Təhsil 365 - Logo Mobile

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü

7216.04.2026 - 17:18
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə keçirilən “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk qonağı Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli olub. Layihə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr edilib.

BDU-dan “Tehsil365"ə bildirilib ki, layihənin ilk dərsi “Mətbuat tariximizdə “Bakı” və “Baku” qəzetlərinin yeri” mövzusunda olub.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev Azərbaycan jurnalistika tarixində mühüm iz qoymuş professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliği məqsədilə keçirilən layihə haqqında məlumat verib. Belə təşəbbüslərin birbaşa tələbələrdən gəlməsinin müsbət tendensiyaya çevrildiyini bildirib.

Professor Nəsir İmanquliyevin qəzetdə informasiya yaradıcılığını ən vacib hesab etdiyini deyən Zemfira Məhərrəmli onun uzun illər rəhbəri olduğu “Bakı” və “Baku” axşam qəzetlərinin nəinki Azərbaycan mətbuatında, bütövlükdə mədəniyyət tariximizdə böyük hadisə olduğunu vurğulayıb: “Nəsir İmanquliyev yaddaşlarda jurnalistikamızda yaratdığı peşəkarlıq məktəbi ilə əbədi qalacaq. Bu məktəbin davamçıları isə onun yetişdirdiyi tələbələri, bu gün onlardan dərs alan gənc jurnalistlərdir. Nəsir müəllimin auditoriyadan başlayan seçimi yaradıcılıq laboratoriyası hesab edilən “Bakı” və “Baku” qəzetlərində işə qəbulla nəticələnirdi. Onlardan biri də mən idim. Bu qəzetdə 20 ildən çox çalışmağım həm jurnalistik, həm ədəbi fəaliyyətimdə böyük rol oynayıb. Ustad jurnalistin bu nəşrə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikrə daha çox yer ayrılıb, oxucular daim yeni informasiyalarla təmin ediliblər. Qəzetin səhifələrində paytaxtın gözəlliyi, yenilikləri ilə yanaşı, şəhərdə həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılırdı”.

Əməkdar jurnalist Zemfira Məhərrəmli Nəsir İmanquliyevin bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirdiyini qeyd edib, sevimli müəllimi haqqında xatirələrini bölüşüb: “Nəsir İmanquliyev həm peşəkar redaktor, həm də təcrübəli müəllim kimi tələbə jurnalistlərin yaradıcılığına geniş imkan yaradırdı. Nəsir müəllimin məktəbi bu gün də davam edir. Onun həyat və yaradıcılığı müasir jurnalistikamız üçün böyük örnəkdir”.

Sonda qonaq tələbələrin professor Nəsir İmanquliyevin həyat və yaradıcılığına dair suallarını cavablandırıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb16.04.2026 - 19:32
Məktəb hücumları ilə bağlı əməliyyat - 95 nəfər saxlanılıb16.04.2026 - 19:25
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 19:18
​BMU-nun Somalidən olan tələbəsi: “Azərbaycanın təhsili gözləntilərimi doğruldub”16.04.2026 - 19:12
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 19:06
Uşaqlara çox erkən yaşda “dərs” öyrətmək zərərli ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı16.04.2026 - 19:02
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi16.04.2026 - 19:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş16.04.2026 - 18:54
“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir və tələbələri proqrama qoşulmağa dəvət edir.16.04.2026 - 18:50
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib16.04.2026 - 18:46
Heç su içməyənlərin orqanizmində nə baş verir?16.04.2026 - 18:40
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36
Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI16.04.2026 - 18:30
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA16.04.2026 - 18:28
Azərbaycanlı gəncdən beynəlxalq uğur16.04.2026 - 18:24
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı16.04.2026 - 18:20
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib16.04.2026 - 18:16
May ayının qeyri-iş günləri AÇIQLANDI16.04.2026 - 18:10
Daşkəsən məktəbliləri şəhidlərin xatirəsini voleybol yarışı ilə yad ediblər16.04.2026 - 18:08
Femida Könüllülərinin həmtəsisçisi Azərbaycanı BMT-də təmsil edəcək16.04.2026 - 18:02
Elektrik enerjisi olmadan işləyən kompüter hazırlandı16.04.2026 - 18:00
Mətanət Əliyeva: “Bulinq uşağın psixoloji sağlamlığında dərin izlər buraxır”16.04.2026 - 17:55
Azərbaycan ilk dəfə BMT Gənclər Nümayəndələri proqramında təmsil olunur16.04.2026 - 17:52
Onlar risk altındadır, qızılca peyvəndinin vaxtı önə çəkilməlidir - Həkimdən təklif16.04.2026 - 17:50
"Problem maraqsızlıqda yox, tarixin təqdimatındadır” - Əli Ələkbərov16.04.2026 - 17:49
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub16.04.2026 - 17:45
Gömrük əməkdaşları təlimdə16.04.2026 - 17:44
“Hamı xoşbəxtdir, mən deyiləm” – Yaz depressiyasından necə xilas olaq?16.04.2026 - 17:40
Folklor İnstitutunda elmi məsələlərə baxılıb16.04.2026 - 17:36
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb16.04.2026 - 17:35
Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib16.04.2026 - 17:30
Professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar16.04.2026 - 17:26
İqtisadiyyat və Humanitar Kollecində yeni geosiyasi reallıqlar müzakirə olunub16.04.2026 - 17:25
“Trend olan hər məsləhət dəri üçün təhlükəsiz deyil” – Dermatoloq Sevinc Kərimova16.04.2026 - 17:20
İranda bütün təhsil müəssisələri distant təhsilə keçir16.04.2026 - 17:15
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – elmi seminar16.04.2026 - 17:12
“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı16.04.2026 - 17:06
Naxçıvan Musiqi Kollecinin tələbəsinin fərdi sərgisi keçirilib16.04.2026 - 17:05
Elmi işlərin qiymətləndirmə qaydaları dəyişdirildi - Son 6 ildəki fəaliyyət nəzərə alınacaq16.04.2026 - 17:00
Ali məktəblərin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 16:55
ATU-da qanvermə aksiyası keçirilib16.04.2026 - 16:45
Xaricdə təhsil alan 1050 nəfərin diplomu tanınıb16.04.2026 - 16:35