakterindən asılı olsa da, nəticə etibarilə hər biri psixoloji gərginliyin göstəricisidir.”

“Zaman keçdikcə bu hal uşağın sosial münasibətlərinə də təsir edir. O, digər uşaqlara qarşı qısqanclıq hiss edə, özünü daim başqaları ilə müqayisə etməyə alışa bilər. Bu isə gələcək həyatında münasibətlərin qurulmasına və özünü dəyərləndirməsinə mənfi təsir göstərir. Eyni zamanda, valideynlərə qarşı daxili inciklik, gizli aqressiya və anlaşılmama hissi yaranır.”

“Bəzən valideynlər düşünür ki, müqayisə uşağı motivasiya edə bilər. Qısa müddətli və təsadüfi hallarda bu müəyyən qədər təsirli görünə bilər. Uşaq “mən də bacararam” düşüncəsi ilə hərəkətə keçə bilər. Lakin bu davranış uzun müddət davam etdikdə, əks təsir yaradır: stress artır, qorxular formalaşır və daxili motivasiya zəifləyir. Uşaq artıq “bacaracağammı?” qorxusu ilə hərəkət edir və bu da onun inkişafını ləngidir.”

“Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə bu təsirlər daha güclü olur. Çünki bu mərhələdə uşaq öz kimliyini formalaşdırır. Daim müqayisə olunan uşaq “mən kiməm?” sualına sağlam cavab tapa bilmir və dəyərsizlik hissi ilə üzləşir.”

“Sağlam yanaşma isə uşağı başqaları ilə deyil, özünün əvvəlki vəziyyəti ilə müqayisə etməyə öyrətməkdir. “Dünən necə idim, bu gün necə inkişaf etdim?” sualı inkişafın əsasını təşkil etməlidir. Kiçik addımlar, real hədəflər və fərdi inkişaf planı uşağın daha sağlam və davamlı şəkildə irəliləməsinə kömək edir.”

‘Unutmaq olmaz ki, hər uşaq fərqlidir. Onun güclü tərəfləri, bacarıqları və inkişaf tempi unikaldır. Buna görə də müqayisə inkişaf vasitəsi deyil, əksinə, özgüvəni zəiflədən bir amildir. İnkişafın başlanğıcı isə müqayisədən deyil, qəbuldan keçir: uşaq özünü olduğu kimi qəbul etməyi öyrənməlidir.”

