Gəncə Dövlət Milli Dram Teatrında Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyniadlı tamaşasının məşqlərinə başlanılıb.Real həyat həqiqətləri üzərində hazırlanacaq tamaşa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, qazilərimizə ithaf olunur.
Bunu “Tehsil365” ə açıqlamasında gənc rejissor Fuad Cavadzadə deyib.
O qeyd edib ki, tamaşanın premyerası mayın 17-də keçiriləcək.
“Yeni yaradıcılıq işinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadovdur.
Qrafik işi Sübhan İbrahimova məxsusdur. Səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Novruz Cəfərov, Kəmalə Məmmədova və bütövlükdə teatrın 30-dan çox aktyor heyəti iştirak edəcək”,- deyə F.Cavadzadə əlavə edib.

