Təhsil 365 - Logo Mobile

AMEA-da “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimatı olub

10816.04.2026 - 12:26
AMEA-da “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimatı olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademik Yaqub Mahmudovun və professor Tofiq Mustafazadənin “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə akademik Yaqub Mahmudovun əsərlərindən ibarət sərgi ilə tanış olublar. Həmçinin Mərkəzi Elmi Kitabxanada yaradılan “Akademik Yaqub Mahmudovun kitablarından ibarət fond” oxuculara təqdim edilib.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ictimaiyyətə təqdim olunan “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabında dahi Azərbaycan sərkərdəsi Nadir şah Əfşarın həyat və fəaliyyətindən, işğal olunmuş Səfəvi torpaqlarını, o cümlədən ölkənin paytaxtını yadellilərdən azad etmək uğrunda mübarizəsindən, imperiyanın ərazisini daha da genişləndirməsindən, Hindistanı fəth edərək Səfəvi dövlətindən daha geniş ərazili yeni Azərbaycan Əfşarlar İmperiyası yaratmasından, böyük hökmdarın Türk dünyasında məzhəb ayrılığına son qoymaq siyasətindən bəhs edilir. Yeni nəşrdə Şərq və Qərb mənbələri ilə yanaşı, Rusiya arxiv sənədlərindən və müxtəlif dillərdə nəşr olunmuş tədqiqatlardakı faktik materiallardan istifadə olunmaqla Nadir şah Əfşarın fəaliyyətinə obyektiv qiymət verilir.

Sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəflinin “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı haqqında məruzəsi dinlənilib. O vurğulayıb ki, indiyədək Qərb və Rusiya tarixşünaslığında Nadir şah şəxsiyyətinə qeyri-obyektiv yanaşılıb və dahi sərkərdənin xidmətləri kiçildilib. Ona görə də yeni əsər bu saxtakarlıqlara tutarlı cavabdır. Nadir şah haqqında obyektiv araşdırmaların aparılması və “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kimi əsərlərin yazılması bu gün öz torpaqlarını 30 illik düşmən işğalından qurtarmış bir ölkənin vətəndaşlarına, əsasən də gənclərimizə bu şəxsiyyəti daha obyektiv qiymətləndirmək imkanı verir. Güntəkin Nəcəfli onu da əlavə edib ki, müəlliflər bu əsəri əziz müəllimləri - görkəmli ziyalılarımız Ədhəm Şahmalıyev, Mehdi Erivanski, Səidə İmanzadə, Əli Sultanlı, Əbdülkərim Əlizadə, Bəxtiyar Vahabzadə və Mehbalı Qasımovun əziz xatirəsinə həsr ediblər.

Tədbirdə Milli Məclisin deputatları Anar İsgəndərov, Hikmət Babaoğlu, Vasif Qafarov və Cavanşir Feyziyev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, professor Eynulla Mədətli, Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professor-məsləhətçisi, tarix elmləri doktoru Mehman Süleymanov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tahirə Həsənzadə çıxış edərək bildiriblər ki, tarix Nadir şah şəxsiyyətini yetişdirməsəydi, Azərbaycan dövlətçiliyinin varlığına Gülüstan (1813) və Türkmənçay (1828) faciələrindən təqribən 100 il qabaq son qoyulacaqdı. Bu qüdrətli sərkərdənin parlaq qələbələri sayəsində yadellilər Azərbaycan dövlətçiliyini məhv edə bilmədilər. Onun qətlə yetirilməsindən sonra isə dövlətçilik mədəniyyətimizi Azərbaycan xanlıqları yaşatdılar.

Sonda AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov tədbirin təşkilinə görə AMEA rəhbərliyinə, MEK-ə və iştirakçılara öz dərin təşəkkürlərini bildirib və gənc nəsli tariximizi sevməyə, öyrənməyə və təbliğ etməyə səsləyib.

