Təhsil 365 - Logo Mobile

ARTİ “Kenquru” ilə bağlı iddialara cavab verdi

9514.04.2026 - 15:00
ARTİ “Kenquru” ilə bağlı iddialara cavab verdi

Azərbaycanda keçirilən “Kenquru” riyaziyyat müsabiqəsindən sonra sosial şəbəkələrdə imtahanın təşkili və şəffaflığı ilə bağlı müxtəlif iddialar səsləndirilib. İddialara əsasən, suallar əvvəlcədən bəzi şəxslərə məlum olub. Bu səbəbdən bəzi şagirdlərin imtahana daha hazırlıqlı gəldiyi irəli sürülür.

“Tehsil365“ Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, Təhsil İnstitutundan bildirilib ki, Azərbaycanda beynəlxalq sual bazasına giriş icazəsi sadəcə bir nəfərdədir. Sualların son ana qədər məxfiliyinin qorunması və bununla da ədalətli yanaşmanı təmin etmək ARTİ-nin əsas prinsipidir: "Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il 100-dən çox ölkədə milyonlarla məktəblinin iştirakı ilə martın 19-da keçirilir. Bəzi ölkələrdə müxtəlif səbəblərdən fərqli tarixlər ola bilir. Bu il, məsələn, Azərbaycan, Özbəkistan və Novruz bayramında uzunmüddətli qeyri-iş günü olan digər ölkələrdə fərqli tarixlər qeydə alınıb.  

Martın 19-da keçirilən və dünyada 6 milyondan çox şagirdin iştirak etdiyi müsabiqədə sualların bu və ya digər internet resursunda yayımlanması mümkündür, bundan heç  kim sığortalanmayıb. Amma qaydalara görə, imtahandan sonra 1 ay ərzində ölkələrin rəsmi nümayəndələri tərəfindən sualların paylaşılması qadağandır. İmtahandan sonra sual kitabçaları uşaqlarda qaldığı üçün hər hansı bir ölkədə sualların qeyri-rəsmi şəkildə yayımlanması ehtimalı var".

ARTİ-nin açıqlamasında qeyd olunur ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində iştirak könüllüdür və nəticələri məktəbliyə xüsusi imtiyaz vermir, onun digər beynəlxalq müsabiqələrə müsabiqədənkənar buraxılması, ali məktəbə qəbul və s. güzəştləri olmur: "Kenquru Müsabiqəsi müxtəlif yaş qruplarına aid məktəblilərin öz riyazi biliyini və məntiqi düşüncə qabiliyyətini ölçməsi üçün beynəlxalq platformadır. Müsabiqənin valideynlər üçün maraqlı tərəfi övladlarının yaşlarına uyğun riyazi bilik və bacarıqların ölçülməsi, onların riyazi təfəkkür səviyyəsinin müəyyən edilməsi olmalıdır. Kenquru Müsabiqəsi yarış müsabiqəsi kimi şagirdin yüksək yer tutub qalib olmasından daha çox valideynlərin övladları ilə bağlı mövcud vəziyyəti öyrənməsini hədəfləyir".

Həmçinin bildirilib ki, sualların yayımlanmasında adı hallanan şəxs artıq açıqlama videosu yayıb və bunun imtahandan sonra və necə baş verdiyi geniş şəkildə izah edib: "Əlavə olaraq bildiririk ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi beynəlxalq formatda təşkil olunur və suallar mərkəzi təşkilat tərəfindən hazırlanaraq iştirakçı ölkələrə təqdim edilir. Tapşırıqlarda istifadə olunan personaj adları da orijinal mətnin tərkib hissəsidir, müxtəlif ölkələri təmsil edən neytral və universal adlardan seçilir. Yaş kateqoriyasına görə sualların hazırlanması da beynəlxalq standartlar əsasında həyata keçirilir. 

Sualların Azərbaycan dilinə tərcüməsi zamanı əsas məqsəd məzmunun və məntiqin olduğu kimi qorunmasıdır. Bu səbəbdən də bir çox hallarda xüsusi isimlər (adlar) dəyişdirilmədən saxlanılır ki, tapşırığın ilkin quruluşu və beynəlxalq standartlara uyğunluğu pozulmasın.

