Görkəmli alim, pedaqogika elmləri doktoru, professor, Əməkdar elm xadimi Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunmuş “Dil, təhsil və pedaqogikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans 14 aprel-də keçiriləcək.
“Tehsil365” xəbər verir ki, konfrans Azərbaycan Dillər Universitetinin əsas binasında (Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134) saat 10:00-da baş tutacaq.

