Təhsil 365 - Logo Mobile

ABŞ-nin qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndə heyəti AMEA-da olub

7515.04.2026 - 17:18
ABŞ-nin qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndə heyəti AMEA-da olub

ABŞ Dövlət Departamentinin qlobal səhiyyə təhlükəsizliyi sahəsində aparıcı yardım proqramı olan STRİDES layihəsinin direktoru Bekka Prays, “Black & Veatch” şirkətinin beynəlxalq inkişaf üzrə direktoru Kyle Huston, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin icraçı direktoru Stiven Beknell, CDC-in icraçı direktor müavini Coel Stanoeviç və baş texniki müşavir Lia Gvinjiliyadan ibarət nümayəndə heyəti AMEA-nın Rəyasət Heyətində olublar.

Bu barədə “Tehsil365"ə AMEA-dan məlumat verilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlarla görüş zamanı Akademiyanın ölkəmizdə elmin inkişafındakı rolundan, müasir dövrün çağırışlarına uyğun olaraq aparılan tədqiqatlardan və beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edib, xüsusilə son dövrlərdə süni intellektə dair araşdırmaların diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Həmçinin son illərdə AMEA-nın beynəlxalq elmi müstəvidə əməkdaşlıq əlaqələrinin genişləndiyini, Akademiyanın dünya elmində söz sahibi olan akademik təşkilatların tamhüquqlu üzvü seçildiyini bildirib.

ABŞ nümayəndə heyətinə daxil olan mütəxəssislərin apardıqları tədqiqatların son dövrlərdə dünyanı bürümüş pandemiyalar fonunda xüsusi aktuallıq kəsb etdiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin də bu məsələləri diqqətdə saxladığını, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi müəssisələrdə bu istiqamətdə mühüm tədqiqatlar aparıldığını söyləyib.

Akademik İsa Həbibbəyli ötən il bölmənin mütəxəssisləri tərəfindən bioloji proseslərin molekulyar-genetik əsasları, genom, kompüter biologiyası, süni intellektin biologiya və təbabətdə tətbiqi, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətində mühüm tədqiqatların aparıldığını və əldə olunmuş nəticələrin nüfuzlu jurnallarda işıq üzü gördüyünü bildirib.

AMEA rəhbəri amerikalı mütəxəssislərlə birgə layihələrin perspektivdə yüksək nəticələr verəcəyini söyləyib.

Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.

Nərmin Mustafayeva

Xəbər Lenti

Eldar Quliyev – Azərbaycan kinosunun görkəmli rejissoru16.04.2026 - 06:00
Xalq artisti Rafiq Əliyevin sənət yolu yaddaşlarda yaşayır16.04.2026 - 05:42
Ələkbər Tağıyev – musiqi və hüququ birləşdirən sənətkar16.04.2026 - 05:18
Məmmədtağı Bağırov – Azərbaycan opera səhnəsinin tanınmış baritonu16.04.2026 - 05:06
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsi ehtiramla anılır16.04.2026 - 04:54
Ramiz Mirişli – Azərbaycan musiqi sənətinin görkəmli bəstəkarı16.04.2026 - 04:36
Qorxmaz Sücəddinov – Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış nümayəndəsi16.04.2026 - 04:18
Kərim Sultanov – Gəncə səhnəsinin unudulmaz ustası16.04.2026 - 04:00
Xaricdə təhsil proqramı 230-dan çox universiteti əhatə edəcək15.04.2026 - 19:58
Dövlət Proqramına qəbulda süni intellektdən istifadə ediləcək15.04.2026 - 19:56
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçiriləcək15.04.2026 - 19:48
Sabah 21 dərəcə isti olacaq15.04.2026 - 19:44
Türkiyəli şagirdlər BMU-da15.04.2026 - 19:36
UNEC-in tələbəsi vəfat edib 15.04.2026 - 19:32
Tibb Universitetinə yeni mətbuat katibi təyin olunub15.04.2026 - 19:25
Fransa Təhsil Nazirliyinə kiberhücum: şagirdlərin şəxsi məlumatları sızdırılıb15.04.2026 - 19:18
Yer kürəsində geomaqnit pozuntuları proqnozlaşdırılır15.04.2026 - 19:14
Dövlət Proqramına müraciətlə bağlı mühüm DETAL15.04.2026 - 19:06
Erkən yaşda təhsil gec başlasa, bu sonradan kompensasiya oluna bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı15.04.2026 - 19:02
Dövlət Proqramı üzrə namizədlərə xəbərdarlıq: sənədləri gecikdirməyin15.04.2026 - 18:54
Regional Təhsil İdarələrinə yeni təyinatlar VAR15.04.2026 - 18:46
Yaponiyada tədqiqatçılar üçün təqaüd proqramı15.04.2026 - 18:38
Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək15.04.2026 - 18:34
Təhsil islahatı ideyası Qoşqar Məhərrəmov: "Fənn sayı azaldılsın, dərs saatları artsın"15.04.2026 - 18:30
DİM aprelin 19-da növbəti imtahanlar keçirəcək15.04.2026 - 18:26
Qətliam törədən şagird özünü də öldürüb - atası saxlanıldı -TƏFƏRRÜAT15.04.2026 - 18:18
Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb15.04.2026 - 18:14
Yasamalda 31 yeni aşkar edilmiş abidə dövlət mühafizəsinə verilə bilər15.04.2026 - 18:08
Uşaq hüquqları ilə bağlı bir neçə qanuna dəyişikliklər təsdiqlənib15.04.2026 - 18:00
"Təmiz Şəhər" İT sistemlərini "Hökumət buludu"na köçürüb15.04.2026 - 17:55
Əli Ələkbərov: “Bağçalarda uşaqların təhlükəsizliyi dövlətin və cəmiyyətin ortaq məsuliyyətidir”15.04.2026 - 17:55
Ordubaddakı "Ərbabın iş yeri" adlı tarixi binanın bərpası ilin sonunadək tamamlanacaq15.04.2026 - 17:52
Bakıda 31 yeni abidə aşkarlanıb15.04.2026 - 17:45
Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub15.04.2026 - 17:42
Sadə ürək yanması deyilmiş: təhlükəli xəstəliyin gizli əlaməti15.04.2026 - 17:40
Sovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid15.04.2026 - 17:35
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq15.04.2026 - 17:34
Məşhur dərmanın gözlənilmədən qaraciyərə xeyri olduğu sübut edildi15.04.2026 - 17:30
Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş sərgi: nadir eksponatlar nümayiş olunacaq15.04.2026 - 17:26
ATU-ya yeni mətbuat katibi təyin olunub 15.04.2026 - 17:25
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu BAŞLAYIR15.04.2026 - 17:20
Qobustanda yeni qayaüstü təsvirlər aşkar edilib 15.04.2026 - 17:15
BDU-da XXI əsr urbanizasiyasının trendləri təhlil olunub15.04.2026 - 17:12
Dövlət Proqramında prioritet ixtisaslar artırılır: İKT sahələrinə maraq çoxalır15.04.2026 - 17:10
UNEC tələbəsi beynəlxalq robot yarışmasında birincilik qazanıb15.04.2026 - 17:05
BMU ilə “MetaWay” arasında memorandum imzalanıb15.04.2026 - 17:04
Gəncə-Daşkəsən regionunda müəllimlər üçün ustad dərslərinə başlanıldı15.04.2026 - 17:00