Təhsil 365 - Logo Mobile

Fazil Əhmədli: “Din insanın fitri ehtiyacıdır” – İlahiyyatçıdan dini inanc, şübhə və uzaqlaşma barədə geniş açıqlama

14213.04.2026 - 17:40
Fazil Əhmədli: “Din insanın fitri ehtiyacıdır” – İlahiyyatçıdan dini inanc, şübhə və uzaqlaşma barədə geniş açıqlama

fitrətindən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, din insanın yemək və içmək kimi təbii ehtiyaclarından biridir və tarix boyu bütün sivilizasiyalarda mövcud olub. O, həmçinin dindən uzaqlaşmanın əsas səbəbləri kimi şübhə, yanlış təbliğat, bəzi dindarların davranışları və dini düzgün anlamamağı göstərib.

“Tehsil365”ə açıqlamasına görə, Fazil Əhmədli insanın çətinlik, qorxu və təklik anlarında daha çox Allaha yönəldiyini, bunun da dini ehtiyacın fitri olduğuna işarə etdiyini deyib.

İlahiyyatçı qeyd edib ki, dinin mövcudluğu hər dövrdə və hər cəmiyyətdə müşahidə olunub: qədim Misirdə, qədim Hindistanda və qədim Çində dinlərin olması bunun göstəricisidir. Onun fikrincə, bu, dinin sadəcə müəyyən bir tarixi dövrün və ya cəmiyyətin məhsulu olmadığını, insanın təbiətinə hopmuş bir ehtiyac olduğunu göstərir.

Fazil Əhmədli ateistlərin tez-tez səsləndirdiyi “din insanların cahilliyindən və təbiət hadisələrini anlaya bilməməsindən yaranıb” iddiasına da toxunub. O bildirib ki, bir-birindən xəbərsiz toplumların fərqli coğrafiyalarda yenə də dinə yönəlməsi bu arqumenti zəiflədir. İlahiyyatçıya görə, əgər din yalnız qorxu və bilməməzlikdən yaranmış olsaydı, təbiət hadisələrinin səbəbləri aydınlaşdıqdan sonra din də tarix səhnəsindən silinməli idi. Halbuki elm inkişaf etdikcə də insanlar dindən uzaqlaşmayıb.

O, bu fikrini nüfuzlu elm adamlarının timsalında əsaslandırmağa çalışıb və Nyuton, Amper, İbn Sina, Lomonosov, Lütfi Zadə kimi alimlərin dini inanca sahib olduqlarını xatırladıb. Fazil Əhmədlinin sözlərinə görə, bu fakt göstərir ki, elm və din bir-birinə zidd anlayışlar deyil.

İlahiyyatçı təhlükə anlarında insanın avtomatik olaraq Tanrıya üz tutduğunu da vurğulayıb. Onun fikrincə, təyyarədə fövqəladə vəziyyət elan edildikdə, insanın ilk sığındığı qüvvə məhz Allah olur. Eyni hal boşanma, qəza, yaxınını itirmə, dostlardan uzaq düşmə və vəzifədən kənarlaşdırılma kimi vəziyyətlərdə də baş verir. Fazil Əhmədli bunu insanın daxilindəki ilahi ehtiyacın təzahürü kimi izah edib.

Dindən uzaqlaşma səbəblərinə gəlincə, o, ilk olaraq şübhəni qeyd edib. Bildirib ki, ateist mövzularla bağlı ortaya atılan suallar və ya ictimai mühitdə yayılan təbliğat insanı düşünməyə sövq edə bilər, amma araşdırılmadan qəbul ediləndə bu, insanı dindən uzaqlaşdıra bilər. Onun sözlərinə görə, “şübhə yaxşı başlanğıcdır, amma yaxşı dayanacaq deyil”.

