Təhsil 365 - Logo Mobile

Əli Ələkbərov: “Bağçalarda uşaqların təhlükəsizliyi dövlətin və cəmiyyətin ortaq məsuliyyətidir”

12315.04.2026 - 17:55
Əli Ələkbərov: “Bağçalarda uşaqların təhlükəsizliyi dövlətin və cəmiyyətin ortaq məsuliyyətidir”

Onun sözlərinə görə, bu məsələ yalnız pedaqoji deyil, həm də hüquqi müstəvidə qiymətləndirilməlidir və dövlət qurumları ilə yanaşı, valideynlərin də məsuliyyətli yanaşması vacibdir.

Təhsil eksperti Əli Ələkbərov “Tehsil365”ə açıqlamasında son dövrlərdə bəzi məktəbəqədər təhsil müəssisələrində uşaqlara yetərli nəzarətin olunmaması və onların təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməməsi ilə bağlı narahatedici hallara münasibət bildirib.

Onun sözlərinə görə, bu kimi hallar uşaqların fiziki və psixoloji sağlamlığı üçün ciddi risklər yaradır və cəmiyyət olaraq daha məsuliyyətli yanaşmanı tələb edir: “Uşaqların hüquqlarının qorunması və onların təhlükəsiz mühitdə böyüməsi dövlətin prioritet istiqamətlərindən biridir. Bu, qanunvericilikdə də açıq şəkildə təsbit olunub.”

Ələkbərov xatırladıb ki, “Təhsil haqqında” Qanunun 4-cü maddəsinə əsasən, təhsilin əsas məqsədlərindən biri sağlam və təhlükəsiz mühitdə şəxsiyyətin formalaşmasını təmin etməkdir. Həmin qanunun 11-ci maddəsində isə təhsilalanların həyat və sağlamlığının qorunmasının təhsil müəssisələrinin birbaşa vəzifəsi olduğu vurğulanır. Bundan əlavə, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsi uşaqların həyat və sağlamlığının qorunmasını dövlətin əsas vəzifəsi kimi müəyyən edir, 9-cu maddə isə onların təhlükəsiz şəraitdə yaşamaq və inkişaf etmək hüququnu təsbit edir.

Ekspert qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı qaydalara görə, rəhbərlik uşaqların təhlükəsizliyinə birbaşa məsuliyyət daşıyır və hər hansı səhlənkarlıq hüquqi məsuliyyət yaradır: “Əgər bağçada uşağın təhlükəsizliyi təmin olunmursa, bu, təkcə pedaqoji məsələ deyil, həm də hüquqi məsuliyyət doğuran haldır.”

Əli Ələkbərov hesab edir ki, mövcud vəziyyəti nəzərə alaraq aidiyyəti dövlət qurumları – xüsusilə səhiyyə və təhsil sahəsinə nəzarət edən strukturlar – bağçalarda mütəmadi monitorinqlər keçirməli, yoxlamaları gücləndirməli və ictimai nəzarət mexanizmlərini genişləndirməlidir. “Bu, həm valideynlərin etimadını artıracaq, həm də uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.”

Ekspert vurğulayıb ki, uşaqlar cəmiyyətin ən həssas təbəqəsidir və onların qorunması hər birimizin ortaq məsuliyyətidir: “Bağçalarda uşaqların təhlükəsizliyi yalnız dövlət qurumlarının deyil, həm də cəmiyyətin diqqət mərkəzində olmalıdır. Çünki sağlam və təhlükəsiz mühitdə böyüyən uşaq gələcəyin sağlam və güclü vətəndaşı deməkdir.”

