Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb və son yoxlama prosesi aparılır. Ensiklopediyanın ikinci cildi də çapa tam hazırdır.
Bunu “Tehsil365” ə açıqlamasında AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediya Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev deyib. O bildirib ki, iki cilddən ibarət ensiklopediya ümumilikdə 720-dən çox məqalədən, 4 milyondan artıq simvol və işarədən ibarətdir. Hər iki kitab 400 səhifədən ibarətdir və cildlərin sonunda fotoalbom yer alacaq.