Fazil Əhmədli deyib ki, bəzən insanlar heç bir araşdırma aparmadan başqalarından eşitdiklərini təkrar edirlər. Məsələn, “İslam ərəblərin dinidir” kimi fikirləri kor-koranə qəbul edirlər. Halbuki, onun sözlərinə görə, Quranda “ey ərəblər namaz qılın” və ya “ey ərəblər oruc tutun” kimi müraciət yoxdur. Quranın “ey insanlar” və “ey iman gətirənlər” kimi ümumi xitablarla nazil olduğunu vurğulayan ilahiyyatçı, bunun dinin yalnız bir xalqa aid olmadığını göstərdiyini bildirib. O, Quranın ərəb dilində nazil olmasını isə həmin dilin imkanlarının genişliyi ilə əlaqələndirib.

Açıqlamada İslamın ilk dövrlərində ərəblərin müsəlmanlara qarşı apardığı müharibələr də xatırladılıb. Fazil Əhmədli bildirib ki, əgər İslam sırf ərəblərə aid bir din olsaydı, ərəblər ona qarşı bu qədər güclü müqavimət göstərməzdi. O, Bədr, Uhud və Əhzab döyüşlərini də bu qarşıdurmanın nümunələri kimi göstərib. İlahiyyatçının fikrincə, İslamın köləliyə qarşı mövqeyi də həmin dövrdə müəyyən maraqlarına toxunduğu üçün müqavimətlə qarşılanıb.

Fazil Əhmədli dindən uzaqlaşmanın digər səbəbi kimi şəxsi faciələri göstərib. O deyib ki, yaxınını itirən, xüsusilə də uşaq itkisi yaşayan insanlar bəzən “Allah var idisə, bu niyə oldu?” sualına qapılırlar. Bu cür travmalar insanın inancında sarsıntı yarada bilər.

Üçüncü mühüm səbəb kimi isə dindarların öz davranışlarını göstərib. Onun sözlərinə görə, tarixdə xüsusilə xristian dünyasında elm adamlarına qarşı sərt münasibət dini elmdən uzaqlaşdırıb. Cordano Bruno və Qalileo kimi alimlərin təqib olunmasını xatırladan ilahiyyatçı bildirib ki, o dövrün kilsə xadimləri elmi təhlükə kimi görürdülər. Onun fikrincə, bu, dinin özündən yox, din adı altında qurulan yanlış sistemdən qaynaqlanırdı.

Fazil Əhmədli İslamda vəziyyətin fərqli olduğunu da vurğulayıb. O, Nəsirəddin Tusi və İbn Sina kimi alimləri həm dini, həm elmi sahədə böyük şəxsiyyətlər kimi təqdim edib və İslam ənənəsində elmə dəyər verildiyini bildirib.

Müasir dövrdə isə onun fikrincə, bəzi dindarların sərt və qadağaverici yanaşmaları insanları dindən soyuda bilər. O, Novruz bayramının, şəkərburanın, ad gününün, televizora baxmağın və bəzi qidaların haram kimi təqdim edilməsini buna nümunə göstərib. Fazil Əhmədliyə görə, belə yanaşmalar insanların fitrətinə uyğun gəlmədiyi üçün inamı zəiflədə bilir.