Mehriban İbadova

Xəbər Lenti

Xəzər Universitetinin KDI komandası elmi müsabiqədə uğur qazanıb19.07.2026 - 07:16
Azərbaycan diasporunun dəstəyi ilə Fransada yay düşərgəsi təşkil olunub19.07.2026 - 07:03
Fərqli Vizyon, İnovativ Addımlar: ATMU TEC Sədri Abas Yusifzadə Danışır19.07.2026 - 06:01
“Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsinin bağlanış mərasimi olub19.07.2026 - 05:49
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib19.07.2026 - 05:40
Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb19.07.2026 - 05:10
Nazir müavini Özbəkistanda bir sıra görüşlər keçirib19.07.2026 - 04:44
Komandamız Avropa Universitet Oyunlarında ölkəmizi təmsil edir19.07.2026 - 04:25
Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb19.07.2026 - 04:12
BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri daha bir uğur qazanıblar19.07.2026 - 04:03
Mingəçevir Dövlət Universiteti yaşıl transformasiya istiqamətində yeni əməkdaşlığa hazırlaşır18.07.2026 - 16:42
Müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi yekunlaşıb18.07.2026 - 16:36
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü keçirilib18.07.2026 - 16:32
ADU-nun Yay Məktəbi beynəlxalq iştirakçıların yüksək qiymətini qazanıb18.07.2026 - 16:18
Qusar Teatrı mövsüm bağlanışını açıq səma altında qeyd edib18.07.2026 - 15:30
“VətəndəSƏN” layihəsi Qarabağda sahibkarları bir araya gətirib18.07.2026 - 15:16
Kəlbəcərdə iməcilik: şəhər ərazisi təmizlənib18.07.2026 - 15:02
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib18.07.2026 - 09:10
Çimərlik futbolu üzrə Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb18.07.2026 - 08:30
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib18.07.2026 - 08:28
Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq18.07.2026 - 08:24
Süni İntellekt və Tibb: Sərhədlər Haradadır?-Həkimdən açıqlama18.07.2026 - 08:17
HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib-FOTOLAR18.07.2026 - 08:12
Bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb18.07.2026 - 08:06
Mühəndislik Universiteti magistratura səviyyəsində 8 ixtisaslaşma təklif edir18.07.2026 - 08:02
Azərbaycanda şagirdlər üçün süni intellekt həlli istifadəyə veriləcək18.07.2026 - 07:48
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb18.07.2026 - 07:29
Əli Nəbiyev: I yarımildə 263 məktəbdə normativ tələblərin pozulduğu aşkarlanıb18.07.2026 - 07:12
Azərbaycanda ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb18.07.2026 - 06:39
Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!18.07.2026 - 06:23
“Zəfər” yay düşərgəsi keçiriləcək18.07.2026 - 06:18
ABŞ xarici tələbələr üçün viza qaydalarını sərtləşdirir18.07.2026 - 05:53
MDU və Marmara Universiteti ortaq elmi-tədqiqat və tədris laboratoriyaları yaradacaq18.07.2026 - 05:39
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüşlər keçirilib18.07.2026 - 05:29
Azərbaycanlı gənc hüquqşünaslar ABŞ-də bir şəbəkədə birləşir18.07.2026 - 05:13
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə BAŞLANILIR18.07.2026 - 04:58
“Müasir metodist” müsabiqəsi çərçivəsində növbəti təlimlərə başlanılıb18.07.2026 - 04:42
XII Avropa Coğrafiya Olimpiadasında uğrularımız18.07.2026 - 04:27
UNESCO-da Elmlərin Dayanıqlı İnkişaf üzrə Qlobal Konfransı keçirilib-FOTOLAR18.07.2026 - 04:16
Bu gün MİQ imtahanları YEKUNLAŞIR18.07.2026 - 04:12
Bağça ödənişləri ilə bağlı yenilik18.07.2026 - 04:03
ATMU-da 2026/2027-ci tədris ili üçün onlayn qəbul müsahibələri başlayıb - FOTOLAR17.07.2026 - 16:43
“Psixoloji sağlamlıq təhsilin bir hissəsi olmalıdır” – Psixoloq Mirsadiq Muxtarov17.07.2026 - 16:16
“Mükəmməl olmaq üçün bir yerdən başlamalıyıq” – Murad Hümbətovla müsahibə17.07.2026 - 15:48
Psixoloji sağlamlığı necə qorumaq lazımdır? - Mirsadiq Muxtarov17.07.2026 - 15:39
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır17.07.2026 - 15:32
VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib17.07.2026 - 15:21
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib17.07.2026 - 15:16