Təhsil 365 - Logo Mobile

Professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar

7216.04.2026 - 17:26
Professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə professor Məmmədəli Novruzovun (Qıpçaq) anadan olmasının 70 illik yubileyinə həsr edilmiş “Məmmədəli Qıpçağın türkoloji fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.

Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.

Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov Məmmədəli Qıpçağın bütün həyatını elmə və universitetə həsr etmiş fədakar alimlərdən olduğunu bildirib. O qeyd edib ki, Məmmədəli Qıpçaq türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb. Alim 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub. Onun əlyazmaları və tələbələrə oxuduğu mühazirələr dosent Afaq Məmmədova tərəfindən toplanaraq kitab halında tərtib edilib.

Seminarda BDU-nun Türkologiya kafedrasının dosenti Afaq Məmmədova Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə dair məruzə edib. Məruzədə alimin zəngin elmi irsi, türkoloji tədqiqatlara verdiyi töhfələr və qədim türk yazılı abidələri üzərində apardığı araşdırmalar ətraflı şəkildə təqdim olunub.

Dosent Afaq Məmmədova bildirib ki, Məmmədəli Qıpçaq türk dillərinin tarixi inkişaf mərhələlərini sistemli şəkildə araşdıraraq bu sahədə mühüm nəzəri nəticələr əldə edib: “Alimin tədqiqatları göstərir ki, türk dillərinin struktur xüsusiyyətləri yalnız müasir dil faktları ilə deyil, qədim yazılı abidələrin dərindən təhlili ilə daha aydın şəkildə izah olunur. Məmmədəli Qıpçaq Orxon-Yenisey abidələrinin mətnləri və digər qədim yazılı mənbələr əsasında mürəkkəb sayların yaranma modellərini elmi əsaslarla izah edib. Alimin “Kitabi-Dədə Qorqud” üzərində apardığı araşdırmalar yalnız dilçilik deyil, həm də mədəni-tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu əsər üzərində aparılan tədqiqatlar Türk dünyasının düşüncə tərzini, leksik zənginliyini və semantik inkişafını anlamağa imkan verir”.

Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, professorlar Elbrus Əzizov, Tofiq Hacıyev və Qızılgül Abdullayeva çıxışlarında Məmmədəli Qıpçağın zəngin elmi irsini və türkologiya sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib, bunun gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər.

Seminarın sonunda alimin “Türk dillərinin tarixi və quruluşu” kitabı ilə bağlı fikir mübadiləsi aparılıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb16.04.2026 - 19:32
Məktəb hücumları ilə bağlı əməliyyat - 95 nəfər saxlanılıb16.04.2026 - 19:25
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 19:18
​BMU-nun Somalidən olan tələbəsi: “Azərbaycanın təhsili gözləntilərimi doğruldub”16.04.2026 - 19:12
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 19:06
Uşaqlara çox erkən yaşda “dərs” öyrətmək zərərli ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı16.04.2026 - 19:02
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi16.04.2026 - 19:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş16.04.2026 - 18:54
“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir və tələbələri proqrama qoşulmağa dəvət edir.16.04.2026 - 18:50
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib16.04.2026 - 18:46
Heç su içməyənlərin orqanizmində nə baş verir?16.04.2026 - 18:40
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36
Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI16.04.2026 - 18:30
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA16.04.2026 - 18:28
Azərbaycanlı gəncdən beynəlxalq uğur16.04.2026 - 18:24
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı16.04.2026 - 18:20
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib16.04.2026 - 18:16
May ayının qeyri-iş günləri AÇIQLANDI16.04.2026 - 18:10
Daşkəsən məktəbliləri şəhidlərin xatirəsini voleybol yarışı ilə yad ediblər16.04.2026 - 18:08
Femida Könüllülərinin həmtəsisçisi Azərbaycanı BMT-də təmsil edəcək16.04.2026 - 18:02
Elektrik enerjisi olmadan işləyən kompüter hazırlandı16.04.2026 - 18:00
Mətanət Əliyeva: “Bulinq uşağın psixoloji sağlamlığında dərin izlər buraxır”16.04.2026 - 17:55
Azərbaycan ilk dəfə BMT Gənclər Nümayəndələri proqramında təmsil olunur16.04.2026 - 17:52
Onlar risk altındadır, qızılca peyvəndinin vaxtı önə çəkilməlidir - Həkimdən təklif16.04.2026 - 17:50
"Problem maraqsızlıqda yox, tarixin təqdimatındadır” - Əli Ələkbərov16.04.2026 - 17:49
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub16.04.2026 - 17:45
Gömrük əməkdaşları təlimdə16.04.2026 - 17:44
“Hamı xoşbəxtdir, mən deyiləm” – Yaz depressiyasından necə xilas olaq?16.04.2026 - 17:40
Folklor İnstitutunda elmi məsələlərə baxılıb16.04.2026 - 17:36
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb16.04.2026 - 17:35
Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib16.04.2026 - 17:30
İqtisadiyyat və Humanitar Kollecində yeni geosiyasi reallıqlar müzakirə olunub16.04.2026 - 17:25
“Trend olan hər məsləhət dəri üçün təhlükəsiz deyil” – Dermatoloq Sevinc Kərimova16.04.2026 - 17:20
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü16.04.2026 - 17:18
İranda bütün təhsil müəssisələri distant təhsilə keçir16.04.2026 - 17:15
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – elmi seminar16.04.2026 - 17:12
“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı16.04.2026 - 17:06
Naxçıvan Musiqi Kollecinin tələbəsinin fərdi sərgisi keçirilib16.04.2026 - 17:05
Elmi işlərin qiymətləndirmə qaydaları dəyişdirildi - Son 6 ildəki fəaliyyət nəzərə alınacaq16.04.2026 - 17:00
Ali məktəblərin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 16:55
ATU-da qanvermə aksiyası keçirilib16.04.2026 - 16:45
Xaricdə təhsil alan 1050 nəfərin diplomu tanınıb16.04.2026 - 16:35