Təhsil 365 - Logo Mobile

Batareyalar və elektromobillərin gələcəyi - AzMİU-da elmi seminar

10314.04.2026 - 13:44
Batareyalar və elektromobillərin gələcəyi - AzMİU-da elmi seminar

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Fizika və kimya kafedrasının təşkilatçılığı ilə keçirilən elmi-metodiki seminar bu dəfə müasir dünyanın ən aktual mövzularından birinə - batareyalar və elektrokimyəvi proseslərə həsr olunub.

AzMİU-dan “Tehsil365” ə bildirilib ki, seminarda professor Nəbi Babayev “Elektrokimyəvi proseslər. Qalvanik elementlər. Batareyalar” mövzusunda məruzə ilə çıxış edərək elektrokimyanın gündəlik həyatımızdakı rolunu geniş şəkildə izah edib. Qeyd olunub ki, bu sahə artıq yalnız nəzəri elm deyil, həm də texnologiyanın, enerji təhlükəsizliyinin və ekoloji dayanıqlılığın əsas istiqamətlərindən birinə çevrilib.

Seminar zamanı qalvanik elementlərin iş prinsipi sadə və anlaşıqlı formada izah olunub, müxtəlif növ batareyaların quruluşu və tətbiq sahələri barədə məlumat verilib. Bildirilib ki, müasir dövrdə geniş istifadə olunan litium-ion batareyalar yalnız smartfon və noutbuklarda deyil, həm də elektromobillərin əsas enerji mənbəyidir.

Məruzədə xüsusilə elektromobillərin sürətlə yayılması fonunda batareya texnologiyalarının əhəmiyyətinin daha da artdığı vurğulanıb. Professor çıxışında, həmçinin alternativ enerji mənbələri ilə inteqrasiya olunan yeni nəsil batareyaların hazırlanmasının vacibliyinə diqqət çəkib. Günəş və külək enerjisi kimi bərpaolunan mənbələrin effektiv istifadəsi üçün yüksəktutumlu və dayanıqlı enerji saxlanma sistemlərinə ehtiyac olduğu qeyd edilib.

Seminar iştirakçıları mövzu ətrafında fəal müzakirələr apararaq elektromobillərin Azərbaycanda tətbiqi, enerji infrastrukturu və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.

Mütəxəssislərin fikrincə, bu kimi seminarlar yalnız akademik biliklərin artırılmasına deyil, eyni zamanda, universitetlərin müasir texnoloji çağırışlara cavab verən kadrlar hazırlamasına mühüm töhfə verir. AzMİU-da keçirilən bu seminar da bir daha göstərdi ki, enerji və nəqliyyatın gələcəyi məhz elm və innovasiyanın inkişafından keçir.

