Daşkəsəndə ümumtəhsil məktəbləri arasında şəhidlərin xatirəsinə həsr olunan voleybol birinciliyi keçirilib.
“Tehsil365" xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon üzrə gənclər və idman, təhsil sektorlarının birgə təşkilatçılığı ilə reallaşdırılan voleybol birinciliyində 6 ümumtəhsil məktəbindən 7 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Birinciliyin məqsədi şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlığını gənc nəslə çatdırmaqla yanaşı, sağlam həyat tərzinin təbliği, komanda ruhunun inkişaf etdirilməsi və şagirdlərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunları şəhid ailəsinin üzvləri, qazilər, müharibə veteranları da izləyiblər. Qalib gələn komandalar diplom və medallarla təltif olunublar.

