Aprelin 16-da Milli Kitabxanada Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, milli musiqi irsimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan Qəmbər Hüseynlinin anadan olmasının 110 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli – 110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Bu barədə “Tehsil365” ə Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgidə Qəmbər Hüseynlinin Milli Kitabxananın fondunda mühafizə olunan musiqi əsərləri, bəstəkarın həyatı haqqında ədəbiyyatlar, Azərbaycan musiqi mədəniyyəti tarixində rolu, əsərlərinin musiqi dili, üslub xüsusiyyətləri əsasında aparılmış elmi tədqiqatlar, dövri mətbuat materialları və s. nümayiş olunur.

