Təhsil 365 - Logo Mobile

Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub

7416.04.2026 - 19:06
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub

Danimarkada məktəblərdə radikal qərar tətbiq olunub: dərs saatlarında mobil telefon və planşet istifadəsi qadağan edilib. Şagirdlər günə cihazlarını kilidli qutulara yerləşdirməklə başlayırlar.

“Tehsil365" xəbər verir ki, bu dəyişiklik təkcə qadağa ilə məhdudlaşmır. Son 10 ildə təhsilin böyük ölçüdə rəqəmsallaşdığı ölkədə kağız, qələm və ənənəvi dərsliklər yenidən siniflərə qaytarılıb.

Müəllimlər bildirirlər ki, şagirdlər ekran qarşısında dərs keçərkən diqqəti cəmləməkdə çətinlik çəkir, dərs zamanı başqa tətbiqlərə keçərək diqqətdən yayınırlar. Buna görə də kompüter istifadəsi də məhdudlaşdırılıb və nəzarət altına alınıb.

Şagirdlər isə bu dəyişiklikdən əsasən məmnundurlar. Onların sözlərinə görə, ekran qarşısında keçirdikləri vaxtın azalması oxuma və yazmaya marağı artırır və dərslərdə balans yaradır.

Qərarın arxasında isə narahatedici statistika dayanır. Uşaq Rifahı Komissiyasının məlumatına görə, 13–18 yaş arası gənclər gündə orta hesabla 5,5 saat telefonda vaxt keçirir ki, bu da onların psixi sağlamlığına mənfi təsir göstərir.

Yeni yanaşma yalnız məktəblərlə məhdudlaşmır. Gənclər mərkəzlərində və idman klublarında da telefon istifadəsinə ciddi məhdudiyyətlər tətbiq olunur. Məşqçilər hesab edirlər ki, telefonlar həm diqqəti yayındırır, həm də komanda daxilində sosial əlaqələrə mənfi təsir göstərir.

Danimarkada bu istiqamətdə ictimai təşəbbüslər də genişlənir. Hər il minlərlə gəncə dəstək verilir və ölkə üzrə “telefonsuz gün” aksiyaları təşkil edilir. Bu il keçirilən tədbirlərə əhalinin 10 faizi qatılıb və iştirakçıların dörddə biri telefon istifadəsi ilə bağlı vərdişlərini dəyişdirdiyini bildirib.

Bundan əlavə, rəqəmsal sağlamlıq üzrə ekspert İmran Raşitin rəhbərlik etdiyi vətəndaş təşəbbüsü 15 yaşdan kiçik uşaqlar üçün "TikTok", "Instagram" və "Snapchat" kimi sosial şəbəkələrin qadağan olunması tələbi ilə 50 mindən çox imza toplayıb. Təklif hələ parlamentdə səsverməyə çıxarılmayıb.

Qeyd edək ki, Avropa Parlamenti də artıq 16 yaşdan aşağı istifadəçilər üçün sosial media məhdudiyyətlərini dəstəkləyir.

Mütəxəssislər hesab edirlər ki, Danimarkanın bu addımı digər ölkələr üçün də nümunə ola bilər və rəqəmsal balansın qorunması istiqamətində yeni mərhələnin başlanğıcıdır.

