Təhsil 365 - Logo Mobile

İqtisadiyyat İnstitutu: 68 illik şərəfli yol və yeni strateji hədəflər

7714.04.2026 - 17:44
İqtisadiyyat İnstitutu: 68 illik şərəfli yol və yeni strateji hədəflər

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun yaradılmasının 68 illiyi münasibətilə tədbir keçirilib.

Bu barədə “Tehsil365"ə institutdan bildirilib. Tədbiri açan İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli elmi müəssisənin yaranması tarixindən, keçdiyi inkişaf yolundan, Azərbaycan iqtisad elminə və ölkə iqtisadiyyatına verdiyi töhfələrdən, apardığı fundamental tədqiqatlardan danışıb. Bildirib ki, müstəqillik illərində İqtisadiyyat İnstitutu Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində sanballı elmi-tədqiqat işləri yerinə yetirib, peşəkar milli kadrların hazırlanması sahəsində mühüm xidmətlər göstərib. İqtisadiyyat İnstitutunu Azərbaycan iqtisad elminin flaqmanı, iqtisadi tədqiqatların əsas mərkəzi, hökumətin iqtisadi məsələlərdə yardımçısı kimi xarakterizə edən N.Müzəffərli institutun qarşısına qoyduğu əsas hədəfləri, vəzifələri, mühüm nəticələri, habelə hökumət qurumları ilə birgə uğurla həyata keçirilən layihələri, dövlət sifarişlərinin yerinə yetirilməsi məsələlərini də qeyd edib.

İclasda şöbə müdiri AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov institutla bağlı xatirələrini bölüşüb, kollektivin keçdiyi yol, elmi tədqiqatlar, kadrların yetişdirilməsi, əsas nailiyyətlər, ölkədə iqtisadiyyatın və iqtisad elminin inkişafı sahəsində görülən işlər barədə danışıb.

Gənc tədqiqatçılar Aygün Təhməzli və Elnur Zeynalov institutun doktoranturasında uğurla təhsil almalarını, burada elmi işlərini yerinə yetirmələrini, dissertasiya işlərinin müdafiəsini, gənc alim kimi formalaşmalarında kollektivin və rəhbərliyin dəstəyini, bu proseslərin özünün şəffaf qurulmasını, gənc tədqiqatçılara yaradılan əlverişli şəraiti xüsusi qeyd ediblər.

Daha sonra qocaman iqtisadçı-alim, uzun illər İqtisadiyyat İnstitutunda işləmiş, şöbə müdiri olmuş, bu yaxınlarda 90 yaşını qeyd edəcək dosent Cəlil Quliyev xatirələrini bölüşüb, “İnstitut günü” münasibətilə bütün kollektivi təbrik edib.

Tədbirdə vurğulanıb ki, İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin flaqmanı kimi öz missiyasını bundan sonra daha da irəli aparmaq əzmindədir. Strateji hədəfləri isə yaxın perspektivdə Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzinə, iqtisadi tədqiqatların əsas əlaqələndiricisinə, hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevrilməkdir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Navodya De Silva Böyük Britaniyada ödəniş gecikməsi səbəbindən deportasiya riski ilə üzləşib18.04.2026 - 07:00
Böyük Britaniya valideynləri məktəb naharları ilə bağlı seçim qarşısındadır18.04.2026 - 06:36
London məktəblərində şagird sayı azalır18.04.2026 - 06:18
Şagirdlər məktəb menyusunda dəyişikliklərə etiraz edir18.04.2026 - 06:00
“Qız qalası” baletinin ilk səhnə təqdimatı Azərbaycan musiqi tarixində mühüm hadisə kimi yadda qalıb18.04.2026 - 05:42
Rasim İbrahimov Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olub18.04.2026 - 05:18
İsgəndər Aznaurov – Vətən uğrunda qəhrəmancasına şəhid olan döyüşçü18.04.2026 - 05:06
Araz Abdullayev karyerasını Türkiyədə davam etdirir18.04.2026 - 04:54
Vaqif Cəfərov Qarabağ faciəsində şəhid olan dövlət xadimlərindən biri kimi yad edilir18.04.2026 - 04:36
Şövkət Məmmədova – Azərbaycan opera sənətinin öncül siması18.04.2026 - 04:18
Məcid Behbudov haqqında qısa xəbər18.04.2026 - 04:00
“Yüksəliş”də 10 mindən çox namizəd təkrar iştirak edəcək17.04.2026 - 19:58
BMU-da süni intellektə həsr olunan seminar17.04.2026 - 19:54
Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində olub17.04.2026 - 19:48
Bakalavr səviyyəsi üzrə yeni İXTİSAS17.04.2026 - 19:45
“İZ Community”nin təşkilatçılığı ilə təhsil sərgisi - “Study in Kazakhstan”17.04.2026 - 19:42
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik17.04.2026 - 19:35
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib17.04.2026 - 19:29
LDU-da “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib17.04.2026 - 19:24
Kahramanmaraşda hücum baş verən məktəb bağlandı17.04.2026 - 19:17
Məktəblilər arasında şahmat turniri keçirilib17.04.2026 - 19:12
Vətənpərvərlik layihəsinə start verilib17.04.2026 - 19:06
Dövlət və özəl bağçalar arasında əsas fərq nədədir? – Məktəbəqədər təhsil eksperti açıqladı17.04.2026 - 19:02
Rezidenturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!17.04.2026 - 19:00
Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR17.04.2026 - 18:57
Qırğızıstandan Dinara Asanbayeva: Bakıda keçiriləcək Beynəlxalq Xalça Forumu mühüm beynəlxalq platformadır17.04.2026 - 18:57
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!17.04.2026 - 18:55
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ17.04.2026 - 18:54
Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"17.04.2026 - 18:50
Hücumdan sonra həmin məktəb BAĞLANDI17.04.2026 - 18:48
Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edilib17.04.2026 - 18:48
Komitənin elektron sənəd dövriyyəsi “myGov”da17.04.2026 - 18:45
İmtahandan maksimum nəticə toplayan ABİTURİYENTLƏR17.04.2026 - 18:44
Sabah muzeylərə giriş pulsuz olacaq17.04.2026 - 18:43
Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq17.04.2026 - 18:40
Qonşu ölkədə uşaq bağçalarının fəaliyyəti dayandırıldı17.04.2026 - 18:38
12 nəfər imtahandan xaric olunub -DİM17.04.2026 - 18:36
Bakıda mühüm tibbi konqres keçirildi17.04.2026 - 18:35
Ölkə birincisi BANM-də təhsil almağı arzulayır17.04.2026 - 18:30
15 mart imtahanının nəticələrinin elan olunacağı VAXT17.04.2026 - 18:28
BİZİM TƏQVİM:Aprelin 17-də baş vermiş tarixi hadisələr17.04.2026 - 18:25
Şəkidə Yunus Əmrəyə həsr edilən sənədli filmin təqdimatı olub17.04.2026 - 18:24
Abituriyentlərin NƏZƏRİNƏ – Baş nazirdən ixtisaslarla bağlı QƏRAR17.04.2026 - 18:20
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.04.2026 - 18:16
İnsanların 95 faizinin yoluxduğu VİRUS – Müalicə üsulu tapıldı17.04.2026 - 18:15
Bahar Xeyriyyə Bazarı – xalqlar arasında mədəni körpü17.04.2026 - 18:08
Layihə rəhbəri: Dövlət Proqramı çərçivəsində 5 illik əmək fəaliyyəti öhdəliyinə münasibət müsbətdir17.04.2026 - 18:02
RADİO Diplom hansı halda TANINMIR?17.04.2026 - 18:00