Təhsil 365 - Logo Mobile

Gəncə-Daşkəsən regionunda müəllimlər üçün ustad dərslərinə başlanıldı

7815.04.2026 - 17:00
Gəncə-Daşkəsən regionunda müəllimlər üçün ustad dərslərinə başlanıldı

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) təşkilatçılığı ilə müəllimlərin peşəkar inkişafına yönəlmiş ustad dərslər həyata keçirilir.

"Tehsil365" xəbər verir ki, regional təhsil idarəsinin təşkilatçılığı ilə keçirilən ilk ustad dərsdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Elmin Məmmədtağıyev, yerli təhsil sektorlarının müdirləri, idarə əməkdaşları və qabaqcıl müəllimlər iştirak ediblər.

Layihənin əsas məqsədi müəllimlərin peşəkar bacarıqlarını inkişaf etdirmək, qabaqcıl tədris təcrübələrinin paylaşılmasına şərait yaratmaq və ümumi tədris keyfiyyətini daha da yüksəltməkdir. Bu çərçivədə keçirilən ustad dərslər həm praktik yanaşmaların nümayişi, həm də pedaqoji müzakirə mühiti baxımından xüsusi əhəmiyyət daşıyır.

Ustad dərs Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Vəfa Baxışova tərəfindən tədris edilib. O, 4-cü sinifdə Azərbaycan dili fənni üzrə nümunəvi dərs təqdim edib. Dərs zamanı müasir tədris metodlarından istifadə olunub, şagirdlərin fəal iştirakı təmin edilib və interaktiv yanaşmalar tətbiq edilib.

Ustad dərsin daha geniş təhsil ictimaiyyətinə çatdırılması məqsədilə dərs prosesi texniki vasitələrlə qeydə alınıb. Eyni zamanda, dərs digər otaqda təhsil işçiləri tərəfindən canlı şəkildə izlənilib ki, bu da daha çox müəllimin prosesdən faydalanmasına imkan yaradıb.

