“Şagirdin uğuru yalnız müəllimin deyil, eyni zamanda valideynin də məsuliyyətidir.”
Bu sözləri "Tehsil365" ə açıqlamasında pedaqoq Validə Quliyeva vurğulayıb.
O bildirib ki, məktəb və valideyn arasında düzgün ünsiyyət olmadıqda şagirdin inkişafında problemlər yarana bilər. Onun sözlərinə görə, valideynlər övladlarının təhsilinə yalnız nəticə baxımından deyil, proses baxımından da diqqət yetirməlidirlər.
Validə Quliyeva qeyd edib ki, uşaqlara təzyiq göstərmək əvəzinə onları dəstəkləmək və motivasiya etmək daha effektiv nəticə verir. Müəllimlə valideyn arasında əməkdaşlıq isə şagirdin həm akademik, həm də sosial inkişafını gücləndirir.
Sonda pedaqoq vurğulayıb ki, sağlam təhsil mühiti yalnız məktəbdə deyil, ailədə də formalaşmalıdır.

