Təhsil 365 - Logo Mobile

Elmi konfrans: “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar”

10115.04.2026 - 13:03
Elmi konfrans: “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar”

Aprelin 15-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illiyinə həsr olunmuş “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə “Tehsil365” ə institutdan məlumat verilib. Bildirilib ki, konfransda AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva qüdrətli söz ustadı olan Məhəmmədhüseyn Şəhriyarın poeziyasının dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynası olduğunu deyib. O, şairin ölməz irsinin əbədi olmasını, nəinki Şərq, dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisi olduğunu bildirib, onun ecazkar poeziyası ilə ürəkləri fəth etdiyini, geniş kütlələrin sonsuz məhəbbətini qazandığını, dildən-dilə düşmüş şeirlərinin bir çox dillərə tərcümə olunduğunu, insanların ruhunu oxşadığını qeyd edib.

Ulu Öndər Heydər Əliyevin müsahibələrinin birində “Sevdiyiniz şair?” sualına “Şəhriyar” deyə cavab verdiyini xatırladan G.Baxşəliyeva Ümummilli Liderin böyük şair barədə dediklərini xatırladıb: “Dahi sənətkarın yaradıcılığının dərindən öyrənilməsi, tədqiq və tədris edilməsi sənət və elm xadimlərimizin müqəddəs borcudur”.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Əbədiyyət gülü - Şəhriyar” mövzusunda məruzə edib. R.Cümşüdlü Şəhriyarın fars və Azərbaycan dillərində yüksək poetik ruhlu şeirlər yaratdığını deyib, şairin fars dilində yaratdığı məhəbbət lirikasının fars ədəbiyyatının Sədi Şirazi, Hafiz Şirazi kimi dahilərinin lirikası ilə yanaşı çəkildiyini bildirib. Qeyd edib ki, şairin Azərbaycan dilindəki şeirlərində azərbaycançılıq ruhu, türk təfəkkürü öz ifadəsini tapıb. Azərbaycan həsrəti, Azərbaycanı tərənnüm Şəhriyar poeziyasının ana xəttini təşkil edir.

Konfransda institut əməkdaşlarının “Şəhriyar: zamanın və tarixin qiyməti”, “Can Rüstəm: Şəhriyar və Rüstəm Əliyev arasında dostluq əlaqəsi”, “İki dünyanın qovuşduğu zirvə - Məhəmmədhüseyn Şəhriyar timsalında” mövzusunda məruzələri dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb

