Zərifə Əziz qızı Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm xidmətləri ilə tanınan görkəmli alim və həkim-oftalmoloqdur.
“Tehsil365” xəbər verir ki, O, 1923-cü il aprelin 28-də Şahtaxtıda anadan olub.
Zərifə Əliyeva məşhur dövlət və elm xadimi Əziz Əliyevin qızı idi. O, eyni zamanda Azərbaycanın üçüncü Prezidenti Heydər Əliyevin həyat yoldaşı və Azərbaycanın dördüncü Prezidenti İlham Əliyevin anasıdır.
Oftalmologiya sahəsində böyük nailiyyətlər əldə edən Zərifə Əliyeva uzun illər elmi və pedaqoji fəaliyyətlə məşğul olub. O, tibb elmləri doktoru elmi dərəcəsini almış, 1979-cu ildə professor adına layiq görülmüşdür. 1983-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Zərifə Əliyeva həmçinin Azərbaycan SSR əməkdar elm xadimi fəxri adına layiq görülmüş, görmə orqanlarının peşə xəstəlikləri sahəsində apardığı tədqiqatlarla tanınmışdır.
Görkəmli alim 1985-ci il aprelin 15-də Moskvada vəfat etmişdir. Onun elmi irsi və tibb sahəsindəki xidmətləri bu gün də yüksək qiymətləndirilir.

