Təhsil 365 - Logo Mobile

İlahiyyatçı Əkrəm Həsənov: “Elm və mənəviyyat körpüsü qurulmasa, bilik artar, amma insanın daxilində boşluq yaranar”

13113.04.2026 - 15:15
İlahiyyatçı Əkrəm Həsənov: “Elm və mənəviyyat körpüsü qurulmasa, bilik artar, amma insanın daxilində boşluq yaranar”

Onun sözlərinə görə, mənəvi intellekt sadəcə dini bilik deyil, insanın öyrəndiyi hər şeyi mənalandırmaq qabiliyyətidir. “Fizika oxuyan bir gənc kainatın qanunlarını öyrənəndə orada təsadüf yox, nizam görürsə, bu artıq mənəvi intellektdir. Əks halda elm sadəcə informasiyaya çevrilir. Quranda ‘Göylərin və yerin yaradılışında ağıl sahibləri üçün dəlillər vardır’ ayəsi elmlə iman arasında körpünün özüdür.”

İlahiyyatçı Əkrəm Həsənov “Tehsil365”ə açıqlamasında bildirib: “Müasir dövrümüz klassik mənbələrlə tam uyğunlaşmır. Biz nə qədər çalışsaq da, klassik dövr mənbələrini bu günkü həyat tərzimizə tam tətbiq edə bilmirik. Bu gün gənclərin dindən uzaq qalmasının səbəblərindən biri də Quran ayələrinin və hədislərin müasir dövrlə uyğunlaşmamasıdır. Çox gənclər etiraf edirlər ki, Quran oxuyub ateizmə meyl ediblər, çünki mənbələri müasir dövrlə bağlaya bilmirlər.”

Əkrəm Həsənov Peyğəmbərin (s.ə.s) sözlərinə də diqqət çəkib: “Elm öyrənmək hər bir müsəlmana vacibdir” hədisi göstərir ki, din elmə qarşı deyil. Amma başqa bir hədisdə ‘Faydasız elmdən Allaha sığınıram’ deyilir. Bu, elmin istiqamətini göstərir. Yəni elmin məqsədi insanı yüksəltməlidir, boşaltmamalıdır.”

Ekspert vurğulayıb ki, tarixdə İmam Qəzali və İbn Sina kimi alimlər bu körpünü qurublar. “Bu gün isə problem ondadır ki, elm və mənəviyyat ayrılıb. Nəticədə ya kor fanatizm yaranır, ya da mənasız materializm ortaya çıxır.”

O əlavə edib ki, müasir elmdə də bu mövzu ciddi müzakirə olunur. “Viktor Frankl insanın əsas ehtiyacının ‘məna’ olduğunu deyirdi. Harvard Universitetində aparılan tədqiqatlar da göstərir ki, mənəvi dəyərləri olan gənclər daha dayanıqlı və məqsədli olur. Bu artıq dini yox, elmi fakt kimi ortaya çıxır.”

Əkrəm Həsənovun fikrincə, məsələni yalnız ilahiyyat fakültələrinin üzərinə qoymaq kifayət deyil. “Çünki gənclərin böyük əksəriyyəti dünyəvi məktəblərdə formalaşır. Əgər orada mənəvi düşüncə tam kənarda qalırsa, sonradan bunu bərpa etmək çətin olur. Dini tədrisin məqsədi ehkamları əzbərlətmək yox, düşüncə verməkdir. Şagirdə inanmalısan demək yox, kainatın qanunlarının hansı məntiqə söykəndiyini göstərmək lazımdır.”

O həmçinin qeyd edib ki, ilahiyyat fakültələri müasirləşməlidir. “Bu gün gənc sual verir, müqayisə edir, alternativ fikirləri oxuyur. Əgər dini təhsil bu suallara cavab vermirsə, o gənc başqa mənbələrə yönəlir. Klassik mətnlərin müasir elmi dillə izahı vacibdir.”

Nəticə olaraq, Əkrəm Həsənov bildirib: “Mənəvi intellekt körpüsü üç əsas üzərində qurulmalıdır: elmin mənalandırılması, dini biliklərin rasional izahı və tərbiyə modelinin dəyişməsi. Əgər bu yanaşma tətbiq olunarsa, gənclərin biliyi artdıqca inancı zəifləməz, əksinə daha şüurlu və dayanıqlı bir iman formalaşar.”

