Təhsil 365 - Logo Mobile

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – elmi seminar

7216.04.2026 - 17:12
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 16 Aprel – Beynəlxalq Bioloqlar Gününə həsr olunmuş “Uzunömürlülük: bioloji və texnoloji determinantlar” mövzusunda elmi seminar keçirilib.

Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.

Tədbirdə fakültənin II kurs tələbəsi Nurcahan Əliyeva məruzə ilə çıxış edib.

Seminarın açılışında Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova mövzunun biotibb elmində strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür elmi tədbirlər tələbələrdə tədqiqatyönümlü düşüncə tərzinin formalaşmasına mühüm töhfə verir. Dekan qocalmanın bioloji mexanizmlərinin öyrənilməsinin həm fundamental biologiya, həm də regenerativ tibb və biotexnologiya sahələri üçün prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Tədbirdə qeyd olunub ki, qocalma prosesi sadə degenerativ aşınma deyil, sistem səviyyəsində dinamik kinetik prosesdir. Qocalma prosesi genetik və epigenetik mexanizmlərlə tənzimlənən mürəkkəb bioloji hadisədir. Bu sahədə müasir texnoloji yanaşmalar, xüsusilə 3D bioprintinq texnologiyasının süni toxuma və orqanların yaradılmasında potensial imkanları diqqətə çatdırılıb.

Seminarda bu prosesdə nüvə DNT-nin struktur bütövlüyü, telomerlərin qısalması, DNT metilləşməsi və histon modifikasiyalarının gen ekspressiyasına təsiri geniş şəkildə izah olunub. Eyni zamanda, proteostazın pozulması və kök hüceyrə ehtiyatının azalmasının regenerativ potensiala təsiri vurğulanıb.

Sonda mövzu ətrafında interaktiv müzakirə aparılıb, məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Seminar uzunömürlülük probleminin multidisiplinar yanaşma çərçivəsində həm nəzəri, həm də tətbiqi aspektlərinin müzakirəsi ilə yekunlaşıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb16.04.2026 - 19:32
Məktəb hücumları ilə bağlı əməliyyat - 95 nəfər saxlanılıb16.04.2026 - 19:25
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 19:18
​BMU-nun Somalidən olan tələbəsi: “Azərbaycanın təhsili gözləntilərimi doğruldub”16.04.2026 - 19:12
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 19:06
Uşaqlara çox erkən yaşda “dərs” öyrətmək zərərli ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı16.04.2026 - 19:02
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi16.04.2026 - 19:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş16.04.2026 - 18:54
“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir və tələbələri proqrama qoşulmağa dəvət edir.16.04.2026 - 18:50
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib16.04.2026 - 18:46
Heç su içməyənlərin orqanizmində nə baş verir?16.04.2026 - 18:40
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36
Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI16.04.2026 - 18:30
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA16.04.2026 - 18:28
Azərbaycanlı gəncdən beynəlxalq uğur16.04.2026 - 18:24
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı16.04.2026 - 18:20
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib16.04.2026 - 18:16
May ayının qeyri-iş günləri AÇIQLANDI16.04.2026 - 18:10
Daşkəsən məktəbliləri şəhidlərin xatirəsini voleybol yarışı ilə yad ediblər16.04.2026 - 18:08
Femida Könüllülərinin həmtəsisçisi Azərbaycanı BMT-də təmsil edəcək16.04.2026 - 18:02
Elektrik enerjisi olmadan işləyən kompüter hazırlandı16.04.2026 - 18:00
Mətanət Əliyeva: “Bulinq uşağın psixoloji sağlamlığında dərin izlər buraxır”16.04.2026 - 17:55
Azərbaycan ilk dəfə BMT Gənclər Nümayəndələri proqramında təmsil olunur16.04.2026 - 17:52
Onlar risk altındadır, qızılca peyvəndinin vaxtı önə çəkilməlidir - Həkimdən təklif16.04.2026 - 17:50
"Problem maraqsızlıqda yox, tarixin təqdimatındadır” - Əli Ələkbərov16.04.2026 - 17:49
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub16.04.2026 - 17:45
Gömrük əməkdaşları təlimdə16.04.2026 - 17:44
“Hamı xoşbəxtdir, mən deyiləm” – Yaz depressiyasından necə xilas olaq?16.04.2026 - 17:40
Folklor İnstitutunda elmi məsələlərə baxılıb16.04.2026 - 17:36
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb16.04.2026 - 17:35
Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib16.04.2026 - 17:30
Professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar16.04.2026 - 17:26
İqtisadiyyat və Humanitar Kollecində yeni geosiyasi reallıqlar müzakirə olunub16.04.2026 - 17:25
“Trend olan hər məsləhət dəri üçün təhlükəsiz deyil” – Dermatoloq Sevinc Kərimova16.04.2026 - 17:20
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü16.04.2026 - 17:18
İranda bütün təhsil müəssisələri distant təhsilə keçir16.04.2026 - 17:15
“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı16.04.2026 - 17:06
Naxçıvan Musiqi Kollecinin tələbəsinin fərdi sərgisi keçirilib16.04.2026 - 17:05
Elmi işlərin qiymətləndirmə qaydaları dəyişdirildi - Son 6 ildəki fəaliyyət nəzərə alınacaq16.04.2026 - 17:00
Ali məktəblərin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 16:55
ATU-da qanvermə aksiyası keçirilib16.04.2026 - 16:45
Xaricdə təhsil alan 1050 nəfərin diplomu tanınıb16.04.2026 - 16:35