Azərbaycan məktəbliləri XV Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO 2026) üç bürünc medal əldə ediblər.
Azərbaycan Respublikasının Təhsil İnstitutundan “Tehsil365” ə bildirilib ki, Fransanın Bordo şəhərində keçirilmiş olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9 və 10-cu sinif şagirdləri Gülay Əlizadə və Zeynəb Umudlu, həmçinin Bakı şəhəri 236 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Nəbiyeva fərqlənərək bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, Avropa Qızlar Riyaziyyat Olimpiadası riyaziyyat sahəsində istedadlı qız şagirdlərin üzə çıxarılması və onların beynəlxalq arenada inkişafının dəstəklənməsi məqsədilə təşkil olunur.

