Təhsil sahəsində mövcud problemlər cəmiyyətdə tez-tez müzakirə olunur. Bu məsələdə qanunverici orqanın rolu və deputatların yanaşması da diqqət mərkəzindədir. Bəs deputatlar təhsil problemlərinə kifayət qədər diqqət ayırırmı?
Mövzu ilə bağlı deputat Kamal Cəfərov “Tehsil365"ə açıqlama verib.
Deputat bildirib ki, “Təhsil sahəsi daim diqqət mərkəzində olan prioritet istiqamətlərdən biridir və bu sahədə problemlər mütəmadi olaraq müzakirə olunur.”
Onun sözlərinə görə, parlament səviyyəsində təhsillə bağlı məsələlər gündəmdə saxlanılır: “Qanunvericilik təşəbbüsləri, ictimai müzakirələr və müxtəlif layihələr vasitəsilə təhsil sahəsində mövcud çətinliklərin həlli istiqamətində addımlar atılır.”
Kamal Cəfərov qeyd edib ki, problemlərin tam aradan qaldırılması zaman tələb edir: “Təhsil sistemi kompleks bir sahədir və burada islahatlar mərhələli şəkildə həyata keçirilməlidir.”
Deputat əlavə edib ki, cəmiyyətin də rolu önəmlidir: “Təhsil yalnız dövlətin deyil, bütün cəmiyyətin məsuliyyət daşıdığı sahədir. Valideynlər, müəllimlər və ictimaiyyət də bu prosesdə aktiv iştirak etməlidir.”
Sonda Kamal Cəfərov vurğulayıb ki, “Təhsil problemləri daim diqqətdə saxlanılır və bu istiqamətdə daha effektiv nəticələr əldə etmək üçün işlər davam etdirilir.”

