“1754 nəfər xaricdə təhsil üzrə Dövlət Proqramının iştirakçısı olmaq hüququ qazanıb. Onların bir hissəsi müxtəlif səbəblərdən proqramdan kənarlaşdırılıb və ya öz ərizələri ilə iştirakını dayandırıb”.
“Tehsil365“ xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov Təhsil TV-nin qonağı olarkən deyib.
Qədir Xəlilovun sözlərinə görə, proqramın 700-dən çox məzunu var:
“Onların təxminən 80 faizi artıq işlə təmin olunub”.
O əlavə edib ki, məzunlar həm dövlətin aparıcı qurumlarında, həm də özəl sektorun nüfuzlu şirkətlərində fəaliyyət göstərirlər.

