Təhsil 365 - Logo Mobile

BMU tələbələri FHN-in gənclərlə bağlı həyata keçirdiyi layihələr barədə məlumatlandırılıb

10314.04.2026 - 12:10
BMU tələbələri FHN-in gənclərlə bağlı həyata keçirdiyi layihələr barədə məlumatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzi ilə birlikdə “Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Universitetdən “Tehsil365” ə bildirilib ki, BMU-nun rektoru Yaqub Piriyev Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilməsi, ölkədə təhlükəsizlik sisteminin gücləndirilməsi, fövqəladə hallara hazırlığın artırılması, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən ardıcıl siyasətdən danışıb. Rektor qeyd edib ki, təbii fəlakətlər, texnogen qəzalar və digər fövqəladə hallar həm dövlətlər, həm də cəmiyyətlər üçün ciddi çağırışlar yaradır. Bu cür çağırışlara uyğun effektiv mübarizə yalnız aidiyyəti dövlət qurumlarının fəaliyyəti ilə deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələri, əsasən də gənc nəslin hazırlıq səviyyəsi və sosial məsuliyyəti ilə sıx bağlıdır. Fövqəladə hallara hazırlıq və problemlərin aradan qaldırılması istiqamətində dayanıqlı nəticələr əldə etmək üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qabaqlayıcı mexanizmlərin gücləndirilməsi və ictimai iştirakçılığın artırılması vacibdir. Bu baxımdan gənclərin bilikli, təşəbbüskar, psixoloji cəhətdən hazırlıqlı fərdlər kimi formalaşması böyük əhəmiyyət daşıyır. Yaqub Piriyev BMU-da tələbələrin vətəndaş mövqeyi, təhlükəsizlik mədəniyyəti və cəmiyyətə faydalılıq prinsiplərinə əsaslanan dəyərlərə yiyələnməsinə xüsusi diqqət yetirildiyini qeyd edib.

FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev çıxışında gənclərin ölkənin inkişafındakı rolundan bəhs edib. FHN-in gənclərin fövqəladə hallara hazırlığının gücləndirilməsi, onların bu sahəyə marağının artırılması istiqamətində həyata keçirdiyi layihə və təşəbbüslərdən danışan Vaqif Fətullayev nazirliyin həm ölkə daxilində, həm də ölkə hüdudlarında kənarda təbii fəlakətlər zamanı göstərdiyi operativ fəaliyyəti diqqətə çatdırıb. O, gənclərin bu sahədə könüllülüyü, psixoloji hazırlığı və ictimai dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb.

Abşeron rayon Dövlət yanğından mühafizə hissəsinin rəis müavini, daxili xidmət mayoru Elbrus Məhərrəmov, Sumqayıt Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Sabir Əsgərov, BMU-nun Ümumi fənlər kafedrasının baş müəllimi Yalçın Zeynalov və müəllimi Mirramin Yunusov, “Şəhərsalma” ixtisası üzrə IV kurs tələbəsi Aysu Cəbrayılova çıxış ediblər. Məruzəçilər fövqəladə halların idarəolunması, yanğın təhlükəsizliyi qaydaları, o cümlədən BMU-da yerli və əcnəbi tələbələr arasında mülki müdafiə sahəsində biliklərin artırılması və bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri haqda fikirlərini bölüşüblər. Çıxışlarda, həmçinin FHN-in “Fövqəladə hallar könüllüləri” proqramı haqda məlumat verilib.

Daha sonra FHN qüvvələrinin fəaliyyət istiqamətləri, təhsil müəssisələrində yanğın təhlükəsizliyi, Sumqayıt Regional Mərkəzinin təlimləri mövzularında videoçarxlar nümayiş etdirilib.

Tədbir çərçivəsində BMU-nun nəqliyyatda servis ixtisası üzrə III kurs tələbəsi Adəm Məmmədov evlərdə enerji sərfiyyatının real vaxtda izlənməsini və təhlilini təmin edən ağıllı sistem (EnergyX) və elektronika mühəndisliy” ixtisasının III kurs tələbəsi Tahirə Bəylərova elektrik stansiyasında yaranacaq problemlərin qarşısının alınması üçün real vaxt rejimində monitorinq sistemi (HydroSense) layihələri ilə bağlı təqdimat ediblər.

Sonda tədbir iştirakçıları universitet ərazisində fövqəladə hallar üçün nəzərdə tutulmuş xüsusi texnika və avadanlıqla tanış olub, FHN əməkdaşları tərəfindən onların təyinatı, istifadə qaydaları barədə məlumatlandırılıblar.

