Təhsil 365 - Logo Mobile

“İRS” jurnalının ərəb dilində növbəti buraxılışı nəşr olunub

10316.04.2026 - 14:29
“İRS” jurnalının ərəb dilində növbəti buraxılışı nəşr olunub

İRS” beynəlxalq jurnalının ərəb dilində növbəti buraxılışı işıq üzü görüb.

“Tehsil365” xəbər verir ki, jurnalın bu buraxılışı 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümünə həsr olunub. Buraxılışda Azərbaycanın müasir inkişafını, tarixi irsini və beynəlxalq münasibətlərini müxtəlif aspektlərdən işıqlandıran elmi və publisistik məqalələr yer alıb.

Misirli tədqiqatçı Əhməd Tərabikin “Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı: İslam dünyasında səmərəli tərəfdaşlığın nümunəsi” adlı məqaləsində ölkəmizin İslam aləmində rolu və beynəlxalq əməkdaşlığa töhfələri təhlil edilib.

Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “Qadın İslam və mədəni müxtəliflik arasında: Azərbaycan təcrübəsinə baxış” məqaləsində Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və multikultural mühitdə rolu araşdırılıb.

Misirin Ayn Şəms Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru, azərbaycanşünas alim Əhməd Sami əl-Aydinin “İkinci Qarabağ müharibəsinin 5 ili: Qələbə, yenidənqurma və sülh yoluna baxış” məqaləsində işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri və gələcək inkişaf perspektivləri təqdim edilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun “Azərbaycanda birgəyaşayış ənənəsi: Unikal tarixi təcrübə” yazısı isə ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinin tarixi köklərini işıqlandırıb.

Jurnalın bu buraxılışında Azərbaycan ilə ərəb dünyası arasında mədəni və elmi əlaqələrə, memarlıq irsinə və təbiət gözəlliklərinə həsr olunmuş məqalələr də yer alıb. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri Seymur Nəsirovun “Azərbaycan və ərəblər arasında elmi və mədəni körpülər” yazısı, Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramovun Bakının memarlığında “Art Nouveau” üslubuna dair araşdırması oxuculara təqdim edilib.

Buraxılışda Azərbaycan ədəbiyyatına həsr olunmuş məqalə də yer alıb. Məqalədə filologiya elmləri doktoru yazıçı Vaqif Sultanlının yaradıcılığı, elmi fəaliyyəti və onun “Səhra savaşı” romanının fəlsəfi məzmunu geniş şəkildə təhlil olunub.

Beləliklə, “İRS” jurnalının ərəb dilində yeni buraxılışı mövzu müxtəlifliyi, elmi dərinliyi və mədəni zənginliyi ilə seçilərək Azərbaycanın tarixi irsini, milli kimliyini və müasir inkişaf yolunu hərtərəfli şəkildə təqdim edib.

Zəhra Əliyeva

Xəbər Lenti

Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb16.04.2026 - 19:32
Məktəb hücumları ilə bağlı əməliyyat - 95 nəfər saxlanılıb16.04.2026 - 19:25
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 19:18
​BMU-nun Somalidən olan tələbəsi: “Azərbaycanın təhsili gözləntilərimi doğruldub”16.04.2026 - 19:12
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 19:06
Uşaqlara çox erkən yaşda “dərs” öyrətmək zərərli ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı16.04.2026 - 19:02
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi16.04.2026 - 19:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş16.04.2026 - 18:54
“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir və tələbələri proqrama qoşulmağa dəvət edir.16.04.2026 - 18:50
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib16.04.2026 - 18:46
Heç su içməyənlərin orqanizmində nə baş verir?16.04.2026 - 18:40
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36
Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI16.04.2026 - 18:30
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA16.04.2026 - 18:28
Azərbaycanlı gəncdən beynəlxalq uğur16.04.2026 - 18:24
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı16.04.2026 - 18:20
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib16.04.2026 - 18:16
May ayının qeyri-iş günləri AÇIQLANDI16.04.2026 - 18:10
Daşkəsən məktəbliləri şəhidlərin xatirəsini voleybol yarışı ilə yad ediblər16.04.2026 - 18:08
Femida Könüllülərinin həmtəsisçisi Azərbaycanı BMT-də təmsil edəcək16.04.2026 - 18:02
Elektrik enerjisi olmadan işləyən kompüter hazırlandı16.04.2026 - 18:00
Mətanət Əliyeva: “Bulinq uşağın psixoloji sağlamlığında dərin izlər buraxır”16.04.2026 - 17:55
Azərbaycan ilk dəfə BMT Gənclər Nümayəndələri proqramında təmsil olunur16.04.2026 - 17:52
Onlar risk altındadır, qızılca peyvəndinin vaxtı önə çəkilməlidir - Həkimdən təklif16.04.2026 - 17:50
"Problem maraqsızlıqda yox, tarixin təqdimatındadır” - Əli Ələkbərov16.04.2026 - 17:49
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub16.04.2026 - 17:45
Gömrük əməkdaşları təlimdə16.04.2026 - 17:44
“Hamı xoşbəxtdir, mən deyiləm” – Yaz depressiyasından necə xilas olaq?16.04.2026 - 17:40
Folklor İnstitutunda elmi məsələlərə baxılıb16.04.2026 - 17:36
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb16.04.2026 - 17:35
Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib16.04.2026 - 17:30
Professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar16.04.2026 - 17:26
İqtisadiyyat və Humanitar Kollecində yeni geosiyasi reallıqlar müzakirə olunub16.04.2026 - 17:25
“Trend olan hər məsləhət dəri üçün təhlükəsiz deyil” – Dermatoloq Sevinc Kərimova16.04.2026 - 17:20
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü16.04.2026 - 17:18
İranda bütün təhsil müəssisələri distant təhsilə keçir16.04.2026 - 17:15
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – elmi seminar16.04.2026 - 17:12
“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı16.04.2026 - 17:06
Naxçıvan Musiqi Kollecinin tələbəsinin fərdi sərgisi keçirilib16.04.2026 - 17:05
Elmi işlərin qiymətləndirmə qaydaları dəyişdirildi - Son 6 ildəki fəaliyyət nəzərə alınacaq16.04.2026 - 17:00
Ali məktəblərin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 16:55
ATU-da qanvermə aksiyası keçirilib16.04.2026 - 16:45
Xaricdə təhsil alan 1050 nəfərin diplomu tanınıb16.04.2026 - 16:35