Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı Şəkidə 5 və 8 nömrəli orta məktəblərdə maarifləndirici görüşlər keçirilib.
Bu barədə “Tehsil365"ə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, görüş iştirakçılarına zərərvericinin yayılma yolları, bioloji xüsusiyyətləri, təsərrüfata vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə geniş məlumat verilib. Bildirilib ki, zərərverici ilə mübarizədə vətəndaşların fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Havaların isinməsi ilə əlaqədar qışlama yerlərindən çıxan qəhvəyi mərmər bağacığının yayılması sürətlənir. Ən praktik üsul onun mexaniki yolla toplanaraq məhv edilməsidir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları paylanılıb.

