Təhsil 365 - Logo Mobile

Şəkidə Respublika fənn olimpiadalarının finalına vəsiqə qazanan şagirdlərlə görüş olub

7515.04.2026 - 08:00
Şəkidə Respublika fənn olimpiadalarının finalına vəsiqə qazanan şagirdlərlə görüş olub

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə Regional Təhsil İdarəsinin rəhbər şəxsləri və əməkdaşları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələrinin sədrləri, müəllimlər və fərqlənən şagirdlər iştirak ediblər.

“Tehsil365” xəbər verir ki, Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova son illər ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlərin görüldüyünü bildirib. İdarə müdiri fərqlənən şagirdlərə uğurlar arzulayıb, onların gələcəkdə daha böyük müvəffəqiyyət qazanmaları üçün müsabiqə və olimpiadalarda iştirak etməyin vacibliyini vurğulayıb.

Görüşdə çıxış edənlər ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin əhəmiyyətini qeyd edib, şagirdlərin əldə etdikləri uğurların ölkənin gələcək inkişafındakı rolundan danışıblar.

Finala vəsiqə qazanan məktəblilər olimpiada və müsabiqələrin təşkilatçılarına təşəkkürlərini bildirib, onların yetişməyində əməyi keçən müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.

Sonda şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbir şagirdlər tərəfindən hazırlanmış bədii proqramla davam edib.

Qeyd edək ki, fənn olimpiadalarının yarımfinal mərhələsində Şəki-Zaqatala regionu üzrə ümumilikdə 815 şagird iştirak edib. Mərhələnin nəticələrinə əsasən, olimpiadaların final mərhələsinə Şəki rayonu üzrə 47, Oğuz rayonu üzrə 19, Qəbələ rayonu üzrə 11, Balakən rayonu üzrə 7, Zaqatala rayonu üzrə 3, Qax rayonu üzrə isə 2 şagird olmaqla, ümumilikdə 89 şagird vəsiqə qazanıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

Sovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid15.04.2026 - 17:35
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq15.04.2026 - 17:34
Məşhur dərmanın gözlənilmədən qaraciyərə xeyri olduğu sübut edildi15.04.2026 - 17:30
Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş sərgi: nadir eksponatlar nümayiş olunacaq15.04.2026 - 17:26
ATU-ya yeni mətbuat katibi təyin olunub 15.04.2026 - 17:25
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu BAŞLAYIR15.04.2026 - 17:20
ABŞ-nin qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndə heyəti AMEA-da olub15.04.2026 - 17:18
Qobustanda yeni qayaüstü təsvirlər aşkar edilib 15.04.2026 - 17:15
BDU-da XXI əsr urbanizasiyasının trendləri təhlil olunub15.04.2026 - 17:12
Dövlət Proqramında prioritet ixtisaslar artırılır: İKT sahələrinə maraq çoxalır15.04.2026 - 17:10
UNEC tələbəsi beynəlxalq robot yarışmasında birincilik qazanıb15.04.2026 - 17:05
BMU ilə “MetaWay” arasında memorandum imzalanıb15.04.2026 - 17:04
Gəncə-Daşkəsən regionunda müəllimlər üçün ustad dərslərinə başlanıldı15.04.2026 - 17:00
LDU ilə Qazaxıstan universiteti ikili diplom proqramı imkanlarını müzakirə edib15.04.2026 - 17:00
Elm və Təhsil Nazirliyi ilə “Power China” şirkəti arasında strateji əməkdaşlıq müzakirə olunub15.04.2026 - 16:55
Dövlət Proqramına qəbulda süni intellektdən istifadə ediləcək15.04.2026 - 16:45
Məktəbli qızlarımız Avropa Qızlar Riyaziyyat Olimpiadasında 3 medal qazanıblar15.04.2026 - 16:35
Misirdə Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib15.04.2026 - 16:25
Türkiyədə daha bir məktəbə silahlı hücum olub - Ölən və yaralananlar var15.04.2026 - 16:05
Ramin Nurəliyev: “Universitet və kurslar əmək bazarında bir-birini tamamlayan mexanizmlərdir”15.04.2026 - 16:02
Həftəsonu 40 minə yaxın şəxs imtahanlarda iştirak edəcək15.04.2026 - 16:00
Adil Qeybulla: “Uşaqların qidalanması ciddi nəzarət altında olmalıdır”15.04.2026 - 15:55
Elçin Əfəndi: “Süni zəka təhsili asanlaşdıracaq, amma sosial təcrübəni əvəz edə bilməz”15.04.2026 - 15:51
DP iştirakçıları üçün ödənişlər necə həyata keçirilir? 15.04.2026 - 15:50
DP məzunlarının 80 faizi işlə təmin olunub15.04.2026 - 15:40
Regional Təhsil idarələrinə yeni rəhbər təyinatları olub15.04.2026 - 15:30
Yaponiyada tədqiqatlar üçün təqaüd proqramı elan edilib15.04.2026 - 15:20
Şimali İrlandiya məktəbləri yeni qiymətləndirmə sisteminə keçir15.04.2026 - 15:10
Regional əqli mülkiyyət üzrə ən yaxşı təcrübələr təqdim edilib15.04.2026 - 15:00
Qəbələdə "açıq dərs"lərin keyfiyyəti müzakirə olunub15.04.2026 - 15:00
Milli Kitabxanada “Kitabxanaşünas-alim Elçin Əhmədov” adlı sərgi açılıb15.04.2026 - 14:49
Akademik Zərifə Əliyevanın anım günü ilə bağlı Prezident Kitabxanasında sərgi təqdim olunub15.04.2026 - 14:39
Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olub 15.04.2026 - 14:29
Rəssamlar İttifaqında "Qərbi Azərbaycan" adlı sərgi açılıb15.04.2026 - 14:18
Beynəlxalq Xalça Forumu 2026: Qeydiyyat başladı!15.04.2026 - 14:04
Ali təhsil müəssisələrinə sınaq imtahanı üzrə qeydiyyat davam edir15.04.2026 - 13:54
EGMO 2026: Azərbaycanlı qızlar üç bürünc medal qazanıblar15.04.2026 - 13:44
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçiriləcək15.04.2026 - 13:34
Türkiyədən gəlmiş şagirdlər BMU-nun tədrisvə tədqiqat infrastrukturu ilə tanış olublar15.04.2026 - 13:21
Elmi konfrans: “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar”15.04.2026 - 13:03
“Azərbaycanın gənc aqroliderləri” təqaüd proqramının qalibləri müəyyənləşib15.04.2026 - 12:46
Sinifdə ünsiyyət problemi uşağın dərs uğuruna necə təsir edir? - Aytən Ələkbərova15.04.2026 - 12:43
“Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb15.04.2026 - 12:38
Azərbaycan fəlsəfəsində yeni mərhələ: “Sufi fenomenologiya” dünya oxucusuna təqdim edilib15.04.2026 - 12:26
Aprelin 19-da 37 mindən çox şagird imtahan verəcək15.04.2026 - 12:10
Valideyn-məktəb əməkdaşlığı şagirdin inkişafında əsas rol oynayır - Pedaqoqdan açıqlama 15.04.2026 - 09:55
Tələbə beynəlxalq robot yarışmasında birinci oldu15.04.2026 - 09:50
BDU-da Zəngəzurun etno-mədəni irsi araşdırılır15.04.2026 - 09:40