Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm Əli oğlu İbrahimov 16 aprel 1982-ci ildə Krasnoselsk rayonunun Ardanış kəndində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, jurnalistika sahəsində fəaliyyəti ilə informasiya cəbhəsində mühüm xidmətlər göstərib.
Məhərrəm İbrahimov peşəkar fəaliyyəti dövründə operativ və dəqiq xəbərləri ilə seçilib, ictimaiyyətin doğru məlumatlandırılması istiqamətində fədakarlıqla çalışıb. O, xüsusilə həssas bölgələrdən reportajlar hazırlayaraq jurnalistikanın məsuliyyətli missiyasını layiqincə yerinə yetirib.
2021-ci il 4 iyun tarixində Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşməsi nəticəsində şəhid olub. Onun ölümü Azərbaycan jurnalistikası üçün böyük itki kimi dəyərləndirilir.
Məhərrəm İbrahimovun xatirəsi daim hörmətlə anılır. O, vətənə və peşəsinə sədaqətin simvolu kimi yaddaşlarda yaşayır.

