Təhsil 365 - Logo Mobile

Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb

7515.04.2026 - 18:14
Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində ART qlobal domeninin dəstəyi ilə multidissiplinar rəssam Mədinə Qasımovanın "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgisi açılıb.

"Tehsil365" xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur. "Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində "Analar üçün çiçəklər" əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək",- deyə Ə.Məlikova əlavə edib.

Layihə çərçivəsində eyni obrazın müxtəlif formalarda təcəssüm etdiyini vurğulayan direktor deyib: "Obraz rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir. Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır. Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur".

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu sərgi müəllifin zəngin və güclü yaradıcı enerjisindən xəbər verir. "Mədəniyyət Nazirliyi yaradıcı insanlara xüsusi diqqət göstərir, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi üçün geniş imkanlar yaradır. Gənc rəssamların beynəlxalq səviyyədə tanınmasına şərait yaradılması prioritet məsələdir. Müəllifin fərqli vizual dili, sənətə cəsarətli yanaşması onu yaradıcılıq baxımından seçilən və yenilikçi edir. Əminik ki, sərgi həm yerli, həm də xarici ziyarətçilər üçün yaddaqalan olacaq və müasir incəsənətin inkişafına öz töhfəsini verəcək",- deyə S.Yusifova əlavə edib.

Sərginin kuratoru, Almatı İncəsənət Muzeyinin inkişafı üzrə direktoru, muzeylərdə innovasiya sahəsində ekspert Vladimir Opredelenov söyləyib ki, rəssamın yaradıcılığı ənənələrə söykənərək tarixdən süzülüb gəlir və eyni zamanda müasir texnologiyalarla vəhdət təşkil edir.

Sərgi mayın 15-dək davam edəcək.

Nərmin Mustafayeva

Xəbər Lenti

Kaşalotların ünsiyyət sistemi insan dilinə bənzəyir16.04.2026 - 07:40
Şanlıurfada məktəb hücumu ilə bağlı 16 nəfər saxlanıldı16.04.2026 - 07:30
Bu günün hava proqnozu16.04.2026 - 07:21
ADU-da “Dil universalilərinin sistemli tədqiqi” mövzusunda seminar keçirilib16.04.2026 - 07:10
Azərbaycan və Monqolustan arasında diplomatik əlaqələr quruldu16.04.2026 - 07:00
Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin əsası qoyuldu16.04.2026 - 06:36
Milli Qəhrəman Rizvan Teymurovun qəhrəmanlıq yolu unudulmur16.04.2026 - 06:18
Eldar Quliyev – Azərbaycan kinosunun görkəmli rejissoru16.04.2026 - 06:00
Xalq artisti Rafiq Əliyevin sənət yolu yaddaşlarda yaşayır16.04.2026 - 05:42
Ələkbər Tağıyev – musiqi və hüququ birləşdirən sənətkar16.04.2026 - 05:18
Məmmədtağı Bağırov – Azərbaycan opera səhnəsinin tanınmış baritonu16.04.2026 - 05:06
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsi ehtiramla anılır16.04.2026 - 04:54
Ramiz Mirişli – Azərbaycan musiqi sənətinin görkəmli bəstəkarı16.04.2026 - 04:36
Qorxmaz Sücəddinov – Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış nümayəndəsi16.04.2026 - 04:18
Kərim Sultanov – Gəncə səhnəsinin unudulmaz ustası16.04.2026 - 04:00
Xaricdə təhsil proqramı 230-dan çox universiteti əhatə edəcək15.04.2026 - 19:58
Dövlət Proqramına qəbulda süni intellektdən istifadə ediləcək15.04.2026 - 19:56
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçiriləcək15.04.2026 - 19:48
Sabah 21 dərəcə isti olacaq15.04.2026 - 19:44
Türkiyəli şagirdlər BMU-da15.04.2026 - 19:36
UNEC-in tələbəsi vəfat edib 15.04.2026 - 19:32
Tibb Universitetinə yeni mətbuat katibi təyin olunub15.04.2026 - 19:25
Fransa Təhsil Nazirliyinə kiberhücum: şagirdlərin şəxsi məlumatları sızdırılıb15.04.2026 - 19:18
Yer kürəsində geomaqnit pozuntuları proqnozlaşdırılır15.04.2026 - 19:14
Dövlət Proqramına müraciətlə bağlı mühüm DETAL15.04.2026 - 19:06
Erkən yaşda təhsil gec başlasa, bu sonradan kompensasiya oluna bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı15.04.2026 - 19:02
Dövlət Proqramı üzrə namizədlərə xəbərdarlıq: sənədləri gecikdirməyin15.04.2026 - 18:54
Regional Təhsil İdarələrinə yeni təyinatlar VAR15.04.2026 - 18:46
Yaponiyada tədqiqatçılar üçün təqaüd proqramı15.04.2026 - 18:38
Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək15.04.2026 - 18:34
Təhsil islahatı ideyası Qoşqar Məhərrəmov: "Fənn sayı azaldılsın, dərs saatları artsın"15.04.2026 - 18:30
DİM aprelin 19-da növbəti imtahanlar keçirəcək15.04.2026 - 18:26
Qətliam törədən şagird özünü də öldürüb - atası saxlanıldı -TƏFƏRRÜAT15.04.2026 - 18:18
Yasamalda 31 yeni aşkar edilmiş abidə dövlət mühafizəsinə verilə bilər15.04.2026 - 18:08
Uşaq hüquqları ilə bağlı bir neçə qanuna dəyişikliklər təsdiqlənib15.04.2026 - 18:00
Əli Ələkbərov: “Bağçalarda uşaqların təhlükəsizliyi dövlətin və cəmiyyətin ortaq məsuliyyətidir”15.04.2026 - 17:55
"Təmiz Şəhər" İT sistemlərini "Hökumət buludu"na köçürüb15.04.2026 - 17:55
Ordubaddakı "Ərbabın iş yeri" adlı tarixi binanın bərpası ilin sonunadək tamamlanacaq15.04.2026 - 17:52
Bakıda 31 yeni abidə aşkarlanıb15.04.2026 - 17:45
Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub15.04.2026 - 17:42
Sadə ürək yanması deyilmiş: təhlükəli xəstəliyin gizli əlaməti15.04.2026 - 17:40
Sovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid15.04.2026 - 17:35
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq15.04.2026 - 17:34
Məşhur dərmanın gözlənilmədən qaraciyərə xeyri olduğu sübut edildi15.04.2026 - 17:30
Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş sərgi: nadir eksponatlar nümayiş olunacaq15.04.2026 - 17:26
ATU-ya yeni mətbuat katibi təyin olunub 15.04.2026 - 17:25
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu BAŞLAYIR15.04.2026 - 17:20