Eyni zamanda, valideynlərin bu məsələ ilə bağlı həssaslığını anlayır və qeyd olunan iradları diqqətə alırıq. Gələcək mərhələlərdə bu kimi məqamların daha da təkmilləşdirilməsi üçün təşkilatçı qurum qarşısında müvafiq təkliflərin irəli sürülməsi nəzərdə tutulur", – deyə açıqlamada qeyd olunub.

Mehriban İbadova

Xəbər Lenti

Fərdi yanaşma niyə mümkün olmur? – Ekspert açıqladı17.04.2026 - 09:56
Sürətli qocalmaya səbəb olan əsas amil açıqlanıb17.04.2026 - 09:47
AYNA BDU-da infosessiya keçirib: “Kampusdan şəhərə mikromobillik"17.04.2026 - 09:38
Meteohəssas insanlar üçün xəbərdarlıq - Maqnit dalğalanmaları gözlənilir17.04.2026 - 09:30
Türkiyədə “ağıllı” şpris ixtira edilib17.04.2026 - 09:21
Sumqayıt Dövlət Universiteti Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb17.04.2026 - 09:09
BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb17.04.2026 - 09:00
ADU əməkdaşları beynəlxalq konfransda iştirak edir17.04.2026 - 08:50
ADU əməkdaşları beynəlxalq konfransda iştirak edir17.04.2026 - 08:39
Bu gün Ümumdünya Hemofiliya Günüdür17.04.2026 - 08:30
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində17.04.2026 - 08:20
BMU-da Oracle beynəlxalq sertifikasiya imkanlarına dair infosessiya17.04.2026 - 08:09
Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir?17.04.2026 - 08:00
Nazir Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb17.04.2026 - 07:54
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar17.04.2026 - 07:45
Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri 17.04.2026 - 07:36
Bu günün hava proqnozu17.04.2026 - 07:29
ADU-da “Müasir dövrün aktual problemləri” mövzusunda elmi seminar keçirilib17.04.2026 - 07:21
“Sağlam ailə - balanslı karyera – şəxsi inkişaf” mövzusunda tədbir keçirilib17.04.2026 - 07:12
“Qarabağ” 2017-ci ildə Azərbaycan Premyer Liqasının çempionu oldu17.04.2026 - 07:00
Emil Balayev – Azərbaycan futbolunun təcrübəli qapıçılarından biri17.04.2026 - 06:36
Ramiz Mirişli – Azərbaycan musiqi mədəniyyətinə töhfələr vermiş bəstəkar17.04.2026 - 06:18
Bakı Slavyan Universitetində inklüzivlik mövzusunda görüş17.04.2026 - 06:12
Sabir Əhmədli – Azərbaycan nəsrinin görkəmli nümayəndəsi17.04.2026 - 06:00
Baba Pünhan – Azərbaycan qəzəl poeziyasının tanınmış nümayəndəsi17.04.2026 - 05:42
Qeysər Kaşıyeva – Azərbaycan təsviri sənətində ilk qadın rəssamlardan biri17.04.2026 - 05:18
Cənnət Əliyev – SSRİ-nin ilk rəsmi milyonçularından biri kimi tarixə düşən azərbaycanlı17.04.2026 - 05:06
Lütfiyar İmanov – Azərbaycan opera sənətinin unudulmaz səsi17.04.2026 - 04:54
Mehdi Hüseyn – Azərbaycan ədəbiyyatının görkəmli siması17.04.2026 - 04:36
Adilə Şahtaxtinskaya – Azərbaycan tibb tarixində ilk qadın professor17.04.2026 - 04:18
Zülfüqar Hacıbəyov – Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi17.04.2026 - 04:00
Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb16.04.2026 - 19:32
Məktəb hücumları ilə bağlı əməliyyat - 95 nəfər saxlanılıb16.04.2026 - 19:25
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 19:18
​BMU-nun Somalidən olan tələbəsi: “Azərbaycanın təhsili gözləntilərimi doğruldub”16.04.2026 - 19:12
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 19:06
Uşaqlara çox erkən yaşda “dərs” öyrətmək zərərli ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı16.04.2026 - 19:02
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi16.04.2026 - 19:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş16.04.2026 - 18:54
“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir və tələbələri proqrama qoşulmağa dəvət edir.16.04.2026 - 18:50
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib16.04.2026 - 18:46
Heç su içməyənlərin orqanizmində nə baş verir?16.04.2026 - 18:40
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36