Təhsil 365 - Logo Mobile

Akademik İsmayıl Hacıyev: “Molla Nəsrəddin” yeni ədəbi mühitin formalaşmasına xidmət edən güclü məktəbdir

7514.04.2026 - 17:18
Akademik İsmayıl Hacıyev: “Molla Nəsrəddin” yeni ədəbi mühitin formalaşmasına xidmət edən güclü məktəbdir

AMEA Naxçıvan Bölməsində “Molla Nəsrəddin” jurnalının yaranmasının 120-ci ildönümünə həsr olunan konfrans keçirilib.

Bölmənin mətbuat xidmətindən “Tehsil365"ə bildirilib ki, konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Molla Nəsrəddin” jurnalının Azərbaycan ictimai fikir tarixində oynadığı rolu təhlil edib. Qeyd edib ki, jurnalın gücü yalnız mətnlərində deyil, həm də onun bədii-estetik təsir imkanlarında, xüsusilə karikaturalarında özünü göstərirdi. Bu karikaturalar dövrün ictimai eyiblərini sadə, anlaşıqlı və təsirli dillə təqdim edir, geniş oxucu kütləsinə birbaşa təsir göstərirdi. Sədr jurnalın nəşr coğrafiyasına diqqət çəkərək onun Tiflis, Təbriz və Bakı kimi mühüm mədəni mərkəzlərdə çap olunmasının əhəmiyyətinə toxunub. Vurğulayıb ki, bu şəhərlərin hər biri dövrün ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb.

İsmayıl Hacıyev çıxışında Cəlil Məmmədquluzadənin bu jurnal vasitəsilə yaratdığı ədəbi və ideoloji məktəbin əhəmiyyətini xüsusi qeyd edərək bildirib ki, “Molla Nəsrəddin” yalnız bir nəşr kimi deyil, həm də yeni ədəbi mühitin formalaşmasına xidmət edən güclü məktəb kimi çıxış edib. O əlavə edib ki, bu məktəb çərçivəsində yetişən qələm sahibləri cəmiyyətə yeni baxış bucağı gətirmişlər.

Akademik, həmçinin qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadənin irsinə böyük dəyər verərək onun yaradıcılığını yüksək qiymətləndirib.

Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Molla Nəsrəddin” jurnalı: yaranışı və ənənələri mövzusunda məruzə edib. Bildirib ki, jurnal Azərbaycan mətbuat tarixində ən uzunömürlü və ardıcıl fəaliyyət göstərən nəşrlərdən biri olub. Məruzəçi Ömər Faiq Nemanzadə ilə Cəlil Məmmədquluzadənin birgə fəaliyyəti nəticəsində jurnalın ilk nömrəsindən etibarən böyük nüfuz qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, “Molla Nəsrəddin” ədəbi mühitdə yeni fikir və ideyaların yayılmasına təkan verən mühüm məktəb formalaşdırıb.

Konfransda çıxış edən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova “Molla Nəsrəddin” şeir məktəbinin yaranması və inkişaf məsələlərindən bəhs edib. O vurğulayıb ki, Azərbaycan ədəbiyyatında ədəbi məktəb yaradan əsas mətbuat orqanlarından biri də “Füyuzat” jurnalı ilə yanaşı, “Molla Nəsrəddin” jurnalıdır. Məruzədə dövrün ictimai-siyasi reallıqlarını əks etdirən “Hophopnamə”nin əhəmiyyətindən danışılıb, klassik satirik poeziya nümunələri təhlil olunub, o cümlədən Əli Nəzmi və Əliqulu Qəmküsarın yaradıcılığına toxunulub.

Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova isə “Mollanəsrəddinçilik ədəbi məktəbi və təlimi” mövzusunda məruzə edib. O, Cəlil Məmmədquluzadənin publisistik irsinə, xüsusilə “Azərbaycan” məqaləsinə diqqət çəkərək jurnalın fanatizmə qarşı ardıcıl və inamla mübarizə apardığını vurğulayıb.

