Təhsil 365 - Logo Mobile

ADU-da WUF13-ə həsr olunmuş tədbir keçirilib

9615.04.2026 - 08:50
ADU-da WUF13-ə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq jurnalistika şöbəsinin təşəbbüsü ilə “WUF13 tələbələrin maraq dairəsində” adlı tədbir təşkil olunub. Tədbirdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, Beynəlxalq jurnalistika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Çərkəzqızı-Qurbanlı, WUF13 Azərbaycan əməliyyat şirkətinin kommunikasiya meneceri Emin Hüseynzadə, WUF13 üzrə siyasi ekspert Ülviyyə Zülfüqar və kafedranın müəllimi Aygün Rəhimova iştirak ediblər.

“Tehsil365” xəbər verir ki, jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş nitqi ilə açan Nərgiz Çərkəzqızı-Qurbanlı Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan olunduğunu xatırladaraq, bu kimi təşəbbüslərin tələbələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin tələbə jurnalistlərin fəallığını qeyd edərək bildirib ki, onların bir qismi sözügedən beynəlxalq tədbirdə könüllü kimi fəaliyyət göstərəcək.

Daha sonra çıxış edən WUF13 Azərbaycan əməliyyat şirkətinin kommunikasiya meneceri Emin Hüseynzadə cari ilin may ayının 17–22-də ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında ətraflı məlumat verib. O, təqdimatla çıxış edərək bildirib ki, forum çərçivəsində 350-dən artıq tədbirin təşkili nəzərdə tutulur və çoxsaylı beynəlxalq qonaqların iştirakı gözlənilir. Qeyd olunub ki, qlobal miqyasda urbanizasiya və mənzil problemi kimi aktual mövzular müzakirə olunacaq və tələbələrin bu tədbirlərdə iştirakı üçün geniş imkanlar yaradılıb.

WUF13 üzrə siyasi ekspert Ülviyyə Zülfüqar isə çıxışında tədbirin ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətinə toxunaraq, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını diqqətə çatdırıb. O, ölkəmizin Cənubi Qafqaz regionundakı mövqeyi, həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, eləcə də “yaşıl enerji” siyasətinin prioritetləri barədə məlumat verib. Bildirilib ki, COP29-dan sonra belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin təhlükəsiz və etibarlı məkan kimi tanındığını bir daha təsdiqləyir.

Akademik Muxtar İmanov isə Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə bağlı sərəncamından bəhs edərək, xüsusilə azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərini diqqətə çatdırıb. O, bu proseslərin beynəlxalq platformalarda təqdim olunmasının əhəmiyyətini vurğulayıb və tələbələri fəal iştirak etməyə çağırıb.

İnteraktiv formada keçən tədbirdə tələbələrin sualları cavablandırılıb, sonda iştirakçılara broşür və məlumat xarakterli materiallar təqdim olunub.