Qeyd edək ki, “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının elmi redaktoru tarix elmləri doktoru Mehman Süleymanov, elmi məsləhətçiləri Dünya Əfşarlar Dərnəyinin başqanı Şərəf Kocakaya və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev, rəyçiləri ortaəsrşünas alimlər Tahirə Həsənzadə, Güntəkin Nəcəfli və İradə Məmmədova, redaktorları tarixçilər Sevinc Məlikzadə, Elnur Nəciyev və Nazim Xəlilov, dizayner və texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

Zəhra Əliyeva

Xəbər Lenti

Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb16.04.2026 - 19:32
Məktəb hücumları ilə bağlı əməliyyat - 95 nəfər saxlanılıb16.04.2026 - 19:25
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 19:18
​BMU-nun Somalidən olan tələbəsi: “Azərbaycanın təhsili gözləntilərimi doğruldub”16.04.2026 - 19:12
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 19:06
Uşaqlara çox erkən yaşda “dərs” öyrətmək zərərli ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı16.04.2026 - 19:02
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi16.04.2026 - 19:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş16.04.2026 - 18:54
“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir və tələbələri proqrama qoşulmağa dəvət edir.16.04.2026 - 18:50
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib16.04.2026 - 18:46
Heç su içməyənlərin orqanizmində nə baş verir?16.04.2026 - 18:40
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36
Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI16.04.2026 - 18:30
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA16.04.2026 - 18:28
Azərbaycanlı gəncdən beynəlxalq uğur16.04.2026 - 18:24
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı16.04.2026 - 18:20
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib16.04.2026 - 18:16
May ayının qeyri-iş günləri AÇIQLANDI16.04.2026 - 18:10
Daşkəsən məktəbliləri şəhidlərin xatirəsini voleybol yarışı ilə yad ediblər16.04.2026 - 18:08
Femida Könüllülərinin həmtəsisçisi Azərbaycanı BMT-də təmsil edəcək16.04.2026 - 18:02
Elektrik enerjisi olmadan işləyən kompüter hazırlandı16.04.2026 - 18:00
Mətanət Əliyeva: “Bulinq uşağın psixoloji sağlamlığında dərin izlər buraxır”16.04.2026 - 17:55
Azərbaycan ilk dəfə BMT Gənclər Nümayəndələri proqramında təmsil olunur16.04.2026 - 17:52
Onlar risk altındadır, qızılca peyvəndinin vaxtı önə çəkilməlidir - Həkimdən təklif16.04.2026 - 17:50
"Problem maraqsızlıqda yox, tarixin təqdimatındadır” - Əli Ələkbərov16.04.2026 - 17:49
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub16.04.2026 - 17:45
Gömrük əməkdaşları təlimdə16.04.2026 - 17:44
“Hamı xoşbəxtdir, mən deyiləm” – Yaz depressiyasından necə xilas olaq?16.04.2026 - 17:40
Folklor İnstitutunda elmi məsələlərə baxılıb16.04.2026 - 17:36
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb16.04.2026 - 17:35
Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib16.04.2026 - 17:30
Professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar16.04.2026 - 17:26
İqtisadiyyat və Humanitar Kollecində yeni geosiyasi reallıqlar müzakirə olunub16.04.2026 - 17:25
“Trend olan hər məsləhət dəri üçün təhlükəsiz deyil” – Dermatoloq Sevinc Kərimova16.04.2026 - 17:20
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü16.04.2026 - 17:18
İranda bütün təhsil müəssisələri distant təhsilə keçir16.04.2026 - 17:15
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – elmi seminar16.04.2026 - 17:12
“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı16.04.2026 - 17:06
Naxçıvan Musiqi Kollecinin tələbəsinin fərdi sərgisi keçirilib16.04.2026 - 17:05
Elmi işlərin qiymətləndirmə qaydaları dəyişdirildi - Son 6 ildəki fəaliyyət nəzərə alınacaq16.04.2026 - 17:00
Ali məktəblərin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 16:55
ATU-da qanvermə aksiyası keçirilib16.04.2026 - 16:45
Xaricdə təhsil alan 1050 nəfərin diplomu tanınıb16.04.2026 - 16:35