Türkiyənin Şanlıurfa şəhərində yerləşən liseydə baş verən silahlı hücumla bağlı rəsmi açıqlama verilib.
“Tehsil365" Türkiyənin Milli Təhsil Nazirliyinə istinadən xəbər verir ki, hadisənin araşdırılması üçün nazirliyin mərkəzi aparatından bir baş müfəttiş və müfəttiş dərhal bölgəyə göndərilib.
Qeyd olunan təhsil müəssisəsində təhlükəsizlik tədbirləri çərçivəsində tədris prosesi müvəqqəti olaraq dayandırılıb və məktəbdə dərslərə 4 gün müddətinə ara verilib.