Nərmin Mustafayeva

Xəbər Lenti

“Yüksəliş”də 10 mindən çox namizəd təkrar iştirak edəcək17.04.2026 - 19:58
BMU-da süni intellektə həsr olunan seminar17.04.2026 - 19:54
Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində olub17.04.2026 - 19:48
Bakalavr səviyyəsi üzrə yeni İXTİSAS17.04.2026 - 19:45
“İZ Community”nin təşkilatçılığı ilə təhsil sərgisi - “Study in Kazakhstan”17.04.2026 - 19:42
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik17.04.2026 - 19:35
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib17.04.2026 - 19:29
LDU-da “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib17.04.2026 - 19:24
Kahramanmaraşda hücum baş verən məktəb bağlandı17.04.2026 - 19:17
Məktəblilər arasında şahmat turniri keçirilib17.04.2026 - 19:12
Vətənpərvərlik layihəsinə start verilib17.04.2026 - 19:06
Dövlət və özəl bağçalar arasında əsas fərq nədədir? – Məktəbəqədər təhsil eksperti açıqladı17.04.2026 - 19:02
Rezidenturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!17.04.2026 - 19:00
Qırğızıstandan Dinara Asanbayeva: Bakıda keçiriləcək Beynəlxalq Xalça Forumu mühüm beynəlxalq platformadır17.04.2026 - 18:57
Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR17.04.2026 - 18:57
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!17.04.2026 - 18:55
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ17.04.2026 - 18:54
Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"17.04.2026 - 18:50
Hücumdan sonra həmin məktəb BAĞLANDI17.04.2026 - 18:48
Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edilib17.04.2026 - 18:48
Komitənin elektron sənəd dövriyyəsi “myGov”da17.04.2026 - 18:45
İmtahandan maksimum nəticə toplayan ABİTURİYENTLƏR17.04.2026 - 18:44
Sabah muzeylərə giriş pulsuz olacaq17.04.2026 - 18:43
Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq17.04.2026 - 18:40
Qonşu ölkədə uşaq bağçalarının fəaliyyəti dayandırıldı17.04.2026 - 18:38
12 nəfər imtahandan xaric olunub -DİM17.04.2026 - 18:36
Bakıda mühüm tibbi konqres keçirildi17.04.2026 - 18:35
Ölkə birincisi BANM-də təhsil almağı arzulayır17.04.2026 - 18:30
15 mart imtahanının nəticələrinin elan olunacağı VAXT17.04.2026 - 18:28
BİZİM TƏQVİM:Aprelin 17-də baş vermiş tarixi hadisələr17.04.2026 - 18:25
Şəkidə Yunus Əmrəyə həsr edilən sənədli filmin təqdimatı olub17.04.2026 - 18:24
Abituriyentlərin NƏZƏRİNƏ – Baş nazirdən ixtisaslarla bağlı QƏRAR17.04.2026 - 18:20
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.04.2026 - 18:16
İnsanların 95 faizinin yoluxduğu VİRUS – Müalicə üsulu tapıldı17.04.2026 - 18:15
Bahar Xeyriyyə Bazarı – xalqlar arasında mədəni körpü17.04.2026 - 18:08
Layihə rəhbəri: Dövlət Proqramı çərçivəsində 5 illik əmək fəaliyyəti öhdəliyinə münasibət müsbətdir17.04.2026 - 18:02
RADİO Diplom hansı halda TANINMIR?17.04.2026 - 18:00
Naxçıvanda beş yeni körpələr evi tikiləcək17.04.2026 - 17:55
Yutubda artıq bu da mümkündür17.04.2026 - 17:55
Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 3 nəfər maksimal bal toplayıb17.04.2026 - 17:52
Nazir müavini Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclasında iştirak edib17.04.2026 - 17:45
Buraxılış imtahanının nəticələri elan olundu17.04.2026 - 17:45
“Kimya problemləri” jurnalı SJR reytinqində Q3 kateqoriyasında yer alıb17.04.2026 - 17:44
Aşıq Ələsgərin 205 illik yubileyinə həsr edilmiş bədii gecə17.04.2026 - 17:36
Qazax–Tovuz bölgəsinin məktəblərində “Günün qalibi” layihəsi həyata keçirilir17.04.2026 - 17:35
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər17.04.2026 - 17:35
BDU-da “CareerPlus” inkişaf proqramına dair infosessiya17.04.2026 - 17:26
BSU-da BMT-nin sülh elçisi ilə görüş keçirilib17.04.2026 - 17:25