Zəhra Əliyeva

Xəbər Lenti

Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq14.04.2026 - 18:02
Türkiyədə məktəbə silahlı hücum - 13 yaralı14.04.2026 - 18:00
Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir14.04.2026 - 17:55
Tələbələr Əfşarlar və Qacarlar dövrünün ictimai-siyasi xadimləri barədə məlumatlandırılıb14.04.2026 - 17:54
Həcc ziyarəti ilə bağlı mühüm qərar: İcazəsiz Məkkəyə giriş qadağan ediləcək14.04.2026 - 17:50
Türkiyədə 2400 il su altında qalan şəhər aşkarlandı14.04.2026 - 17:45
İqtisadiyyat İnstitutu: 68 illik şərəfli yol və yeni strateji hədəflər14.04.2026 - 17:44
Şahdağda qarın hündürülüyü 1 metri keçib - Faktiki hava14.04.2026 - 17:40
Nəhayət, ibtidai insanların danışmağa başladığı tarix müəyyən edildi14.04.2026 - 17:35
“Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı respublika elmi konfransına məqalə qəbulu başlanıb14.04.2026 - 17:34
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi14.04.2026 - 17:30
BDU ilə Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb14.04.2026 - 17:26
“WhatsApp”ın alternativi istifadəyə verildi14.04.2026 - 17:25
Məzahi Məmmədli: “Elektron dərsliklərə keçid artıq zərurətə çevrilib”14.04.2026 - 17:21
Azərbaycanda əhalinin sayı artıb14.04.2026 - 17:20
Akademik İsmayıl Hacıyev: “Molla Nəsrəddin” yeni ədəbi mühitin formalaşmasına xidmət edən güclü məktəbdir14.04.2026 - 17:18
Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb14.04.2026 - 17:15
Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib14.04.2026 - 17:12
Əllərdə keyimə və iynələnmə hansı xəstəliyin əlamətidir?14.04.2026 - 17:10
"Texnologiyada Fürsət Bərabərliyi" layihəsi ilk dəfə Azərbaycanda tətbiq olunur14.04.2026 - 17:05
BDU-da “WUF13 Gənclik simulyasiyası”14.04.2026 - 17:04
Rəşidəlizadə Ergün: “Hər görmə zəifliyində eynək ən yaxşı seçim olmaya bilər14.04.2026 - 17:00
Əsərləri dünya şəhərlərində qorunan azərbaycanlı rəssam14.04.2026 - 16:55
Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin olundu14.04.2026 - 16:45
Çin bu il ilk dəfə "Kinetica-1" raketini kosmosa buraxıb14.04.2026 - 16:35
TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub14.04.2026 - 16:25
Naxçıvanda bəzi məktəblərə I sinfə qəbulda prioritet tətbiq olunacaq - Yenilik14.04.2026 - 16:15
Əli Ələkbərov: “Məktəblərdə hüquqi çərçivə qorunmalı, şagirdlər geyiminə görə təhsildən məhrum edilə bilməz”14.04.2026 - 16:11
“I Beynəlxalq mədəni irs və dayanıqlı turizm konfransı” keçiriləcək14.04.2026 - 16:00
Maliyyə-İqtisad Kolleci şagirdlər üçün maarifləndirmə görüşləri keçirib14.04.2026 - 15:50
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq təhsil sərgisində təmsil olunur14.04.2026 - 15:40
332 nəfərin IELTS imtahanı üzrə xərclərini TİF ödəyib14.04.2026 - 15:30
Bülövqaya mədəniyyəti ilə bağlı yeni elmi nəticələr üzə çıxıb14.04.2026 - 15:20
Peşə təhsili və turizm sektoru arasında əməkdaşlıq imkanları müzakirə olunub14.04.2026 - 15:10
Xalq artisti Ramiz Həsənoğlu yubileyi münasibətilə mükafatlandırılıb14.04.2026 - 15:00
ARTİ “Kenquru” ilə bağlı iddialara cavab verdi 14.04.2026 - 15:00
Budapeştdə elmi dərs: “Qeyri-səlis məntiq və dil-nitq” kitabı təqdim olunub14.04.2026 - 14:49
Dil, təhsil və pedaqogikanın problemləri – beynəlxalq elmi konfrans14.04.2026 - 14:39
Təhsilin İnkişafı Fondu IELTS imtahanı üzrə rüblük statistikanı açıqlayıb14.04.2026 - 14:29
Azərbaycan alimi beynəlxalq elmi müsabiqənin qalibi olub14.04.2026 - 14:18
Azərbaycanın ali təhsil imkanları beynəlxalq platformada tanıdılır14.04.2026 - 14:04
BŞTİ: Məktəblərin mikroəraziləri ilə bağlı müraciətlər cavablandırılır14.04.2026 - 13:34
Azərbaycan aliminin iştirakı ilə “Taylor & Francis” nəşriyyatında Mərkəzi Asiyaya dair yeni kitab çap olunub14.04.2026 - 13:21
Tənhalıq: sadə görünən, lakin dərin bir anlayış - Aydan Məmmədova14.04.2026 - 13:05
Misirdə “Azərbaycanda İslam mədəniyyəti” kitabı ərəb dilində işıq üzü görüb14.04.2026 - 13:03
Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb14.04.2026 - 12:46
Şirin su hövzələrində yosun müxtəlifliyi və onların hidroekoloji amillərlə qarşılıqlı əlaqəsi araşdırılıb14.04.2026 - 12:38