Zeynəb Quluyeva

Xəbər Lenti

Məşhur dərmanın gözlənilmədən qaraciyərə xeyri olduğu sübut edildi15.04.2026 - 17:30
Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş sərgi: nadir eksponatlar nümayiş olunacaq15.04.2026 - 17:26
ATU-ya yeni mətbuat katibi təyin olunub 15.04.2026 - 17:25
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu BAŞLAYIR15.04.2026 - 17:20
ABŞ-nin qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndə heyəti AMEA-da olub15.04.2026 - 17:18
Qobustanda yeni qayaüstü təsvirlər aşkar edilib 15.04.2026 - 17:15
BDU-da XXI əsr urbanizasiyasının trendləri təhlil olunub15.04.2026 - 17:12
Dövlət Proqramında prioritet ixtisaslar artırılır: İKT sahələrinə maraq çoxalır15.04.2026 - 17:10
UNEC tələbəsi beynəlxalq robot yarışmasında birincilik qazanıb15.04.2026 - 17:05
BMU ilə “MetaWay” arasında memorandum imzalanıb15.04.2026 - 17:04
LDU ilə Qazaxıstan universiteti ikili diplom proqramı imkanlarını müzakirə edib15.04.2026 - 17:00
Gəncə-Daşkəsən regionunda müəllimlər üçün ustad dərslərinə başlanıldı15.04.2026 - 17:00
Elm və Təhsil Nazirliyi ilə “Power China” şirkəti arasında strateji əməkdaşlıq müzakirə olunub15.04.2026 - 16:55
Dövlət Proqramına qəbulda süni intellektdən istifadə ediləcək15.04.2026 - 16:45
Məktəbli qızlarımız Avropa Qızlar Riyaziyyat Olimpiadasında 3 medal qazanıblar15.04.2026 - 16:35
Misirdə Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib15.04.2026 - 16:25
Türkiyədə daha bir məktəbə silahlı hücum olub - Ölən və yaralananlar var15.04.2026 - 16:05
Ramin Nurəliyev: “Universitet və kurslar əmək bazarında bir-birini tamamlayan mexanizmlərdir”15.04.2026 - 16:02
Həftəsonu 40 minə yaxın şəxs imtahanlarda iştirak edəcək15.04.2026 - 16:00
Adil Qeybulla: “Uşaqların qidalanması ciddi nəzarət altında olmalıdır”15.04.2026 - 15:55
Elçin Əfəndi: “Süni zəka təhsili asanlaşdıracaq, amma sosial təcrübəni əvəz edə bilməz”15.04.2026 - 15:51
DP iştirakçıları üçün ödənişlər necə həyata keçirilir? 15.04.2026 - 15:50
DP məzunlarının 80 faizi işlə təmin olunub15.04.2026 - 15:40
Regional Təhsil idarələrinə yeni rəhbər təyinatları olub15.04.2026 - 15:30
Yaponiyada tədqiqatlar üçün təqaüd proqramı elan edilib15.04.2026 - 15:20
Şimali İrlandiya məktəbləri yeni qiymətləndirmə sisteminə keçir15.04.2026 - 15:10
Qəbələdə "açıq dərs"lərin keyfiyyəti müzakirə olunub15.04.2026 - 15:00
Regional əqli mülkiyyət üzrə ən yaxşı təcrübələr təqdim edilib15.04.2026 - 15:00
Milli Kitabxanada “Kitabxanaşünas-alim Elçin Əhmədov” adlı sərgi açılıb15.04.2026 - 14:49
Akademik Zərifə Əliyevanın anım günü ilə bağlı Prezident Kitabxanasında sərgi təqdim olunub15.04.2026 - 14:39
Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olub 15.04.2026 - 14:29
Rəssamlar İttifaqında "Qərbi Azərbaycan" adlı sərgi açılıb15.04.2026 - 14:18
Beynəlxalq Xalça Forumu 2026: Qeydiyyat başladı!15.04.2026 - 14:04
Ali təhsil müəssisələrinə sınaq imtahanı üzrə qeydiyyat davam edir15.04.2026 - 13:54
EGMO 2026: Azərbaycanlı qızlar üç bürünc medal qazanıblar15.04.2026 - 13:44
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçiriləcək15.04.2026 - 13:34
Türkiyədən gəlmiş şagirdlər BMU-nun tədrisvə tədqiqat infrastrukturu ilə tanış olublar15.04.2026 - 13:21
Elmi konfrans: “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar”15.04.2026 - 13:03
“Azərbaycanın gənc aqroliderləri” təqaüd proqramının qalibləri müəyyənləşib15.04.2026 - 12:46
Sinifdə ünsiyyət problemi uşağın dərs uğuruna necə təsir edir? - Aytən Ələkbərova15.04.2026 - 12:43
“Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb15.04.2026 - 12:38
Azərbaycan fəlsəfəsində yeni mərhələ: “Sufi fenomenologiya” dünya oxucusuna təqdim edilib15.04.2026 - 12:26
Aprelin 19-da 37 mindən çox şagird imtahan verəcək15.04.2026 - 12:10
Valideyn-məktəb əməkdaşlığı şagirdin inkişafında əsas rol oynayır - Pedaqoqdan açıqlama 15.04.2026 - 09:55
Tələbə beynəlxalq robot yarışmasında birinci oldu15.04.2026 - 09:50
BDU-da Zəngəzurun etno-mədəni irsi araşdırılır15.04.2026 - 09:40
Nazir müavini Qubada pedaqoji heyətlə görüşüb15.04.2026 - 09:31
ADU-da professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib 15.04.2026 - 09:20