Milli Kitabxanada görkəmli kitabxanaşünas-alim, pedaqoq, pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədovun anadan olmasının 65 illiyi münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan “Tehsil365” ə bildirilib ki, sərgilərdə alimin elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi haqqında rəsmi sənəd yer alıb.
Həmçinin müəllifi olduğu kitabxanaşünaslıq və informasiya elmlərinin nəzəri və təcrübi problemlərinin tədqiqinə dair monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan məqalələri, çoxsaylı fundamental elmi tədqiqatları, konfrans materialları, rəyçi və redaktoru olduğu kitablar, elmi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunub.