Dərsin sonunda geniş müzakirə aparılıb, iştirakçılar arasında fikir mübadiləsi həyata keçirilib və təcrübə paylaşımı təmin olunub.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov bildirib ki, bu cür ustad dərslər müəllimlərin inkişafında mühüm rol oynayır və bu təşəbbüs müəllimlər arasında əməkdaşlığı gücləndirir, innovativ yanaşmaların tətbiqini təşviq edir, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. O əlavə edib ki, qarşıdakı dövrdə də bu formatda ustad dərslərin digər ümumi təhsil müəssisələrində davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ustad dərslərin bu formatda təşkili regionun müxtəlif ümumi təhsil müəssisələrində davamlı şəkildə həyata keçiriləcək.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Xaricdə təhsil proqramı 230-dan çox universiteti əhatə edəcək15.04.2026 - 19:58
Dövlət Proqramına qəbulda süni intellektdən istifadə ediləcək15.04.2026 - 19:56
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçiriləcək15.04.2026 - 19:48
Sabah 21 dərəcə isti olacaq15.04.2026 - 19:44
Türkiyəli şagirdlər BMU-da15.04.2026 - 19:36
UNEC-in tələbəsi vəfat edib 15.04.2026 - 19:32
Tibb Universitetinə yeni mətbuat katibi təyin olunub15.04.2026 - 19:25
Fransa Təhsil Nazirliyinə kiberhücum: şagirdlərin şəxsi məlumatları sızdırılıb15.04.2026 - 19:18
Yer kürəsində geomaqnit pozuntuları proqnozlaşdırılır15.04.2026 - 19:14
Dövlət Proqramına müraciətlə bağlı mühüm DETAL15.04.2026 - 19:06
Erkən yaşda təhsil gec başlasa, bu sonradan kompensasiya oluna bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı15.04.2026 - 19:02
Dövlət Proqramı üzrə namizədlərə xəbərdarlıq: sənədləri gecikdirməyin15.04.2026 - 18:54
Regional Təhsil İdarələrinə yeni təyinatlar VAR15.04.2026 - 18:46
Yaponiyada tədqiqatçılar üçün təqaüd proqramı15.04.2026 - 18:38
Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək15.04.2026 - 18:34
Təhsil islahatı ideyası Qoşqar Məhərrəmov: "Fənn sayı azaldılsın, dərs saatları artsın"15.04.2026 - 18:30
DİM aprelin 19-da növbəti imtahanlar keçirəcək15.04.2026 - 18:26
Qətliam törədən şagird özünü də öldürüb - atası saxlanıldı -TƏFƏRRÜAT15.04.2026 - 18:18
Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb15.04.2026 - 18:14
Yasamalda 31 yeni aşkar edilmiş abidə dövlət mühafizəsinə verilə bilər15.04.2026 - 18:08
Uşaq hüquqları ilə bağlı bir neçə qanuna dəyişikliklər təsdiqlənib15.04.2026 - 18:00
"Təmiz Şəhər" İT sistemlərini "Hökumət buludu"na köçürüb15.04.2026 - 17:55
Əli Ələkbərov: “Bağçalarda uşaqların təhlükəsizliyi dövlətin və cəmiyyətin ortaq məsuliyyətidir”15.04.2026 - 17:55
Ordubaddakı "Ərbabın iş yeri" adlı tarixi binanın bərpası ilin sonunadək tamamlanacaq15.04.2026 - 17:52
Bakıda 31 yeni abidə aşkarlanıb15.04.2026 - 17:45
Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub15.04.2026 - 17:42
Sadə ürək yanması deyilmiş: təhlükəli xəstəliyin gizli əlaməti15.04.2026 - 17:40
Sovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid15.04.2026 - 17:35
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq15.04.2026 - 17:34
Məşhur dərmanın gözlənilmədən qaraciyərə xeyri olduğu sübut edildi15.04.2026 - 17:30
Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş sərgi: nadir eksponatlar nümayiş olunacaq15.04.2026 - 17:26
ATU-ya yeni mətbuat katibi təyin olunub 15.04.2026 - 17:25
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu BAŞLAYIR15.04.2026 - 17:20
ABŞ-nin qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndə heyəti AMEA-da olub15.04.2026 - 17:18
Qobustanda yeni qayaüstü təsvirlər aşkar edilib 15.04.2026 - 17:15
BDU-da XXI əsr urbanizasiyasının trendləri təhlil olunub15.04.2026 - 17:12
Dövlət Proqramında prioritet ixtisaslar artırılır: İKT sahələrinə maraq çoxalır15.04.2026 - 17:10
UNEC tələbəsi beynəlxalq robot yarışmasında birincilik qazanıb15.04.2026 - 17:05
BMU ilə “MetaWay” arasında memorandum imzalanıb15.04.2026 - 17:04
LDU ilə Qazaxıstan universiteti ikili diplom proqramı imkanlarını müzakirə edib15.04.2026 - 17:00
Elm və Təhsil Nazirliyi ilə “Power China” şirkəti arasında strateji əməkdaşlıq müzakirə olunub15.04.2026 - 16:55
Dövlət Proqramına qəbulda süni intellektdən istifadə ediləcək15.04.2026 - 16:45
Məktəbli qızlarımız Avropa Qızlar Riyaziyyat Olimpiadasında 3 medal qazanıblar15.04.2026 - 16:35
Misirdə Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib15.04.2026 - 16:25
Türkiyədə daha bir məktəbə silahlı hücum olub - Ölən və yaralananlar var15.04.2026 - 16:05
Ramin Nurəliyev: “Universitet və kurslar əmək bazarında bir-birini tamamlayan mexanizmlərdir”15.04.2026 - 16:02
Həftəsonu 40 minə yaxın şəxs imtahanlarda iştirak edəcək15.04.2026 - 16:00