Mehriban İbadova

Xəbər Lenti

Geopoetika Kitabı Təqdimatı baş tutdu26.10.2026 - 19:19
Müəllimlərə Esse Təlimi keçirildi26.10.2026 - 19:14
Bakıda Dünya Dialoq Forumu keçirilib26.10.2026 - 19:09
DİA Müəllimi İstanbulda Təlimdə26.10.2026 - 19:03
LDU-da Maarifləndirici Görüş Keçirildi26.10.2026 - 19:00
Hüseynova İzmirdə Məruzə Oxudu26.10.2026 - 18:52
İki Fakültə Bir Dərsdə26.10.2026 - 18:48
Raqif Rauf Tələbələrlə Görüşdü26.10.2026 - 18:45
“Qorxular” adlı kitabının səsli versiyası təqdim edilib26.10.2026 - 18:39
Gözdən Əlillər Kitabxanası Sərgidə26.10.2026 - 18:21
250 azərbaycanlı tələbə Niderland universitetlərinə qəbul olunub26.10.2026 - 18:12
ADU-da Sport Pulse Yayımlandı26.10.2026 - 18:08
Universitet tələbələri elektrik stansiyasında praktiki təcrübə keçiblər26.10.2026 - 18:00
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda uşaq baxçasının açılışında olublar26.10.2026 - 17:54
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.10.2026 - 17:50
“Mədəniyyət rüzgarı” layihəsi təlimləri təşkil edilib26.10.2026 - 17:48
Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub26.10.2026 - 17:44
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb26.10.2026 - 17:38
Azərbaycan Universitetində yeni elmi kitab təqdim olunub26.10.2026 - 17:30
Gənclərin ictimai-siyasi fəallığı cəmiyyətin inkişafının əsas dayaqlarındandır26.10.2026 - 17:27
İnformasiya və rabitə sektoruna investisiyalar 57,3 faiz artıb26.10.2026 - 17:13
Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb26.10.2026 - 17:09
Jurnalist Zakirə Zakirqızına yeni vəzifə verildi26.10.2026 - 17:05
BMU Çinin nüfuzlu universiteti ilə elmi əməkdaşlığa başlayır26.10.2026 - 17:00
Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb26.10.2026 - 16:59
“Əlaçı” təqaüdünün qalibləri açıqlandı: UNEC-dən 32 tələbə seçildi26.10.2026 - 16:58
Şagirdlər “MiniBoss” proqramında öz layihələrini hazırlayır və təqdim edirlər26.10.2026 - 16:52
MDU tələbələri STEAM Mərkəzində müasir texnologiyalarla tanış olublar26.10.2026 - 16:49
UNEC-də süni intellektin iqtisadiyyata təsiri müzakirə olunub26.10.2026 - 16:43
Azərbaycanda süni intellektli robotların hazırlanması istiqamətində tədqiqatlar aparılır26.10.2026 - 16:34
Məktəblərdə hər şagirdə düşən illik təhsil xərcləri müəyyənləşdi – MƏBLƏĞLƏR26.10.2026 - 16:11
Mətanət Əliyeva: "Uşaq aqressiyasına yalnız davranış problemi kimi yanaşmaq düzgün deyil" 26.10.2026 - 15:19
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib26.10.2026 - 14:58
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub26.10.2026 - 14:55
UNAOC-un ali nümayəndəsi: “Bakı Prosesi”nin əhəmiyyəti ildən-ilə artır26.10.2026 - 14:52
“Xalçalarda xoşbəxtlik” kitabı Azərbaycan xalçasına fərqli baxış təqdim edir26.10.2026 - 14:50
Mikayıl Ruhandın kitabı işıq üzü görüb26.10.2026 - 14:48
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yeni nəşr və elektron məlumat bazası təqdim edilib26.10.2026 - 14:46
Bakı Kitab Sərgisində Mirvarid Dilbazinin poeziya dünyası və milli kəlağayı irsimiz tanıdılıb26.10.2026 - 14:44
Bakıda Gennadi Xazanovun solo gecəsi keçiriləcək26.10.2026 - 14:42
“Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər təşkil edilib26.10.2026 - 14:40
Elbay Qasımzadə: “Şəhərsalma və Memarlıq İli” biblioqrafiyası memarlıq tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir26.10.2026 - 14:38
“İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur”26.10.2026 - 14:34
Son tədris ilində 250 azərbaycanlı Niderland universitetlərinə daxil olub26.10.2026 - 14:23
Bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib26.10.2026 - 14:22
Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur26.10.2026 - 14:18
Tədqiqatçı və doktorantlar üçün təlimat sənədi hazırlanıb26.10.2026 - 14:17
QHT-lər üçün qrant müsabiqəsi elan edilib26.10.2026 - 14:15