İlahiyyatçı sonda bildirib ki, dini doğru anlamamaq da dindən uzaqlaşmanın ciddi səbəblərindən biridir. Onun sözlərinə görə, insan Qurandan bir ayə oxuyub, onu öz məhdud anlayışı ilə yozanda yanlış nəticəyə gələ bilər. O, bu cür hallarda mütəxəssisə müraciət etməyin vacibliyini vurğulayıb.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Geopoetika Kitabı Təqdimatı baş tutdu26.10.2026 - 19:19
Müəllimlərə Esse Təlimi keçirildi26.10.2026 - 19:14
Bakıda Dünya Dialoq Forumu keçirilib26.10.2026 - 19:09
DİA Müəllimi İstanbulda Təlimdə26.10.2026 - 19:03
LDU-da Maarifləndirici Görüş Keçirildi26.10.2026 - 19:00
Hüseynova İzmirdə Məruzə Oxudu26.10.2026 - 18:52
İki Fakültə Bir Dərsdə26.10.2026 - 18:48
Raqif Rauf Tələbələrlə Görüşdü26.10.2026 - 18:45
“Qorxular” adlı kitabının səsli versiyası təqdim edilib26.10.2026 - 18:39
Gözdən Əlillər Kitabxanası Sərgidə26.10.2026 - 18:21
250 azərbaycanlı tələbə Niderland universitetlərinə qəbul olunub26.10.2026 - 18:12
ADU-da Sport Pulse Yayımlandı26.10.2026 - 18:08
Universitet tələbələri elektrik stansiyasında praktiki təcrübə keçiblər26.10.2026 - 18:00
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda uşaq baxçasının açılışında olublar26.10.2026 - 17:54
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.10.2026 - 17:50
“Mədəniyyət rüzgarı” layihəsi təlimləri təşkil edilib26.10.2026 - 17:48
Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub26.10.2026 - 17:44
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb26.10.2026 - 17:38
Azərbaycan Universitetində yeni elmi kitab təqdim olunub26.10.2026 - 17:30
Gənclərin ictimai-siyasi fəallığı cəmiyyətin inkişafının əsas dayaqlarındandır26.10.2026 - 17:27
İnformasiya və rabitə sektoruna investisiyalar 57,3 faiz artıb26.10.2026 - 17:13
Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb26.10.2026 - 17:09
Jurnalist Zakirə Zakirqızına yeni vəzifə verildi26.10.2026 - 17:05
BMU Çinin nüfuzlu universiteti ilə elmi əməkdaşlığa başlayır26.10.2026 - 17:00
Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb26.10.2026 - 16:59
“Əlaçı” təqaüdünün qalibləri açıqlandı: UNEC-dən 32 tələbə seçildi26.10.2026 - 16:58
Şagirdlər “MiniBoss” proqramında öz layihələrini hazırlayır və təqdim edirlər26.10.2026 - 16:52
MDU tələbələri STEAM Mərkəzində müasir texnologiyalarla tanış olublar26.10.2026 - 16:49
UNEC-də süni intellektin iqtisadiyyata təsiri müzakirə olunub26.10.2026 - 16:43
Azərbaycanda süni intellektli robotların hazırlanması istiqamətində tədqiqatlar aparılır26.10.2026 - 16:34
Məktəblərdə hər şagirdə düşən illik təhsil xərcləri müəyyənləşdi – MƏBLƏĞLƏR26.10.2026 - 16:11
Mətanət Əliyeva: "Uşaq aqressiyasına yalnız davranış problemi kimi yanaşmaq düzgün deyil" 26.10.2026 - 15:19
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib26.10.2026 - 14:58
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub26.10.2026 - 14:55
UNAOC-un ali nümayəndəsi: “Bakı Prosesi”nin əhəmiyyəti ildən-ilə artır26.10.2026 - 14:52
“Xalçalarda xoşbəxtlik” kitabı Azərbaycan xalçasına fərqli baxış təqdim edir26.10.2026 - 14:50
Mikayıl Ruhandın kitabı işıq üzü görüb26.10.2026 - 14:48
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yeni nəşr və elektron məlumat bazası təqdim edilib26.10.2026 - 14:46
Bakı Kitab Sərgisində Mirvarid Dilbazinin poeziya dünyası və milli kəlağayı irsimiz tanıdılıb26.10.2026 - 14:44
Bakıda Gennadi Xazanovun solo gecəsi keçiriləcək26.10.2026 - 14:42
“Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər təşkil edilib26.10.2026 - 14:40
Elbay Qasımzadə: “Şəhərsalma və Memarlıq İli” biblioqrafiyası memarlıq tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir26.10.2026 - 14:38
“İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur”26.10.2026 - 14:34
Son tədris ilində 250 azərbaycanlı Niderland universitetlərinə daxil olub26.10.2026 - 14:23
Bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib26.10.2026 - 14:22
Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur26.10.2026 - 14:18
Tədqiqatçı və doktorantlar üçün təlimat sənədi hazırlanıb26.10.2026 - 14:17
QHT-lər üçün qrant müsabiqəsi elan edilib26.10.2026 - 14:15