Təhsil 365 - Logo Mobile

Balakəndə “Oyunla oxuyaq” layihəsi: Süni intellekt və erkən inkişaf bir arada

8714.04.2026 - 19:00
Balakəndə “Oyunla oxuyaq” layihəsi: Süni intellekt və erkən inkişaf bir arada

Balakən rayonunda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Balakən bölməsi tərəfindən həyata keçirilən “Oyunla oxuyaq” layihəsi uğurla davam edir və artıq bölgədə böyük maraq doğurur.

"Tehsil365" xəbər verir ki, layihə məktəbəqədər yaşlı uşaqların erkən inkişafını təmin etməklə yanaşı, onların təhsilə marağını artırmaq, sosial və yaradıcı bacarıqlarını formalaşdırmaq məqsədi daşıyır. Ən diqqətçəkən məqamlardan biri isə müasir yanaşmaların, o cümlədən süni intellekt elementlərinin təlim prosesinə inteqrasiya edilməsidir. Bu yenilik uşaqların öyrənmə prosesini daha maraqlı, dinamik və effektiv edir.

Layihənin həyata keçirilməsində təcrübəli və fədakar təlimçilər — Həsənova Aysu, Emçiyeva Günel Akif qızı, Hacıyeva Məlahət Baqret qızı və Gülnar müəllimə böyük sevgi və məsuliyyətlə iştirak edirlər. Qeyd edək ki, bu təlimçilər bir aylıq xüsusi hazırlıq təlimini uğurla başa vuraraq layihə çərçivəsində tərbiyəçi kimi fəaliyyətə başlamışlar. Onlar hər bir uşağa fərdi yanaşaraq, onların potensialını üzə çıxarmağa çalışır, təlim prosesini sevgi və qayğı ilə qururlar.

Məşğələlər zamanı uşaqlar rəsm çəkir, oyunlar oynayır, interaktiv tapşırıqlarla məşğul olur və yeni biliklər əldə edirlər. Süni intellekt dəstəyi ilə hazırlanan bəzi fəaliyyətlər isə onların diqqətini daha çox cəlb edir, düşünmə və öyrənmə qabiliyyətlərini inkişaf etdirir. Bu yanaşma uşaqlarda həm texnologiyaya maraq yaradır, həm də onları gələcəyin dünyasına daha hazır edir.

Valideynlər layihəni böyük məmnuniyyətlə qarşılayır. Onlar qeyd edirlər ki, uşaqların davranışında, ünsiyyətində və öyrənməyə həvəsində müsbət dəyişikliklər açıq şəkildə hiss olunur.

“Oyunla oxuyaq” layihəsi Balakəndə yalnız bir tədris proqramı deyil, həm də uşaqların xoşbəxt gələcəyinə atılan müasir və düşünülmüş addımdır. Bu təşəbbüs fidan balalarımızın həm bilikli, həm də texnologiya ilə ayaqlaşan bir nəslə çevrilməsinə töhfə verir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Xəzər Universitetinin KDI komandası elmi müsabiqədə uğur qazanıb19.07.2026 - 07:16
Azərbaycan diasporunun dəstəyi ilə Fransada yay düşərgəsi təşkil olunub19.07.2026 - 07:03
Fərqli Vizyon, İnovativ Addımlar: ATMU TEC Sədri Abas Yusifzadə Danışır19.07.2026 - 06:01
“Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsinin bağlanış mərasimi olub19.07.2026 - 05:49
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib19.07.2026 - 05:40
Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb19.07.2026 - 05:10
Nazir müavini Özbəkistanda bir sıra görüşlər keçirib19.07.2026 - 04:44
Komandamız Avropa Universitet Oyunlarında ölkəmizi təmsil edir19.07.2026 - 04:25
Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb19.07.2026 - 04:12
BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri daha bir uğur qazanıblar19.07.2026 - 04:03
Mingəçevir Dövlət Universiteti yaşıl transformasiya istiqamətində yeni əməkdaşlığa hazırlaşır18.07.2026 - 16:42
Müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi yekunlaşıb18.07.2026 - 16:36
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib18.07.2026 - 16:32
ADU-nun Yay Məktəbi beynəlxalq iştirakçıların yüksək qiymətini qazanıb18.07.2026 - 16:18
Qusar Teatrı mövsüm bağlanışını açıq səma altında qeyd edib18.07.2026 - 15:30
“VətəndəSƏN” layihəsi Qarabağda sahibkarları bir araya gətirib18.07.2026 - 15:16
Kəlbəcərdə iməcilik: şəhər ərazisi təmizlənib18.07.2026 - 15:02
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib18.07.2026 - 09:10
Çimərlik futbolu üzrə Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb18.07.2026 - 08:30
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib18.07.2026 - 08:28
Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq18.07.2026 - 08:24
Süni İntellekt və Tibb: Sərhədlər Haradadır?-Həkimdən açıqlama18.07.2026 - 08:17
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib-FOTOLAR18.07.2026 - 08:12
Bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb18.07.2026 - 08:06
Mühəndislik Universiteti magistratura səviyyəsində 8 ixtisaslaşma təklif edir18.07.2026 - 08:02
Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək18.07.2026 - 07:48
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb18.07.2026 - 07:29
Əli Nəbiyev: I yarımildə 263 məktəbdə normativ tələblərin pozulduğu aşkarlanıb18.07.2026 - 07:12
Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb18.07.2026 - 06:39
Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!18.07.2026 - 06:23
“Zəfər” yay düşərgəsi keçiriləcək18.07.2026 - 06:18
ABŞ xarici tələbələr üçün viza qaydalarını sərtləşdirir18.07.2026 - 05:53
MDU və Marmara Universiteti ortaq elmi-tədqiqat və tədris laboratoriyaları yaradacaq18.07.2026 - 05:39
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüşlər keçirilib18.07.2026 - 05:29
Azərbaycanlı gənc hüquqşünaslar ABŞ-də bir şəbəkədə birləşir18.07.2026 - 05:13
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə BAŞLANILIR18.07.2026 - 04:58
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb18.07.2026 - 04:42
XII Avropa Coğrafiya Olimpiadasında uğrularımız18.07.2026 - 04:27
UNESCO-da Elmlərin Dayanıqlı İnkişaf üzrə Qlobal Konfransı keçirilib-FOTOLAR18.07.2026 - 04:16
Bu gün MİQ imtahanları YEKUNLAŞIR18.07.2026 - 04:12
Bağça ödənişləri ilə bağlı yenilik18.07.2026 - 04:03
ATMU-da 2026/2027-ci tədris ili üçün onlayn qəbul müsahibələri başlayıb - FOTOLAR17.07.2026 - 16:43
“Psixoloji sağlamlıq təhsilin bir hissəsi olmalıdır” – Psixoloq Mirsadiq Muxtarov17.07.2026 - 16:16
“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə17.07.2026 - 15:48
Psixoloji sağlamlığı necə qorumaq lazımdır? - Mirsadiq Muxtarov17.07.2026 - 15:39
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır17.07.2026 - 15:32
VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib17.07.2026 - 15:21
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib17.07.2026 - 15:16