Zəhra Əliyeva

Xəbər Lenti

Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq14.04.2026 - 18:02
Türkiyədə məktəbə silahlı hücum - 13 yaralı14.04.2026 - 18:00
Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir14.04.2026 - 17:55
Tələbələr Əfşarlar və Qacarlar dövrünün ictimai-siyasi xadimləri barədə məlumatlandırılıb14.04.2026 - 17:54
Həcc ziyarəti ilə bağlı mühüm qərar: İcazəsiz Məkkəyə giriş qadağan ediləcək14.04.2026 - 17:50
Türkiyədə 2400 il su altında qalan şəhər aşkarlandı14.04.2026 - 17:45
İqtisadiyyat İnstitutu: 68 illik şərəfli yol və yeni strateji hədəflər14.04.2026 - 17:44
Şahdağda qarın hündürülüyü 1 metri keçib - Faktiki hava14.04.2026 - 17:40
Nəhayət, ibtidai insanların danışmağa başladığı tarix müəyyən edildi14.04.2026 - 17:35
“Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı respublika elmi konfransına məqalə qəbulu başlanıb14.04.2026 - 17:34
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi14.04.2026 - 17:30
BDU ilə Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb14.04.2026 - 17:26
“WhatsApp”ın alternativi istifadəyə verildi14.04.2026 - 17:25
Məzahi Məmmədli: “Elektron dərsliklərə keçid artıq zərurətə çevrilib”14.04.2026 - 17:21
Azərbaycanda əhalinin sayı artıb14.04.2026 - 17:20
Akademik İsmayıl Hacıyev: “Molla Nəsrəddin” yeni ədəbi mühitin formalaşmasına xidmət edən güclü məktəbdir14.04.2026 - 17:18
Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb14.04.2026 - 17:15
Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib14.04.2026 - 17:12
Əllərdə keyimə və iynələnmə hansı xəstəliyin əlamətidir?14.04.2026 - 17:10
"Texnologiyada Fürsət Bərabərliyi" layihəsi ilk dəfə Azərbaycanda tətbiq olunur14.04.2026 - 17:05
BDU-da “WUF13 Gənclik simulyasiyası”14.04.2026 - 17:04
Rəşidəlizadə Ergün: “Hər görmə zəifliyində eynək ən yaxşı seçim olmaya bilər14.04.2026 - 17:00
Əsərləri dünya şəhərlərində qorunan azərbaycanlı rəssam14.04.2026 - 16:55
Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu14.04.2026 - 16:45
Çin bu il ilk dəfə "Kinetica-1" raketini kosmosa buraxıb14.04.2026 - 16:35
TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub14.04.2026 - 16:25
Naxçıvanda bəzi məktəblərə I sinfə qəbulda prioritet tətbiq olunacaq - Yenilik14.04.2026 - 16:15
Əli Ələkbərov: “Məktəblərdə hüquqi çərçivə qorunmalı, şagirdlər geyiminə görə təhsildən məhrum edilə bilməz”14.04.2026 - 16:11
“I Beynəlxalq mədəni irs və dayanıqlı turizm konfransı” keçiriləcək14.04.2026 - 16:00
Maliyyə-İqtisad Kolleci şagirdlər üçün maarifləndirmə görüşləri keçirib14.04.2026 - 15:50
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq təhsil sərgisində təmsil olunur14.04.2026 - 15:40
332 nəfərin IELTS imtahanı üzrə xərclərini TİF ödəyib14.04.2026 - 15:30
Bülövqaya mədəniyyəti ilə bağlı yeni elmi nəticələr üzə çıxıb14.04.2026 - 15:20
Peşə təhsili və turizm sektoru arasında əməkdaşlıq imkanları müzakirə olunub14.04.2026 - 15:10
Xalq artisti Ramiz Həsənoğlu yubileyi münasibətilə mükafatlandırılıb14.04.2026 - 15:00
ARTİ “Kenquru” ilə bağlı iddialara cavab verdi 14.04.2026 - 15:00
Budapeştdə elmi dərs: “Qeyri-səlis məntiq və dil-nitq” kitabı təqdim olunub14.04.2026 - 14:49
Dil, təhsil və pedaqogikanın problemləri – beynəlxalq elmi konfrans14.04.2026 - 14:39
Təhsilin İnkişafı Fondu IELTS imtahanı üzrə rüblük statistikanı açıqlayıb14.04.2026 - 14:29
Azərbaycan alimi beynəlxalq elmi müsabiqənin qalibi olub14.04.2026 - 14:18
Azərbaycanın ali təhsil imkanları beynəlxalq platformada tanıdılır14.04.2026 - 14:04
Batareyalar və elektromobillərin gələcəyi - AzMİU-da elmi seminar14.04.2026 - 13:44
BŞTİ: Məktəblərin mikroəraziləri ilə bağlı müraciətlər cavablandırılır14.04.2026 - 13:34
Azərbaycan aliminin iştirakı ilə “Taylor & Francis” nəşriyyatında Mərkəzi Asiyaya dair yeni kitab çap olunub14.04.2026 - 13:21
Tənhalıq: sadə görünən, lakin dərin bir anlayış - Aydan Məmmədova14.04.2026 - 13:05
Misirdə “Azərbaycanda İslam mədəniyyəti” kitabı ərəb dilində işıq üzü görüb14.04.2026 - 13:03
Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb14.04.2026 - 12:46
Şirin su hövzələrində yosun müxtəlifliyi və onların hidroekoloji amillərlə qarşılıqlı əlaqəsi araşdırılıb14.04.2026 - 12:38