Zəhra Əliyeva

Xəbər Lenti

Məşhur dərmanın gözlənilmədən qaraciyərə xeyri olduğu sübut edildi15.04.2026 - 17:30
Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş sərgi: nadir eksponatlar nümayiş olunacaq15.04.2026 - 17:26
ATU-ya yeni mətbuat katibi təyin olunub 15.04.2026 - 17:25
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu BAŞLAYIR15.04.2026 - 17:20
ABŞ-nin qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndə heyəti AMEA-da olub15.04.2026 - 17:18
Qobustanda yeni qayaüstü təsvirlər aşkar edilib 15.04.2026 - 17:15
BDU-da XXI əsr urbanizasiyasının trendləri təhlil olunub15.04.2026 - 17:12
Dövlət Proqramında prioritet ixtisaslar artırılır: İKT sahələrinə maraq çoxalır15.04.2026 - 17:10
UNEC tələbəsi beynəlxalq robot yarışmasında birincilik qazanıb15.04.2026 - 17:05
BMU ilə “MetaWay” arasında memorandum imzalanıb15.04.2026 - 17:04
Gəncə-Daşkəsən regionunda müəllimlər üçün ustad dərslərinə başlanıldı15.04.2026 - 17:00
LDU ilə Qazaxıstan universiteti ikili diplom proqramı imkanlarını müzakirə edib15.04.2026 - 17:00
Elm və Təhsil Nazirliyi ilə “Power China” şirkəti arasında strateji əməkdaşlıq müzakirə olunub15.04.2026 - 16:55
Dövlət Proqramına qəbulda süni intellektdən istifadə ediləcək15.04.2026 - 16:45
Məktəbli qızlarımız Avropa Qızlar Riyaziyyat Olimpiadasında 3 medal qazanıblar15.04.2026 - 16:35
Misirdə Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib15.04.2026 - 16:25
Türkiyədə daha bir məktəbə silahlı hücum olub - Ölən və yaralananlar var15.04.2026 - 16:05
Ramin Nurəliyev: “Universitet və kurslar əmək bazarında bir-birini tamamlayan mexanizmlərdir”15.04.2026 - 16:02
Həftəsonu 40 minə yaxın şəxs imtahanlarda iştirak edəcək15.04.2026 - 16:00
Adil Qeybulla: “Uşaqların qidalanması ciddi nəzarət altında olmalıdır”15.04.2026 - 15:55
Elçin Əfəndi: “Süni zəka təhsili asanlaşdıracaq, amma sosial təcrübəni əvəz edə bilməz”15.04.2026 - 15:51
DP iştirakçıları üçün ödənişlər necə həyata keçirilir? 15.04.2026 - 15:50
DP məzunlarının 80 faizi işlə təmin olunub15.04.2026 - 15:40
Regional Təhsil idarələrinə yeni rəhbər təyinatları olub15.04.2026 - 15:30
Yaponiyada tədqiqatlar üçün təqaüd proqramı elan edilib15.04.2026 - 15:20
Şimali İrlandiya məktəbləri yeni qiymətləndirmə sisteminə keçir15.04.2026 - 15:10
Qəbələdə "açıq dərs"lərin keyfiyyəti müzakirə olunub15.04.2026 - 15:00
Regional əqli mülkiyyət üzrə ən yaxşı təcrübələr təqdim edilib15.04.2026 - 15:00
Milli Kitabxanada “Kitabxanaşünas-alim Elçin Əhmədov” adlı sərgi açılıb15.04.2026 - 14:49
Akademik Zərifə Əliyevanın anım günü ilə bağlı Prezident Kitabxanasında sərgi təqdim olunub15.04.2026 - 14:39
Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olub 15.04.2026 - 14:29
Rəssamlar İttifaqında "Qərbi Azərbaycan" adlı sərgi açılıb15.04.2026 - 14:18
Beynəlxalq Xalça Forumu 2026: Qeydiyyat başladı!15.04.2026 - 14:04
Ali təhsil müəssisələrinə sınaq imtahanı üzrə qeydiyyat davam edir15.04.2026 - 13:54
EGMO 2026: Azərbaycanlı qızlar üç bürünc medal qazanıblar15.04.2026 - 13:44
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçiriləcək15.04.2026 - 13:34
Türkiyədən gəlmiş şagirdlər BMU-nun tədrisvə tədqiqat infrastrukturu ilə tanış olublar15.04.2026 - 13:21
“Azərbaycanın gənc aqroliderləri” təqaüd proqramının qalibləri müəyyənləşib15.04.2026 - 12:46
Sinifdə ünsiyyət problemi uşağın dərs uğuruna necə təsir edir? - Aytən Ələkbərova15.04.2026 - 12:43
“Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb15.04.2026 - 12:38
Azərbaycan fəlsəfəsində yeni mərhələ: “Sufi fenomenologiya” dünya oxucusuna təqdim edilib15.04.2026 - 12:26
Aprelin 19-da 37 mindən çox şagird imtahan verəcək15.04.2026 - 12:10
Valideyn-məktəb əməkdaşlığı şagirdin inkişafında əsas rol oynayır - Pedaqoqdan açıqlama 15.04.2026 - 09:55
Tələbə beynəlxalq robot yarışmasında birinci oldu15.04.2026 - 09:50
BDU-da Zəngəzurun etno-mədəni irsi araşdırılır15.04.2026 - 09:40
Nazir müavini Qubada pedaqoji heyətlə görüşüb15.04.2026 - 09:31
ADU-da professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib 15.04.2026 - 09:20