Türkiyədə məktəbə silahlı hücum edən 8-ci sinif şagirdi özünü öldürüb.
“Tehsil365“ xəbər verir ki, hücumu törədən şəxsin atası keçmiş polis əməkdaşı olub. O, atasına məxsus silahlarla iki sinif otağına atəş açıb.
Türkiyədə məktəbə silahlı hücum nəticəsində 4 nəfər ölüb.
NTV-nin xəbərinə görə, bu barədə Kahramanmaraş valisi bildirib. Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.
Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi qeyd olunub. Hadisə nəticəsində yaralananların sayı 20-yə çatıb.
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı insident baş verib.
“Azərbaycan müəllimi” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Onikişubat bölgəsində qeydə alınıb.
İlkin məlumata görə, məktəbə silahlı hücum zamanı 6 nəfər yaralanıb. Kahramanmaraş valisi Mükerrem Ünlüer hadisə zamanı ölənin olduğunu açıqlayıb.
Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətində Ömer Ket adlı 19 yaşlı gənc avtomatla liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hadisə zamanı aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər xəsarət alıb. Ö.Ket daha sonra eyni silahla özünə atəş açaraq intihar edib.

