Cari ilin iyun ayında Mili Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi keçiriləcək.
Bu barədə “Tehsil365"ə muzeyin elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov məlumat verib. O qeyd edib ki, sərgidə 1926-cı ildə Bakıda keçirilmiş və Türk dünyasının elmi-mədəni həyatında mühüm rol oynamış Birinci Türkoloji Qurultaya aid nadir eksponatlar, arxiv sənədləri, fotoşəkillər və digər materiallar nümayiş olunacaq. Tədbirin əsas məqsədi türk xalqlarının ortaq elmi və mədəni irsini təbliğ etmək, Qurultayın tarixdəki əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaqdır.
Qeyd edək ki, türkologiya elminin inkişafında mühüm mərhələ kimi qiymətləndirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olnur.