Bildirilib ki, “Molla Nəsrəddin” öz məram və əqidəsinə sadiq qalaraq geniş coğrafiyada yayılıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Bağça müəllimlərinin ehtiyaclarına uyğun təlimlər keçiriləcək20.04.2026 - 08:50
ADU-da “Psixologiya həftəsi” çərçivəsində maarifləndirici tədbir keçirilib20.04.2026 - 08:39
Ali təhsil müəssisələrinin prorektorları üçün I təlim proqramı yekunlaşıb20.04.2026 - 08:30
Yeni koronavirus ştammı immuniteti qismən aşa bilər20.04.2026 - 08:20
17 yaşlı şagird hündürlükdən yıxılaraq həlak olub20.04.2026 - 08:11
BMU-da “Şəhərlərimiz və memarlıq abidələrimiz” mövzusunda elmi-praktik seminar20.04.2026 - 08:00
ADU-da pedaqoji istiqamətdə master-klass dərsləri keçirilib 20.04.2026 - 07:50
NDU-da “Müasir universitet idarəetməsi: strateji planlaşdırma və əsas performans göstəriciləri” mövzusunda təlim təşkil olunub20.04.2026 - 07:41
Rusiyada "Telegram"ın alternativini yükləyən "iPhone" sahibləri ciddi problemlərlə üzləşirlər20.04.2026 - 07:30
BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur20.04.2026 - 07:21
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici ekskursiya keçirilib20.04.2026 - 07:12
17 dərəcə isti...-GÜNÜN HAVASI20.04.2026 - 07:09
Şamil Dəlidağ – elm və ədəbiyyatı birləşdirən görkəmli ziyalı20.04.2026 - 07:00
Cabbar Qaryağdıoğlu – Azərbaycan muğam sənətinin əfsanəvi ustadı20.04.2026 - 06:36
Böyükağa Hacıyev – “Neftçi”nin uğurlarına imza atan məşqçi20.04.2026 - 06:18
Mais Bərxudarov – döyüş meydanında fərqlənən general20.04.2026 - 06:00
Leonid Vaynşteyn – Azərbaycan musiqi sənətində iz qoymuş bəstəkar20.04.2026 - 05:42
Çingiz Hüseynov – Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi və alim20.04.2026 - 05:18
Əlikram Hüseynov – Azərbaycan tar sənətinin tanınmış ifaçısı20.04.2026 - 05:06
Nəsibə Zeynalova – Azərbaycan səhnəsinin unudulmaz aktrisası20.04.2026 - 04:54
Məmməd Rahim – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi20.04.2026 - 04:36
Rza Təhmasib – Azərbaycan kino və teatr sənətinin görkəmli nümayəndəsi20.04.2026 - 04:18
Əbülfəz Qarayev – Azərbaycan pediatriyasının qabaqcıl simalarından biri20.04.2026 - 04:00
Gürcüstanda 94 qorunan ərazi var və bunlardan 15-i milli parkdır19.04.2026 - 19:54
“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub 19.04.2026 - 19:45
Professor: Azərbaycan ərazisində şəhər mədəniyyəti eramızdan əvvəlki dövrlərdən formalaşmağa başlayıb19.04.2026 - 19:36
Qazaxda bir sıra abidələr ziyarət edilib19.04.2026 - 19:26
Fövqəladə Hallar Nazirliyi Gəncədə şərti yanğın təlimi təşkil edib19.04.2026 - 19:18
Sabah yağış yağacaq, şimşək çaxacaq19.04.2026 - 19:09
Naxçıvanda XI siniflər üçün buraxılış imtahanı19.04.2026 - 18:56
Uşaqlar üçün xüsusi SIM kart sistemi hazırlanır19.04.2026 - 18:48
Ağaca ildırım düşüb: 2 uşaq ölüb, 1-i ağır yaralanıb19.04.2026 - 18:36
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər19.04.2026 - 18:26
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir19.04.2026 - 18:25
Test imtahanında müvəffəqiyyət əldə edən sürücülərə şəhadətnamələri təqdim edilir19.04.2026 - 18:18
Peşəkar mühasib sertifikatı almaq istəyənlərə test imtahanı keçirilir19.04.2026 - 18:11
Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib19.04.2026 - 18:02
Psixoloqlara görə çox danışan insanlar hansı tip şəxsiyyətə sahibdir?19.04.2026 - 18:00
Ucarda yol qəzası olub, 12 yaşlı qız xəsarət alıb19.04.2026 - 17:52
337 şəhidin həyat hekayəsi bir kitabda toplandı19.04.2026 - 17:50
Şahin Mustafayev: Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır19.04.2026 - 17:44
DİM növbəti imtahanlar keçirdi - Doqquz nəfərdə telefon tutuldu19.04.2026 - 17:40
Hava ilə bağlı XƏBƏRDARLIQ: Temperatur kəskin enəcək19.04.2026 - 17:34
XƏBƏRDARLIQ: Süni intellekt bizi aldada bilər19.04.2026 - 17:30
Haaqada “Şərq və Qərb bir arada” adlı fotosərgi açılıb19.04.2026 - 17:22
Türkiyənin texnologiya vitrini: Ankara sərgisində aparıcı şirkətlərin yeni məhsulları təqdim olunub19.04.2026 - 17:20
İsveçrəli yazıçı Xəzər Universitetinin qonağı olub19.04.2026 - 17:14
Azərbaycan Astanada keçirilən beynəlxalq festivalın münsiflər heyətində təmsil olunur19.04.2026 - 17:10