Təhsil 365 - Logo Mobile

Folklor İnstitutunda elmi məsələlərə baxılıb

7216.04.2026 - 17:36
Folklor İnstitutunda elmi məsələlərə baxılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan “Tehsil365"ə bildirilib ki, iclas hibrid formatda təşkil olunub.

Əvvəlcə institutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev institutun 2026-2030-cu illəri əhatə edən mövzu planı barədə ətraflı məlumat verib. O qeyd edib ki, müasir dövrdə humanitar və sosial elmlər sahəsində baş verən qlobal transformasiyalar, ölkədə həyata keçirilən dövlət siyasətinin prioritetləri, eləcə də son dövrlərdə AMEA-da aparılan islahatlar fonunda folklorşünaslıq qarşısında yeni vəzifələr formalaşmaqdadır. Bu kontekstdə Folklor İnstitutunun mövzu planları yenilənib və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq olunub. Hikmət Quliyev uzun müddət institutda aparılan tədqiqatların əsasən filoloji paradiqmaya müvafiq olaraq mətnmərkəzli olduğunu söyləyib. Qeyd edib ki, yeni beşillik mövzu planında dünya folklorşünaslıq elminin çağırışlarına söykənməklə sosial-antropoloji folklorşünaslıq yanaşmalarına üstünlük verilib.

Direktor Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda keçiriləcək 8-ci “Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə” Beynəlxalq Elmi Simpoziumuna hazırlıq işlərinin gedişi barədə məlumat verib. O bildirib ki, simpoziumun tərəfdaş qurumları artıq müəyyənləşdirilib və tədbirin cari ilin iyun ayının ikinci yarısında keçirilməsi planlaşdırılır. Qeyd edib ki, türkoloji folklorşünaslıq türk xalqlarının həm ortaq, həm də spesifik xüsusiyyətlərə malik folklor irsinin müasir çağırışlar kontekstində, sistemli və konseptual nəzəri-metodoloji baza əsasında öyrənilməsini nəzərdə tutur və bu istiqamətdə yeni tədqiqat platformalarının formalaşdırılması mühüm vəzifə kimi qarşıda durur.

Daha sonra iclasda xalq yazıçısı, akademik Kamal Abdullanın “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” kitabı müzakirə olunub.

Müzakirələrdə institutun direktoru Hikmət Quliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Sərxan Xavəri, filologiya elmləri doktoru, dosent Səfa Qarayev, institutun “Dədə Qorqud” şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, Mifologiya şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil, elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova və elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasovun da çıxışı dinlənilib.

Çıxışlarda Kamal Abdullanın “gizli məna” konsepsiyasının qorqudşünaslıqda yeni mərhələ açdığı vurğulanıb. Müzakirələrdə onun yanaşmasının semantik dərinlik, mifoloji düşüncə və metodoloji yeniliklərlə seçildiyi, “Kitabi-Dədə Qorqud”un çoxqatlı və ümumbəşəri kontekstdə şərh olunduğu qeyd edilib. Alimlər bu tədqiqatların yalnız nəticələri ilə deyil, həmçinin elmi düşüncə və metodologiyanı transformasiya etməsi ilə fərqləndiyini bildiriblər. Əsərin həm Azərbaycan folklorşünaslığı, həm də türkoloji elmi mühit üçün yüksək dəyərə malik olduğu və mühüm elmi nailiyyət kimi qiymətləndirildiyi qeyd olunub.

Cari məsələlər bölməsində Nərmin Babayevanın “Etioloji miflərin semantikası” monoqrafiyasının nəşri məsələsinə baxılıb. Elmi katib filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov mövzu ilə bağlı məlumat verərək əsərin elmi aktuallığını və nəşrinin məqsədəuyğunluğunu əsaslandırıb. Müzakirələrdən sonra monoqrafiyanın nəşrə tövsiyə olunması barədə qərar qəbul edilib.

İclasın sonunda gündəlikdə yer alan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib

Nərmin Mustafayeva

Xəbər Lenti

Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb16.04.2026 - 19:32
Məktəb hücumları ilə bağlı əməliyyat - 95 nəfər saxlanılıb16.04.2026 - 19:25
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 19:18
​BMU-nun Somalidən olan tələbəsi: “Azərbaycanın təhsili gözləntilərimi doğruldub”16.04.2026 - 19:12
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 19:06
Uşaqlara çox erkən yaşda “dərs” öyrətmək zərərli ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı16.04.2026 - 19:02
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi16.04.2026 - 19:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş16.04.2026 - 18:54
“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir və tələbələri proqrama qoşulmağa dəvət edir.16.04.2026 - 18:50
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib16.04.2026 - 18:46
Heç su içməyənlərin orqanizmində nə baş verir?16.04.2026 - 18:40
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36
Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI16.04.2026 - 18:30
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA16.04.2026 - 18:28
Azərbaycanlı gəncdən beynəlxalq uğur16.04.2026 - 18:24
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı16.04.2026 - 18:20
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib16.04.2026 - 18:16
May ayının qeyri-iş günləri AÇIQLANDI16.04.2026 - 18:10
Daşkəsən məktəbliləri şəhidlərin xatirəsini voleybol yarışı ilə yad ediblər16.04.2026 - 18:08
Femida Könüllülərinin həmtəsisçisi Azərbaycanı BMT-də təmsil edəcək16.04.2026 - 18:02
Elektrik enerjisi olmadan işləyən kompüter hazırlandı16.04.2026 - 18:00
Mətanət Əliyeva: “Bulinq uşağın psixoloji sağlamlığında dərin izlər buraxır”16.04.2026 - 17:55
Azərbaycan ilk dəfə BMT Gənclər Nümayəndələri proqramında təmsil olunur16.04.2026 - 17:52
Onlar risk altındadır, qızılca peyvəndinin vaxtı önə çəkilməlidir - Həkimdən təklif16.04.2026 - 17:50
"Problem maraqsızlıqda yox, tarixin təqdimatındadır” - Əli Ələkbərov16.04.2026 - 17:49
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub16.04.2026 - 17:45
Gömrük əməkdaşları təlimdə16.04.2026 - 17:44
“Hamı xoşbəxtdir, mən deyiləm” – Yaz depressiyasından necə xilas olaq?16.04.2026 - 17:40
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb16.04.2026 - 17:35
Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib16.04.2026 - 17:30
Professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar16.04.2026 - 17:26
İqtisadiyyat və Humanitar Kollecində yeni geosiyasi reallıqlar müzakirə olunub16.04.2026 - 17:25
“Trend olan hər məsləhət dəri üçün təhlükəsiz deyil” – Dermatoloq Sevinc Kərimova16.04.2026 - 17:20
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü16.04.2026 - 17:18
İranda bütün təhsil müəssisələri distant təhsilə keçir16.04.2026 - 17:15
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – elmi seminar16.04.2026 - 17:12
“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı16.04.2026 - 17:06
Naxçıvan Musiqi Kollecinin tələbəsinin fərdi sərgisi keçirilib16.04.2026 - 17:05
Elmi işlərin qiymətləndirmə qaydaları dəyişdirildi - Son 6 ildəki fəaliyyət nəzərə alınacaq16.04.2026 - 17:00
Ali məktəblərin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 16:55
ATU-da qanvermə aksiyası keçirilib16.04.2026 - 16:45
Xaricdə təhsil alan 1050 nəfərin diplomu tanınıb16.04.2026 - 16:35