Zəhra Əliyeva

Xəbər Lenti

ADPU rəhbərliyi Quba filialının heyəti ilə görüş keçirib15.07.2026 - 05:01
ADU əməkdaşının “İnternet jurnalistikası” fənni üzrə tədris proqramı nəşr olunub15.07.2026 - 04:52
BMU və AZAL arasında əməkdaşlıq imkanları müzakirə olunub15.07.2026 - 04:41
UNEC-in 2 saylı tədris binasında abituriyentlər üçün Açıq Qapı günü keçirilib15.07.2026 - 04:34
BMU tələbələri Böyük Çin səddi ətrafında kəndlərin inkişaf modelini öyrəniblər15.07.2026 - 04:25
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı görüş keçirilib15.07.2026 - 04:17
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama15.07.2026 - 04:10
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət15.07.2026 - 04:03
4 illik atəşkəsə son qoyuldu - husilər hərəkətə keçdi14.07.2026 - 18:52
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq14.07.2026 - 18:33
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub14.07.2026 - 18:27
Heydər Əliyevin 13 ildə dəyişdirdiyi Azərbaycan 14.07.2026 - 18:19
MİQ imtahana gəlməyənlərin sayı açıqlandı14.07.2026 - 18:07
Şuşa Forumu Azərbaycanın qlobal informasiya diplomatiyasını gücləndirir14.07.2026 - 18:00
Mərkəzi Bankda yeni təyinat 14.07.2026 - 17:54
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi14.07.2026 - 17:48
İranda əlillər üçün aylıq müavinətlərin ödənilməsi dayandırıldı14.07.2026 - 17:44
Şuşa Qlobal Media Forumu artıq brendə çevrilib - Türkiyəli müşavir14.07.2026 - 17:40
Tramp 20 faizlik rüsumdan imtina etdi 14.07.2026 - 17:35
İlham Əliyevin adından Pelleqriniyə rəsmi nahar verildi 14.07.2026 - 17:30
59 yaşında peşə təhsili aldı: Oğlunun müəllim işlədiyi mərkəzdən məzun oldu14.07.2026 - 14:19
Yüksək texniki peşə təhsili üzrə qəbul aparılan ixtisaslar açıqlanıb - FOTOLAR14.07.2026 - 14:09
ATU-da "Rezident həyatı yaşa-5" layihəsinə start verilib - FOTOLAR14.07.2026 - 14:03
NDU-nun professor-müəllim və tələbələri Türkiyədə klinik staj keçirlər - FOTOLAR14.07.2026 - 13:55
BSU müəllimləri Dünya Polyak Ədəbiyyatı Tərcüməçiləri Konqresində iştirak ediblər - FOTOLAR14.07.2026 - 13:45
BSU-nun kafedra müdiri DAAD-ın beynəlxalq elmi qrantını qazanıb14.07.2026 - 13:38
MDU və AQSİA tələbə və məzunlar üçün yeni əməkdaşlığa başlayıb - FOTOLAR14.07.2026 - 13:36
MDU ilə Milli Hidrometeorologiya Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR14.07.2026 - 13:30
UNEC Zaqatala filialında tədris olunan ixtisaslar, keçid balları və təhsil haqları14.07.2026 - 13:25
Qarabağ Universitetində şöbə müdiri təyin edilib14.07.2026 - 13:21
MİQ imtahanlarının ilk günü: 95 faiz davamiyyət qeydə alınıb - FOTOLAR 14.07.2026 - 13:16
Slovakiya Prezidenti: Qarabağda tikiləcək məktəb slovak generalının adını daşıyacaq14.07.2026 - 13:12
"FotoBax" milli fotomüsabiqəsinə müraciətlər davam edir14.07.2026 - 13:07
DİM magistraturaya ixtisaslaşma seçimi ilə bağlı vacib məlumat yayıb14.07.2026 - 13:03
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilib14.07.2026 - 10:55
Baş Qərvənddə yeni kənd məktəbinin təməli atılıb14.07.2026 - 10:46
“Son dönəmlərdə şagirdlərin idmana marağının azalmasının obyektiv və subyektiv səbəbləri ola bilər” - İdman eksperti Kənan Məstəliyev14.07.2026 - 10:41
Peter Pelleqrini: Ağdamda məktəb Slovakiyanın Milli Qəhrəmanının adını daşıyacaq14.07.2026 - 10:20
Yay Fest 2026-ya start verilib - FOTOLAR 14.07.2026 - 10:16
ADAU-da yeni Dissertasiya Şurası fəaliyyətə başlayıb14.07.2026 - 10:14
“Sərt gözəllik” sənədli filminin çəkilişləri başa çatmaq üzrədir14.07.2026 - 10:07
BDU “Siyasi analitika və strateji araşdırmalar” üzrə kadr hazırlığına başlayır14.07.2026 - 10:00
Media və Yayım sahəsində yeni şura yaradılır14.07.2026 - 09:54
MİQ-də 69 bal topladı: “Hədəfim Lerikdə müəllim işləməkdir”14.07.2026 - 09:47
“Azərsun Holdinq” Milli Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd etdi14.07.2026 - 09:43
“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib14.07.2026 - 09:30
Lisey və gimnaziyalara qəbul: Müraciət müddəti uzadılıb14.07.2026 - 09:26
Hər iki qolunu itirdi, amma təhsilini başa vurub mühəndis oldu14.07.2026 - 09:22