1992-ci ildə Azərbaycan ilə Fələstin arasında rəsmi diplomatik əlaqələrin qurulması iki tərəfli münasibətlər tarixində mühüm mərhələ kimi yadda qaldı.
“Tehsil365” xəbər verir ki, Bu addım hər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına zəmin yaratdı. Diplomatik münasibətlərin qurulması ilə tərəflər beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləməyə başladılar.
Sonrakı illərdə Azərbaycan və Fələstin arasında əlaqələr müxtəlif sahələr üzrə genişlənərək qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf etməyə davam etmişdir.

